Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycanın iqtisadi inkişaf strategiyası beynəlxalq miqyasda yenə yüksək qiymət aldı

Image


Rusiya-Ukrayana müharibəsi dünya iqtisadiyyatına getdikcə daha dağıdıcı formada təsir etməkdədir.

Ümumdünya Ticarət Təşkilatının sabiq rəhbəri olan amerikalı iqtisadçı Nqozi Okonjo-İveala bununla bağlı qeyd edir ki, taxıl və enerji qiymətlərinin yüksəlməsi ilk olaraq yoxsul ölkələr üçün ciddi təhlükə yaradır: “BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən fövqəladə hallarda paylanan buğdanın yarısı Ukraynadan idxal olunur. Rusiya və Belarus da məhsulun kəmiyyət və keyfiyyətini müəyyən edən əsas gübrə tədarükçüləridir. Ukraynada hərbi əməliyyatlar başlayandan taxılın qiyməti 30 faizdən çox, gübrənin qiyməti isə 40 faiz bahalaşıb”.

Yaranmış şraitdə bir çox ölkələr də enerji qiymətlərinin yüksəlməsindən əziyyət çəkir. Lakin dünya iqtisadiyyatında yaranan problemlərin mənfi təsirlərini minimal həddə endirməyi və inkişaf dinamikasını sürətləndirməyi bacaran ölkələr də var və onlardan biri də Azərbaycandır. Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrini uğurla inkişaf etdirir. Belə bir vaxtda dünya bazarlarında neft və qaz qiymətlərinin yüksək olması da Azərbaycan iqtisadiyyatında artım templərinin daha dinamik xarakter almasına ciddi təsir göstərir. Hazırda Azərbaycan neftinin bir barrelinin satış qiyməti dünya bazarlarında 110 dollardan yüksəkdir. Azərbaycan dövlət büdcəsində bir barrel nefin qiyməti 50 dollardan hesablanıb. Mövcud qiymətlər neft satışından Azərbaycanın nəzərdə tutulduğundan daha çox gəlir əldə edəcəyini göstərir. Təbii qazın qiymətində də ciddi artım qeydə alınır. Bu gün Azərbaycandan qaz idxal edən Avropada “mavi yanacağın” 1000 kubmetri 1200 dollardan baha satılır. Özü də Avropa Azərbaycandan daha çox qaz almaq üçün səylərini artırır. Avstriyanın enerji tənzimləyicisi olan “E-Control” şirkətinin rəhbəri Volfqanq Urbançiç bildirir ki, Avropa Azərbaycan, Norveç və ya Əlcəzair kimi qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələrin bağlanmasına nail olmalıdır: “Əsas məqsəd qaz anbarlarının doldurulması olmalıdır ki, gələn qış üçün kifayət qədər yanacaq olsun. Avstriyada qazdan bir milyon ev təsərrüfatını isitmək, həmçinin elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunur. Əsas məqsəd enerji mənbələrinin işlək vəziyyətdə saxlanmasıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər”. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra enerji qiymətləri kəskin artıb və Rusiyadan qazın mərhələli şəkildə dayandırılmasının qiymətlərin daha da yüksəlməsinə səbəb olacağı ilə bağlı qorxu var: “İndi Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər. Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq”. Oksford Enerji Araşdırmaları İnstitutunun baş elmi işçisi Culian Bouden isə qeyd edir  ki, Azərbaycan qazının ixracının sabitliyi, Azərbaycanın “Şahdəniz 2” yatağından TAP vasitəsilə etibarlı qaz tədarükü Avropa İttifaqının qaz balansında arzuolunan amildir: “Avropa İttifaqı Rusiya qazına əvəz axtarır. Bunun üçün qurumun Rusiya qazının idxalına tələbi azaldacaq tələb və təklif baxımından bir sıra tədbirlər müəyyənləşdirilib. Avropa İttifaqı bildirir ki, Rusiya neft və qazından tədricən imtina 2030-cu ilədək baş tuta bilər. Avropa İttifaqı əlavə mayeləşdirilmiş təbii qaz və boru kəməri qazı idxalı üçün mənbələr axtarır. Burada ehtiyat potensialı barədə danışmaq yersizdir, qurumun istədiyi təklifin dərhal artırılmasıdır. Azərbaycan dərhal əlabə tədarükü necə reallaşdıra bilər? TAP müəyyən qədər tam güclə işləyir. Daha çox qazın nəql olunması üçün genişlənməyə, məsələn kompressorlara investisiyalar tələb olunacaq. Fikrimcə, Azərbaycan qısamüddətli perspektivdə türkmən qazının təkrar ixracı yolu ilə Avropaya daha çox qaz tədarük edə bilər. Uzunmüddətli perspektivdə isə qaz kəşfiyyatı və hasilatını sürətləndirmək lazımdır”. Beləliklə, “Cənub Qaz Dəhlizi” vasitəsilə hasil etdiyi təbii qazın bir hissəsini Avropaya çatdıran Azərbaycan “mavi yanacağın” da satışından böyük həcmdə gəlir əldə edəcək. Neft və qaz satışından əldə edilən gəlirlərin dinamik artımı, qeyri-neft sektoru üzrə ixracdan ölkəyə daxil olan vəsaitin getdikcə çoxalması Azərbaycanın valyuta ehtiyatlarını artırmaqla yanaşı, iqtisadiyyatın pulla təminində ölkəmizə əlavə imkanlar qazandıracaq. Bu kontekstdə iqtisadiyyatda müxtəlif sahələrə dövlət tərəfindən yatrılan investisiyaların həcmində artımlar olması da istisnalıq təşkil etmir. Nəticə etibarı ilə bu halda iqtisadi artım templərinin ilin sonuna kimi proqnozlardan daha artıq olması gözlənilir. Nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumları da Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında müsbətə doğru yeni dəyişiklər edirlər. Məsələn, Britaniyanın “Deloitte” şirkətinin hesabatında bildirilir ki, bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcminin 102 milyard manata çatması gözlənilir.

Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 % səviyyəsində reallaşması gözlənilir: “İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”. “Deloitte”un hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım 3,3 %, 2024-cü ildə 3 %, 2025-ci ildə isə 2,9 % səviyyəsində reallaşacağı, ÜDM istehsalının isə müvafiq olaraq 111,6 milyard manata, 121,6 milyard manata və 133,7 milyard manata çatması gözlənilir. Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ÜDM istehsal olunub. Bu il isə göstərici daha yüksək olacaq. Azərbaycan iqtisadiyyatında qeydə alınan dinamika digər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir və artımın davamlı xarakter daşıyacağına dair proqnozlar səsləndirlir. Bu, Azərbaycanın iqtisadi cəhətdən də əvvəlki kimi dünyanın lider ölkələri ilə bir cərgədə yer alması, onun beynəlxalq nüfuzunun daha da yüksəlməsi deməkdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ