Bazar günü günü, 11 oktyabr 2026
     

Dollara qarşı yuan gedişi: Azərbaycan-Rusiya ticarətində də Çin pulu baza valyutası ola bilər...

Image


Bu günlərdə ABŞ prezidenti Cozef Bayden ABŞ dolları əskinaslarının Rusiyaya ixracını, satışını və çatdırılmasını qadağan edən sərəncam imzalayıb. Qeyd olunub ki, yeni sərəncam Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiya qoyuluşuna məhdudiyyətlər qoymağa imkan verəcək.

Sənədin bəndlərindən birində bildirilib ki, harada olmasında asılı olmayaraq ABŞ-ın fiziki və ya hüquqi şəxsi tərəfindən ABŞ dolları nominalında olan əskinasların Rusiya hökumətinə və ya Rusiyada yerləşən hər hansı fiziki, hüquqi şəxsə birbaşa və ya dolayı yolla ixrac, təkrar ixrac, satış, tədarük etməsi qadağandır. Bundan başqa, Rusiyanın dollar aktivləri Qərb ölkələrində dondurulub. Bayden onu da qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya iqtisadiyyatına məhdudiyyətlər tətbiq etməyə davam edəcək: “Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal səhnədən təcrid edərək çökən iqtisadiyyatına təzyiq göstərəcəyik. Bizim məqsədimiz Putinin mövqeyinə qarşı çıxmaqdır”. Bu xüsusda dollar üzərindən Rusiyaya təqzyiqlər artır. Elə bu səbəbdən Rusiya dollardan imtina istiqamətində fəaliyyətini genişləndirir. Rusiya prezidenti Vladimir Putin regionlara dəstək tədbirləri ilə bağlı keçirilən iclasda bildirib ki, əsas valyuta ehtiyatı kimi ABŞ dollarının etibarına ciddi zərbə dəyib: “Bütün qlobal iqtisadiyyata və ticarətə, əsas valyuta ehtiyatı kimi ABŞ dollarının etibarına ciddi zərbə vurulub”. Rusiya prezidenti həmçinin deyib ki, Qərb özü “qlobal inflyasiya spiralını dağıdıb” və bu, qlobal yoxsulluğun artmasına və qaçqın axınına gətirib çıxarıb. Belə bir vaxtda o da bəlli olub ki, Rusiya xarici ticarətdə dollardan imtina üçün fəaliyyətini genişləndirir. “Business Standard”qəzeti yazır ki, Çin, Hindistan kimi ölkələrlə Rusiya ticarəti artıq dollar üzərindən aparmır: "Bu günlərdə bəlli olub ki, Hindistan Rusiyadan təxminən 15 milyon barrelə qədər xam neft idxal edə bilər". Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir. Bu yaxınlarda Hindistanın neft və qaz naziri Hardeep Singh Puri bildirib ki, ölkəsi Rusiya ilə neftin alışı ilə bağlı müxtəlif məsələlər üzrə danışıqlar aparır. Həmçinin məlum olub ki, Hindistan və Rusiya Federasiyası rupi-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi Çin yuanına keçə bilər. Halbuki, indiyə qədər baza valyutası dollar idi. Qeyd edək ki, daha əvvəl Rusiya və Hindistan silah müqavilələri bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina edib. 

Bundan başqa, Moskva Pekinlə də sövdələşmələrdə Amerika valyutasından uzaqlaşmağa davam edir. Rusiya və Çin arasında ticarət əməliyyatları üzrə hesablaşmalarda dolların payı minimuma enib, milli valyutaların payı isə maksimuma qalxıb. İqtisadçılar əmindir ki, sonda hər şey "maliyyə alyansı" ilə bitəcək. Elə bir alyans ki, orada Amerika valyutası üçün ümumiyyətlə yer olmayacaq. Bu dəyişiklik Rusiya iqtisadiyyatının dedollarizasiyası və onun ABŞ-ın yeni sanksiyaları qarşısında dayanıqlığının artırılması strategiyasının bir hissəsidir. Ukrayna müharibəsinə qədər də Moskva və Pekin dolları ikitərəfli ticarətdən planlı şəkildə çıxarırdı. Rusiyanın neft nəhəngi "Rosneft" isə bütün ixrac müqavilələrini avroya köçürüb. Rusiya Azərbaycanla da hesablaşmalarda milli valyutalardan istifadə etməyi çox arzu edir. Bu, "Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"də öz əksini tapıb. Sənədə əsasən, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaq. Hesab edilir ki, mərhələli şəkildə bəyannaməyə uyğun olaraq gələcəkdə milli valyutalardan, xüsusən də bir sıra məhsulların idxal və ixracı zamanı istifadə imkanları mümkündür. Bütövlükdə sənəd bunun üçün bir baza formalaşdırıb. Bu isə ondan xəbər verir ki, növbəti dövrdə iki ölkə arasında ticarət dövriyyəsində həm də milli valyutalardan istifadə edilməsi, o cümlədən ticarət dövriyyəsinin həcminin daha da artırılması imkanları geniş olacaq. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard dollar olub. Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. Bu il Rusiyaya qarşı sanksiyalara baxmayaraq, ticarət həcminin artması istisna edilmir. Çünki Rusiya Azərbaycandan daha çox məhsul idxal etmək niyyətini bəyan edib. Bu zaman ödəmələrdə milli valyutalardan istifadə daha da aktuallaşır. Belə vəziyyətdə manat-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi yenə Çin yuanına keçilə bilər.

Bundan başqa, Rusiya hökumətinin sanksiyaların bu ölkənin maliyyə sektoruna yaratdığı təhdidləri sığortalamaq üçün hazırladığı paketdə qızıl ehtiyatlarından istifadənin əhatə dairəsinin genişləndirilməsi də yer alır. Rusiyada dollara qarşı qızıl siyasəti aparılması istiqamətində ilk addımlar bir neçə il bundan əvvəl atılıb. Bu ölkə hələ 2018-ci ilin mart ayından etibarən beynəlxalq ehtiyatlarında xüsusi çəkisi 45 faiz olan dollar payını azaldaraq qızılın və digər maliyyə vasitələrinin payının artırılmasına üstünlük vermişdi. Sanksiyaların genişləndirilməsi Rusiyanın bu istiqamətdə siyasətinə yeni korrektələr gətirdi. Ölkədə bəhs olunan qanunun işləyəcəyinə və səmərəli olacağına əminlik yüksəkdir. Hökumətin qənaətinə  görə, qiymətli metallar, xüsusən də qızıl əhalinin əmanətlərində dollar və avronun həcmini azalda biləcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ