Bazar günü günü, 11 oktyabr 2026
     

Tranzit imkanları Azərbaycandan çox dünyaya lazım imiş...

Image


Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklərın tranzitində  Azərbaycanın əhəmiyyəti sürətlə artır. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin keçdiyi məkan kimi indi həm Qərbin, həm də Asiyanın ölkəmizə diqqət və marağı daha da artmaqdadır. Hər halda, son proseslər də bunu təsdiq edir. Xüsusən də Rusiya-Ukrayna qarşıdurması nəticəsində Azərbaycanın tranzit imkanlarına tələb dünya miqyasında sürətlə artır.

Belə bir vaxtda Rusiya Dəmir Yolları ölkə ixracatçılarını məhsullarını "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşımağa çağırıb. Bunda məqsəd infrastrukturu yüklənməmiş alternativ istiqamətlərlə daşınmaların artırılmasına nail olmaqdır. Dəhlizlə daşımaları Azərbaycan ərazisi (Samur sərhəd keçid məntəqəsi) və yaxud Xəzər limanları vasitəsilə həyata keçirmək tövsiyə edilir. Bundan başqa, məlumdur ki, Rusiyada bəzi yükgöndərənlər mallarını dost olmayan ölkələrə çatdırmaqdan imtina etmək qərarına gəliblər. Eyni zamanda, Rusiya Dəmir Yolları bildirib ki, yükdaşıma ilə bağlı bütün məhdudiyyətlər indi Ukraynaya daşınma və onun ərazisindən tranzitlə bağlıdır. Xatırladaq ki, Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımalar zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb. Beləliklə, proseslər göstərir ki, Azərbaycan Rusiya məhsullarının ixracında əsas tranzit məkana çevrilir. Bu fonda “Şimal-Cənub” dəhlizinin ölkəmiz üçün əhəmiyyəti daha da artır. Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dolları aşacaq. “Şimal-Cənub” dəhlizi bu ticarət dövriyyəsində əsas tranzit məkana çevrilir. Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, İran da “Şimal-Cənub” dəhlizilə Azərbaycan üzərindən yükdaşımaları artırmağı planlaşdırır. Hesab edilir ki, dəhlizin əsas seqmenti hesab edilən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti işə düşsə, Azərbaycan ərazisindən tranzit yükdaşımalar daha da artacaq. İranın Nəqliyyat infrastrukturlarının inşası və inkişaf etdirilməsi şirkətinin direktoru Abbas Xətibi isə qeyd edir ki, Rəşt-Astara dəmir yolu beynəlxalq əhəmiyyət daşıdığı üçün onun tikintisi prioritet məsələdir və uzunluğu 164 kilometr olan bu yol tez bir zamanda tikilib başa çatdırılmalıdır. O bildirib ki, Rəşt-Astara dəmir yolu Bəndər-Abbas limanından başlayaraq Qəzvin-Rəşt yolu ilə Astaraya qədər davam edir.

Beləliklə, formalaşacaq Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Hindistanın Mumbay limanından Finlandiyaya qədər uzanan 13 min kilometrlik “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edəcək. Bu yolla İranın həm qonşu, həm də Avropa qitəsindəki dövlətlərlə ticarət və tranzit əlaqələri möhkəmlənəcək. İdxal və ixrac üçün nəzərdə tutulan yüklər Mumbay limanından İranın Bəndər-Abbas limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttilə Rusiyaya və Avropaya daşınacaq. Yüklər əks istiqamətə də məhz bu yolla çatdırılacaq ki, bu da ikiqat tranzit gəlirləri deməkdir. Lakin məsələ yalnız bununla məhdudlaşmır. İranın Çabahar limanı Oman dənizi sahilində yerləşir və Hind okeanına çıxışı olmaqla yanaşı, Asiyanın 21 dövlətini, Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropanı nəqliyyat əlaqəsi baxımından birləşdirir. Hazırda liman 8,5 milyon ton yükaşırımına malikdir. Bu liman “Şimal-Cənub” dəhlizinin fəaliyyətində aparıcı rola malikdir. Cənub-Şərqi Asiya dövlətlərindən Çabahara daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Avropaya daşınacaq. Çabahar limanı vasitəsilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər məhz Azərbaycan üzərindən keçəcək ki, bu da ölkəmizin logistika mərkəzinə çevrilməsini şərtləndirir. Ekspertlər hesab edir ki, Rusiya və İranın Azərbaycan üzərindən tranzit yükdaşımaları artırmaq istəyi də təsadüfi xarakter daşımır. Əvvəla coğrafi yaxınlıq məsələsi var. Digər tərəfdən, Azərbaycan müasir dünyanın iqtisadi inkişafında nəqliyyatın və tranzit daşımaların mahiyyətini qabaqcadan hesablayıb və müasir standartlara uyğun nəqliyyat-tranzit infrastruktur yaradıb. Buna misal olaraq Bakı Beynəlxalq Ticarət limanını, Ələt-Astara magistral yolunu, İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu xəttinin inşasını, Astaraçay üzərində tikiləcək yeni körpünü göstərmək olar. Bunlarla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin İranın Astara şəhərində inşa etdiyi yük terminalı və başqa amilləri də qeyd etmək olar. Onu da qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC İran Astarasındakı yük terminalının ərazisində inşa etdiyi taxıl terminalı üzrə işləri 98%, konteyner platforması üzrə işləri isə 40% yerinə yetirib. Dəhliz çərçivəsində 1ədəd iki aşırımlı Bağçasaray körpüsü və 1400 perimetr uzunluğunda dəmiryol xəttinin tikintisi tamamlanıb, terminalın giriş hissəsində üç aşırımlı Kəmərbəndi körpüsünün tikinti-quraşdırma işlərinin 70 %-i yerinə yetirilib. Terminal daxilində ümumi uzunluğu 7,7 km dəmiryol xətti inşa olunub, 17 ədəd yoldəyişən quraşdırılıb, sahəsi 1 800 kvadratmetr yükdoldurma-yükboşaltma platforması hazırlanıb. Terminalın ərazisindən keçən Virmuni çayının məcrasının dəyişdirilməsi və üzərindən 4 ədəd bir aşırımlı dəmiryol körpüsünün, 1 ədəd bir aşırımlı avtomobil yolu körpüsünün tikintisi üzrə işlərin 65 %-i icra edilib. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin Azərbaycan üzərindən keçməsini və Avropa ilə Asiya dövlətlərinin ixrac-idxal əməliyyatlarını məhz bu yolla həyata keçirmək istəklərini şərtləndirən amillərdir. Bundan başqa, cari ildən ikinci Çin-Avropa nəqliyyat marşrutunun Xəzər dənizindən keçən hissəsində - Bakı-Türkmənbaşı-Bakı istiqamətində gəmilərin və reyslərin sayı 2-yə çatdırılacaq. İqtisadçı-ekspertlər bunu Azərbaycanın Çindən Avropaya yük daşımalarında payını artırması kimi qiymətləndirir. Bakı və Türkmənbaşı arasında gəmi bağlantısının gücləndirilməsi Asiya və Sakit okean regionu, yəni Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutunun inkişafına hesablanıb. Xatırladaq ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib və icrasına başlayıb. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur. "İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Çinin məqsədi böyük iqtisadi gücə malik alternativ dəhlizlərin yaradılmasıdır. Çin bir dəhlizdən aslı olmamaq üçün alternativ dəhlizlərin inkişafına diqqət ayırır. Regionun mürəkkəb geopolitik vəziyyəti alternativ dəhlizlərin inkişafı ilə bağlı mövzunun vacibliyini bir daha ön plana çəkir. Multimodal dəhliz vasitəsilə Çinin yükləri Qaşqar bölgəsindən Qırğızıstanı, Özbəkistanı keçməklə Türkmənistana gətirilir, Tükmənistandan da Azərbaycana, Gürcüstana, Türkiyəyə və Avropaya daşınması təmin edilir. Bu, ölkəmizin nəqliyyat sisteminin daha effektiv işləməsini təmin etməklə, həm yükdaşımanın faizini artırır, həm də gələcəkdə Zəngəzur dəhlizi üçün əlavə perspektivlər yaradır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ