Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan enerji nəqlində Qazaxıstanın əsas ümid yerinə çevrilib...

Image


Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qazaxıstan üçün də getdikcə ciddi problemlər yaradır. Məsələ burasındadır ki, Qazaxıstan neftinin əsas hissəsi Rusiya vasitəsilə dünya bazarlarına çatdırılır. Amma son günlərdə bu müstəvidə ciddi problemlər yaranıb. Xəzər dənizində qazax neftinin tankerlərə yüklənməsini həyata keçirən borularda zədələnmə probıemi daha da dərinləşdirib.

Amma ən əsası, Rusiyadan və onun üzərindən neft idxalı ilə bağlı məhdudiyyətlər Qazaxıstan üçün böyük problemə çevrilməyə başlayıb. Elə bu səbəbdən Qazaxıstan alternativ marşrutlar axtarır və indi ölkənin bütün diqqəti Azərbaycan üzrində cəmlənir.

Baş verənlərlə bağlı Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev qeyd edir: “Rusiyaya qarşı sanksiyalar fonunda Qazaxıstan hakimiyyəti ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar hazırlayıb. Biz ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar və dəhlizlər işləyib hazırlamışıq. Nazirlik malların logistik tədarük zəncirlərində qırılmaların qarşısını almaq üçün operativ tədbirlər görüb”. Onun sözlərinə görə, ixrac yükləri Latviya limanlarına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) yönləndiriləcək: “TBNM çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ilə müştərək nəqliyyat və logistika şirkəti ilə analoji olaraq marşrut üzrə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub. TBNM vasitəsilə yük daşımalarını inkişaf etdirmək üçün Aktau Dəniz Limanı azad iqtisadi zonasının bazasında konteyner qovşağının yaradılması da nəzərdə tutulub”. Bu arada xatırladaq ki, bu il martın 9-da Bakıda “Samruk-Kazına” SC İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan hökumətinin bir sıra yüksək vəzifəli şəxslərilə görüş keçirib. Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub. Bu marşrutun aktivləşdirilməsi ölkələrimizə yeni imkanlar vəd edir. Qazaxıstandan olan siyasi analitik Aydar Amrabayevin sözlərinə görə, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi Qazaxıstan və Azərbaycan üçün xarici maraqlar balansının qorunması və ticarətin optimallaşdırılması baxımından xüsusi strateji əhəmiyyət kəsb edir: “Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kontinental Avrasiyada beynəlxalq turbulentlik şəraitində xarici ticarətin sabitliyini və balansını qorumağa imkan verir. Nəzərə almaq lazımdır ki, Qərblə geniş tərəfdaşlığa malik olan və ölkədə Qərb kapitalı və şirkətləri üçün geniş şərait yaradan Qazaxıstan üçün bu nəqliyyat marşrutu son dərəcə əhəmiyyətlidir. Üstəlik, yaxın tərəfdaşlarımız olan Cənubi Qafqaz ölkələri də buna bağlıdır. Türk Dövlətləri Birliyi çərçivəsində Azərbaycan və Türkiyə ilə müttəfiqliyin də mühüm bir tərəfi var. Bu layihə əslində bizim birgə iqtisadi potensialımızı artırmağa, bu vektoru Avrasiyada çox zəngin və davamlı hala gətirməyə qadirdir”. Qazax ekspertə görə, Rusiyaya qarşı sanksiya rejiminin indiyədək presendenti olmayıb, eynilə Rusiya rəhbərliyinin Ukraynadakı maraqlarını güc yolu ilə həll etmək qərarı kimi: “Bu bütövlükdə Avrasiyadakı sabitliyə və Xəzər regionunda iqtisadi əməkdaşlıq perspektivlərinə çox mənfi təsir göstərir. Ancaq çinlilərin dediyi kimi, böhran təkcə problem deyil, həm də inkişaf üçün fürsətdir. Ona görə də hesab edirəm ki, ölkələrimiz bu böhrandan, nə qədər ədəbsiz səslənsə də, öz xeyrinə istifadə etməlidir. Xüsusilə iqtisadi aktivliyi və regionun beynəlxalq biznes və investisiyalar üçün cəlbedici imicini qoruyub saxlamaq üçün səylər göstərilməlidir. Bu təkcə ölkələrimizin deyil, bütövlükdə regionumuzun maraqlarına xidmət edir. Biz beynəlxalq əmək bölgüsündən məhrum ola və üstəlik hansısa bəhanələrlə sanksiyalara məruz qala bilmərik. Bu, ölkələrimizdə iqtisadiyyatın deqradasiyasına, sosial həyatın durğunluğuna gətirib çıxaracaq. Bizə balanslaşdırılmış və praqmatik siyasət lazımdır.
İmkanlar kifayət qədər genişdir. Biz neft və qaz ehtiyatlarının böyük istehlakçıları üçün, xüsusən də, Rusiya neftinin və qazının Avropaya çatdırılmasının blokadası şəraitində alternativ mərkəzə və resurs bazasına çevrilə bilərik. Hərçənd, müxtəlif xarici qüvvələrin ciddi geosiyasi təzyiqi ilə üzləşəcəyik”.

Onu da deyək ki, Azərbaycan Xəzərdə ən böyük neftdaşıma tankerlərinə malik olan ölkə hesab edilir.  Bu tankerlərin hər birinin 100 min barrel neft daşımağa qadir olmasını nəzərə alanda, faktiki olaraq, Azərbaycanın neftdaşıma tankerləri istənilən həcmdə Qazaxıstan neftini  daşımağa qadirdir. Digər tərəfdən qazax neftinin istənilən həcmdə Bakı-Tiflis-Ceyhanla daşınması üçün də bütün imkanlar mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayıb. Quruma daxil olan sorğuya əsasən, Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazut nəql edilməsi həyata keçirilir. Bununla bağlı yayılan məlumatda deyilir: "Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar, nəqliyyat və logistika sisteminə təsirsiz ötüşmür. Yük sahibləri Rusiya ərazisindən tranzit yükdaşımalarından imtina edərək, yük axınlarının istiqamətini dəyişdirməyə çalışırlar. Bu, ilk növbədə, Rusiyanın Avropa ilə sərhədlərinin qapalı olması və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. Alternativ marşrutlardan biri kimi, Azərbaycandan keçən “Şərq-Qərb” nəqliyyat dəhlizi seçılır. Artıq Qazaxıstanlı yük sahibləri Qərb istiqamətində daşımalarda, qeyd edilən koridordan yararlanmağa başlayıblar”. Mazut Qazaxıstanın Tekesu stansiyasında çən vaqonları yüklənərək Ələt limanına çatdırılır, buradan isə dəmir yolu ilə Batumi limanına nəql edilir. Yüklərin bir qismi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edilərək nəql olunur.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ