Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan Avropanın "qazını artıracaq" - bərpa olunan enerji sayəsində...

Image


Rusiyanın Ukraynaya hücumu ilə Avropa ölkələri Rusiyadan təbii qaz alışını dayandırmağı müzakirə etsə də, çoxları hələlik yekun qərara gələ bilmir. Amma bir sıra ölkələr konkret addımlar atır. Məsələn, Böyük Britaniya ilin sonuna kimi Rusiyadan neft-qaz idxalına qadağa qoyacağını bəyan edib.

Polşa da analoji addımlar atır. Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Piotr Naimski bildirib ki, ölkəsi ilə Rusiya arasında qazın alınmasına dair müqavilənin müddəti 2022-ci ilin dekabrında başa çatır və Rusiya Federasiyası ilə yeni sövdələşmələr olmayacaq: "Biz artıq Rusiya tədarükçülərindən qaz almayacağıq. Hazırda 50%-i Rusiyadan gələn qazdır, biz onu əvəz edə bilərik". Onun sözlərinə görə, Rusiya qazı Polşanın idxalının böyük hissəsini təşkil edir, lakin PGNiG dövlət şirkəti onu əvəz edə bilər. Onun sözlərinə görə, şirkətin Rusiya tədarüklərini əvəz edən müqavilələr portfeli var: "Oktyabrda biz Baltik Borusu qaz kəmərini istifadəyə verəcəyik, artıq genişləndirilmiş LNG terminalımız var, digər infrastruktur, məsələn, Litva və Slovakiya ilə qaz əlaqəsi də hazır olacaq". Onu da qeyd edək ki, başqa mənbələrdən qaz almağa çalışan Avropanın üz tutduğu ünvanlardan biri də Azərbaycandır. Xatırladaq ki, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib. Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir. Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir. Proseslər göstərir ki, Azərbaycan yaxın tezlikdə TAP-la Avropaya daha çox həcmdə qaz nəqlini həyata keçirəcək. Bunu şərtləndirən səbəblərdən biri də Azərbaycanın daxildə qaz istehlakını azaltmasıdır. Məsələn, alternativ enerji mənbələrinə keçid Azərbaycana daha çox qaz nəqli imkanı verir. Elə bu günlərdə təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Energetika naziri Pərviz Şahbazov məsələ ilə bağlı bildirir: "Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini 2022-ci ilin sonunadək bitirmək planlaşdırılır. Stansiyanın istismara verilməsindən sonra biz 110 milyon kubmetr qaza qənaət edəcəyik və ildə 200 min ton həcmində çirklənmənin qarşısını alacağıq. Yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq".

Onu da qeyd edək ki, 2030-cu ilədək Azərbaycanda bərpaolunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması istiqamətində işlər aparılır. Bu da ölkəyə daha çox həcmdə təbii qaza qənaət imkanı yaradır. Xatırladaq ki, Azərbaycan Səudiyyə Ərəbistanın “Acwa Power” şirkəti ilə razılaşma çərçivəsində ölkəmizdə 240 meqavat gücündə külək elektrik stansiyası inşa ediləcək. Həmçinin növbəti mərhələdə imzalanmış icra müqaviləsi çərçivəsində BP şirkətinin Zəngilan-Cəbrayıl zonasında 240 meqavat gücündə Günəş elektrik stansiyasının tikintisi, eyni zamanda bərpa olunan enerji hərraclarının keçirilməsi nəzərdə tutulur. Bu hal Azərbaycanda təbii qaz yox, digər mənbələr hesabına Azərbaycanın enerji hasilatını artıır. Nəticə etibarı ilə ölkəmiz təkcə neft-qaz istehsalı və ixracı ilə kifayətlənmir, həm də elektrik enerjisinin böyük ixracatçısına çevrilməkdədir. Azərbaycan artıq dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir. O da xüsusi vurğulanmalıdır ki, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi üçün Azərbaycanın kifayət qədər böyük imkanları var. Təbii ki, ölkəmizin iqlimi, dənizə birbaşa çıxışı və işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji resursu gücünün 10 min meqavata yaxın olması bu sahədə əməli işlərin həyata keçirilməsinə imkan verir. Eyni zamanda, Azərbaycanın dayanıqlı iqtisadiyyatı, optimal investisiya mühitinin formalaşması, xarici investisiyalara dövlət zəmanəti, ölkənin xarici dövlət borcunun aşağı həddə - cəmi 7,4 milyard dollar olması və valyuta ehtiyatlarının xarici dövlət borcunu 8 dəfədən çox üstələməsi Azərbaycanın bu sahədə əməli addımlar atmasına imkan verir. Bütün bu parametrləri nəzərə alaraq ekspertlər onu da xatırladır ki, bərpaolunan enerji sahəsində işğaldan azad olunmuş ərazilərimizdə 30 su elektrik stansiyası fəaliyyət göstərirdi ki, ermənilər torpaqlarımızı tərk edəndə bu stansiyaları vəhşicəsinə dağıdıblar. Azərbaycan həmin stansiyaları sürətlə bərpa edir. Təkcə 2021-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyasının fəaliyyəti bərpa edilib. Bu il isə generasiya gücü 27 meqavat olan 5 su elektrik stansiyasının yenidən qurularaq istismara verilməsi nəzərdə tutulur. Təkcə Kəlbəcər və Laçında belə stansiyaların sayının 30-dan çox olacağı planlaşdırılıb. Həm də bu ərazilərin Günəş və külək potensialından səmərəli istifadə edilməklə bərpaolunan enerji sahələri yaradılacaq. Bu da daha çox həcmdə təbii qaza qənaət edərək onu ixraca yönəltməyə imkan verir ki, bunun da əsas alıcısı Avropa olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ