Bazar günü günü, 11 oktyabr 2026
     

Regionların inkişaf strategiyası Azərbaycanı dünya ərzaq böhranından xilas edir

Image


Rusiya və Ukrayna arasında yaşanan qarşıdurma dünya iqtisadiyyatına getdikcə daha çox mənfi təsir göstərməkdədir. Artıq bu qarşıdurmanın əsas nəticələrindən biri kimi dünyada enerjidaşıyıcılarının qiymətlərində kəskin artımlar qeydə alınır.

Buna paralel olaraq, dünya boyu inflyasiyanın daha sürətlə artması proqnozlaşdırılır. Vəziyyəti ağırlaşdıran daha bir məqam Qərb ölkələri və təsisatlarının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, rəsmi Moskvanın buna adekvat şəkildə cavab verməsidir. Qarşılıqlı sanksiya və embarqolar qlobal iqtisadi inkişafa mənfi təsir edərək dünya ölkələrinin böyük əksəriyyətinə ziyan vurur.

  • Ərzaq qiymətlərində bahalaşma rekord həddə yüksəlir

Ötən ilin ikinci yarısından başlayaraq Avropada və bütün dünyada ərzaq qiymətləri onillik rekordları yeniləyir. Rusiya-Ukrayna savaşı və sanksiyalar fonunda  ərzaq qiymətlərinin daha da bahalaşması proqnozlaşdırılır. Bu, ilk növbədə taxıl, un və un məmulatlarına aiddir. İlk növbədə o baxımdan ki, Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır. İxracda kəsirlər yaranması və ya Rusiya tərəfindən taxıl satışının tamamilə dayandırılması bu məhsulun qiymətində astronomik bahalaşmaya səbəb ola bilər. Daha bir mühüm məqam planetin ərzaq təhlükəsizliyi üçün strateji cəhətdən böyük önəm kəsb edən Qara dəniz hövzəsi ilə bağlıdır. Bu gün Qara dəniz limanları vasitəsilə təkcə Rusiya deyil, Ukrayna, Qazaxıstan və Rumıniya da buğda, arpa, qarğıdalı və günəbaxan ixrac edir. Qara dənizdə ixraca maneə yaradılması ərzaq qiymətlərində rekord ölçülərdə inflyasiyanın qeydə alınmasına gətirib çıxarmaq iqtidarındadır. Bundan başqa, nəzərə alınmalıdır ki, Rusiya həm gübrə istehsalı üçün xammal, həm də gübrələrin əsas təchizatçıdır. Bu məhsulların son dövrlərdə onsuz da Avropada  çatışmazlığı qeydə alınırdı. Rusiya gübrə istehsalı üçün xammal və hazır gübrələrin Avropaya nəqlini dayandıracağı halda “köhnə dünya”  məhsul qıtlığı və ərzaq qiymətlərində yeni artımlarla üzləşməli olacaq və bu, qlobal miqyasda öz təsirlərini hiss etdirəcək.

Bundan başqa o da etiraf olunur ki, Ukrayna böhranının uzanması qlobal ərzaq təhlükəsizliyi üçün fəlakətli risqlər daşıyır. Bu, ən yoxsul ölkələrə ciddi zərbə vuraraq dünyada ərzaq qıtlığına səbəb ola bilər. Artıq Avropada qorxular var ki, Afrikada aclıq görünməmiş miqrasiyaya səbəb ola bilər. Təbii ki, bu miqrasiyanın son ünvanı da məhz Avropa olacaq. Bu baxımdan, Qərb dünyasında Rusiyaya münasibətdə ticarət məhdudiyyətləri ilə bağlı parçalanmalar və ziddiyyətlər daha da şiddətlənir. Avropada artıq nümayişlərin və anti-sanksiya mitinqlərinin xəritəsini çəkmək mümkündür. Xatırladaq ki, Rusiya ticarət həcminə görə Avropanın beşinci əsas tərəfdaşıdır. Bu fonda Rusiya ilə işbirliyində olan  Qərb  bankları, biznes qurumları sanksiyalardan ciddi zərər görür. Hazırda Avropanın Rusiyaya ixracı ildə 100 milyard avrodur. Sanksiyalar və embarqolar isə bu həcmin kəskin şəkildə azalması və beləliklə böyük həcmdə iqtisadi itkilərin yaranması deməkdir. Bundan əlavə, Rusiya ərazisində Qərb şirkətlərinin aktivlərini donduracağı və ya müsadirə edəcəyi halda vəziyyət daha da pisləşəcək. Sanksiyalar fonunda Rusiyanın yeni texnologiyalara çıxış imkanları azalır, maliyyə imkanları məhdudlaşır, dollar, avro, funt-sterlinq ilə biznes aparması çətinləşir. Bu, Rusiya, eləcə də onun ticarət, iqtisadi tərəfdaşlarına mənfi təsir edir. Finlandiyanın iqtisadi inkişaf naziri Mika Lintilya etiraf edir ki, Rusiya-Ukrayna savaşı fonunda Avropada ərzaq kompleksi ciddi çətinliklərlə üzləşib. Avropa Komissiyasının təmsilçisi Miriam Qarsia Ferrer isə bildirir ki, aqrar-sənaye sektoru yeni çağırışlarla üz-üzə qalıb: “Biz aqrar-sənaye sektorunda yeni çağırışla üz-üzəyik. Ukrayna və Rusiyanın böyük həcmdə ixrac olunan ərzaq məhsullarının əsas tədarükçüləri olması səbəbindən vəziyyəti və dünyanın ərzaq təhlükəsizliyi üçün nəticələrini izləyirik”. Ərzaq böhranını yaxınlaşdıran daha bir səbəb nəqliyyat-logistika problemləridir. Qərb və Rusiyanın hava məkanlarını biri-birinin üzünə bağlaması, Qara dəniz limanlarında və bir sıra ölkələrdə yükdaşımalarla bağlı çətinliklər, dəyər zəncirinin qırılması vəziyyəti daha da ağırlaşdırır.

  • Ərzaq istehsalında regionlar xüsus çəkiyə malikdir

Rusiya-Ukrayna savaşının dünya boyu yaratdığı iqtisadi fəsadların təsirlərinin neytrallaşdırılması Azərbaycan hökumətinin xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə idxal asılılığının azalması, yerli istehsalın müxtəlif yollarla dəstəklənməsi, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması və digər istiqamətlərdə önəmli addımlar atılır. Bu xüsusda indi xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də regionların inkişafının daha dinamik xarakter daşımasıdır. Çünki ərzaq istehsalında regionlar xüsus çəkiyə malikdir.

Ölkəmizdə indi regionların inkişafı hesabına idxal qida məhsullarının yerli istehsalla əvəzlənməsi əsas diqqət mərkəzində yer alır. Həmçinin daxili istehsal həcmi artırılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 14,1 faiz artım qeydə alınıb. Qida məhsullarının istehsalının, dayanıqlı inkişafın bundan sonra da təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin artırılması, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, fiskal dayanıqlığın təmin edilməsi, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi də hökumətin əsas prioritet vəzifələri sırasında yer alır. Bundan başqa, biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliklərinin sürətləndirilməsi istiqamətində əməli addımlar atılır. Bütün bunlar regionlarda da indi özünü qabarıq büruzə verir. Məhz regionlarda kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, özünütəminetmə səviyyəsinin artırılmasına və idxaldan asılılığın azaldılmasına nail olunması üçün müvafiq strategiya həyata keçirilir. Əsas hədəf daxili istehsal imkanlarının əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmasına nail olmaqdır. Zəngin yerli xammal, çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi də bu prosesdə Azərbaycana mühüm üstünlüklər qazandırır. Bütün bunlar həm də onun təsdiqidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi strateji əhəmiyyətə malik olub Azərbaycanı çətin duruma düşməkdən xilas edir. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar regionlarda artıq əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan geniş istifadə edilməsinə, yeni emal müəssisələrinin yaradılmasına münbit zəmin formalaşdırır. Dünyada ərzaq təminatı sahəsində artan çətinliklər fonunda hökumət bu imkan və zəminlərdən daha geniş istifadə edir və bu da Azərbaycana mühüm üstünlüklər qazandırır, ərzaq təhlükəsizliyinə zəruri töhfələr verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ