Bazar günü günü, 11 oktyabr 2026
     

Hindistan buğda məsələsində Azərbaycan üçün Rusiyanı əvəz etməyə hazırdır

Image


Artıq beynəlxalq miqyasda qəbul edilmiş faktdır ki, dünya bazarlarında enerji qiymətlərinin yüksəlməsi, dəyər və logistika zəncirinin məhdudlaşması, baş verən geosiyasi reallıqlar və münaqişələr dünya ölkələri arasında ərzaq təhlükəsizliyi üçün təhdid yaradıb. İndi beynəlxalq qurumlar bu xüsusda çoxsaylı xəbərdarlıqlar edir.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva qeyd edilənlər fonunda ərzaq və enerji çatışmazlığına, onların qiymətlərinin artmasına yol verilməməsi üçün dünya ictimaiyyətini səylərini birləşdirməyə çağırıb: “Ukraynada müharibə mümkün qədər tez dayanmalıdır ki, ölkə dünya bazarına taxıl çıxara bilsin. Tanklar nə qədər tez getsə, traktorlar bir o qədər tez gələr. Bizə lazımdır ki, ərzaq qiymətlərində stabilliyi təmin etmək üçün iyulda Ukraynada məhsul olsun”. BMT-nin Baş katibi Antonio Quterreş isə bildirib ki, Ukrayna və Rusiyadan taxıl idxalının dayanması bir çox ölkədə iğtişaşlara səbəb ola bilər: “Ərzaq, yanacaq və gübrə qiymətləri kəskin artır, tədarük zənciri qırılır. Bütün bunlar ən kasıb ölkələri sərt şəkildə vurur və dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir”. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bildirdiyinə görə, Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif defisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxmasına səbəb ola bilər. FAO kənd təsərrüfatı xammalı və ərzaq məhsullarının iri istehsalçıları və ixracatçıları olan Rusiya ilə Ukrayna arasındakı müharibənin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır: “FAO-nun iki ölkə tərəfindən taxıl və günəbaxan toxumlarının ixracının ani və kəskin azalmasının potensial təsirini qiymətləndirən hesablamaları göstərir ki, bu çatışmazlıqlar 2022-2023 kənd təsərrüfatı mövsümündə alternativ mənbələr hesabına qismən kompensasiya edilə bilər. Bir çox ixracatçı ölkələrin istehsalı və tədarükü artırmaq imkanı yüksək istehsal və giriş xərcləri ilə məhdudlaşdırıla bilər”. FAO analitikləri hesab edirlər ki, münaqişə xam neftin qiymətini yüksək saxlasa və iki ölkənin dünya ixracatındakı payının azalması müddətini uzatsa, qlobal taxıl və günəbaxan bazarında əhəmiyyətli tədarük çatışmazlığı 2022-2023 kənd təsərrüfatı mövsümündən sonra da davam edə bilər və bu, hətta alternativ istehsalçı ölkələr yüksək məhsul qiymətlərinə cavab olaraq istehsallarını genişləndirsələr belə, baş verəcək. Logistik risqləri şərh edən FAO qeyd edir ki, Ukraynada daxili nəqliyyat və dəniz limanları infrastrukturuna, eləcə də saxlama və emal infrastrukturuna ziyan vurulması qorxusu var: “Ümumilikdə, Qara dəniz regionunda yanalma üçün nəzərdə tutulan gəmilərin sığorta haqlarının artırılması ilə bağlı narahatlıqlar var, çünki bu, yükdaşıma xərclərinin yüksək olmasına və nəticədə idxalçıların xaricdən tədarük edilən qidaya görə xərclərinin artmasına səbəb olacaq”. Mütəxəssislərin proqnozlaşdırdığına görə, münaqişə səbəbindən Ukraynada qış məhsullarının 20%-dən 30%-ə qədəri biçilməmiş qala bilər. Bundan başqa, qurum Rusiyanın özündə də çətin durum olduğunu bildirir: “Sanksiyalar, həmçinin, Rusiyanın kənd təsərrüfatı məhsullarının, xüsusən də ölkənin çox asılı olduğu pestisid və toxumların idxalını poza bilər. Bu, əkin sahələrinin, məhsuldarlığın və keyfiyyətin azalmasına səbəb ola bilər. Bu, həmçinin Rusiyanın kənd təsərrüfatı sektorunu və qlobal ərzaq təchizatını ciddi risqlərlə üz-üzə qoyur”.

Bütün bunlar, digər dünya ölkələri kimi, Azərbaycanı da ciddi narahat edir. Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan Rusiya və Qazaxıstandan ərzaqlıq buğda alıb. Buğda idxalının ümumi həcmi 93 min 704,52 ton, dəyəri isə 32,475 milyon  dollar təşkil edib. Hesab edilir ki, Rusiya ixaracı məhdudlaşdırsa, Azərbaycan müəyyən çətinliklər yaşaya bilər. Lakin belə bir vaxtda Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı, Azərbaycan da daxil olmaqla, 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib. Dehli  bildirib ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Bu 30 ölkədən yarısı Rusiya və Ukrayna buğdası ilə yanaşı, Hindistan buğdasının artıq mövcud müştəriləridir. Bununla belə, Hindistanın payı Rusiya və ya Ukrayna ilə müqayisədə idxalın ümumi həcmində daha azdır. Bundan başqa, onilliklər ərzində Rusiya və Ukrayna buğdasının eksklüziv alıcısı olan daha 10-15 ölkə var. Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir. Kənd Təsərrüfatı və Emal olunmuş Qida Məhsullarının İxracının İnkişafı İdarəsinin (APEDA) sədri Madhayyan Anqamutu bu xüsusda bildirib: “Məqsədimiz yalnız cari böhran dövründə qısamüddətli razılaşmalar əldə etmək deyil, Rusiya və Ukrayna buğdasının üstünlük təşkil etdiyi bazarlarda keyfiyyətli buğdanın etibarlı uzunmüddətli tədarükçüsü olmaqdır. Biz qısamüddətli qazanclara baxmırıq, əksinə, bu fürsətdən əsas buğda idxal edən ölkələrlə uzunmüddətli əlaqələr qurmaq üçün istifadə edəcəyik”. Məsələ ilə bağlı “report” portal qeyd edir ki, Rusiya böhranından bir neçə gün sonra dünya bazarlarında Hindistan buğdasının qiyməti ton başına 360 ABŞ dollara qədər qalxıb. Bununla belə, son bir neçə gündə qiymətlər bir qədər sabitləşərək, ton başına 330-340 ABŞ dollarınadək düşüb. Hindistan buğdasının hazırkı qiyməti hələ də qlobal rəqiblər arasında ən ucuzdur. Hesab edilir ki, növbəti bir neçə ay ərzində Ukrayna və Rusiyanın dünya bazarlarında olmaması hindli treyderlərə rekord miqdarda mal göndərmək üçün qızıl şans verəcək. Hindistanın 2022-ci ilin aprelindən 2023-cü ilin martınadək rekord həddə - 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da, bu illə müqayisədə təxminən 2 milyon ton çoxdur. Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna isə bunlar fonunda qeyd edir ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur. Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin 2020-ci illə müqayisədə 27 % artdığını bildirib. Elə bu fonda Azərbaycan Hindistandan taxıl da idxal edə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ