Bazar günü günü, 11 oktyabr 2026
     

Qlobal neft bazarında şok qiymət gözləntisi - Dünya Bankı Azərbaycana başqa proqnoz verdi

Image


Aparılan təhlillər göstərir ki, cari il ərzində dünya enerji bazarlarında qiymətlər verilən proqnozlardan xeyli yüksək olacaq. Bu, enerji hasilatçıları, o cümlədən Azərbaycan üçün enerji məhsullarının satışından daha çox gəlir əldə edilməsi deməkdir. Elə Dünya Bankının son hesabatında da məsələyə məhz bu prizmadan yanaşılır.

Qurum bildirir ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 50 ABŞ dolları səviyyəsində götürüldüyündən, artan neft qiymətləri ölkənin fiskal və xarici balanslarını gözlənilməz gəlirlə təmin edəcək: “Ukraynadakı müharibə nəticəsində bazarda yaranan böhran səbəbindən "Brent" markalı neftin fyuçersləri 130 dollara çatıb. Bu fonda yüksəlmiş enerji qiymətləri Azərbaycanın fiskal və xarici balanslarını dəstəkləyir”. Dünya Bankı hesabatında qeyd edib ki, Azərbaycan "OPEC+" ilə razılaşdırılmış hasilat kvotalarına tam əməl edir və neft hasilatının potensial artımı "OPEC+" qərarlarından və son 10 ildə azalan mövcud istehsal gücündən asılı olacaq. Diqqətə çatdırılır ki, "Azeri Light" markalı neftin son bir ayda orta qiyməti 109,97 dollara bərabər olub. Sözügedən dövrdə Azərbaycan neftinin qiyməti martın 9-da maksimuma çataraq 135,99 dollar təşkil edib. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 741 min barrel olub.  Bununla da, Azərbaycan "OPEC+" razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib. İndi proqnozlara əsasən, son günlərdə neftin cüzi ucuzlaşmasına baxmayaraq, bu məhsulun qiyməti yenidən kəskin şəkildə bahalaşacaq. Düzdür, hazırda neft yenə 100 dollardan baha satılır. Amma bu qiymətin yaxın tezlikdə ən azı iki dəfə yüksəlməsi də istisna edilmir. Beynəlxalq Enerji Agentliyi bunu onunla izah edir ki, Ukraynadakı hərbi münaqişə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya neftinin tədarükündə mümkün fasilələr neft bazarında qlobal şoka səbəb ola bilər. Qurumun gözləntilərinə əsasən, sanksiyalar və idxalçıların Rusiya neftini almaqdan imtina etməsi səbəbindən aprel ayından etibarən ölkədə gündəlik neft hasilatı 3 milyon barrel azalacaq. Bununla yanaşı, agentliyin ekspertləri vurğulayır ki, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Rusiyada neft hasilatının azalmasını kompensasiya edə biləcək sərbəst istehsal güclərinə malikdir. Lakin indi hər iki ölkə bundan imtina edir. Bu fonda Beynəlxalq Enerji Agentliyi ehtimal edir ki, Rusiya neft və neft məhsullarının gündəlik ixracı 2,5 milyon barrel azala və bu itkilər daha da arta bilər. Beynəlxalq Enerji Agentliyi bu halda onu da diqqətə çatdırır ki, artıq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları azalaraq 2014-cü ilin aprel ayından bəri ən aşağı səviyyədə olub. Bu da qiymət artımını tətikləyir.

Böyük Britaniyanın baş naziri Boris Conson da bu vəziyyətdə Rusiyanın enerji daşıyıcılarından imtina edən  Qərbin çətin vəziyyətə düşəcəyini bildirir: "Qarşıda çətin günlər olacaq. Rusiyanın neft və qazından, bütövlükdə karbohidrogenlərindən imtina dünya üçün ağır olacaq". O, Qərbin 2014-cü il hadisələrindən (Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqində Luqansk və Donetsk separatçı rejiminin yaradılması) sonra Moskva ilə münasibətlərini normallaşdırmağa və Rusiyadan enerji daşıyıcılarının tədarükünü artırmağa başlamasını səhv adlandırıb.  Bununla neft bazarında şokları da qaçılmaz hesab edir. Neftlə yanaşı, qaz qiymətləri ilə bağlı vəziyyət də istehlakçılar üçün ürəkaçan deyil. Qaz qiymətləri yenidən yüksəlməyə doğru gedir. Elə bu vəziyyətdə Azərbaycan gələn il “Cənub Qaz Dəhlizi”vasitəsilə Avropaya qaz nəqlinin artırılacağını bildirib. Energetika naziri Pərviz Şahbazov bu xüsusda bildirib: "Cənub Qaz Dəhlizi” artıq uğurlu layihə olduğunu təsdiqləyib. Bu dəhlizlə artıq qaz Türkiyə və Avropaya nəql olunur. Bu vaxt artıq birlikdə danışmağın zamanıdır. Çünki Azərbaycanın Xəzərdə nəhəng qaz yataqları var və mövcud infrastruktur yaxşı vəziyyətdədir. Energetika sahəsində ən müxtəlif şirkətlər Azərbaycanla əməkdaşlığa çox böyük maraq göstərir". O, enerji resurslarının nəqlində diversifikasiyanın vacibliyini də vurğulayıb: "Biz nələri balans və stabilliklə ağıllı şəkildə edə bilərik deyə düşünürük. Enerji təhlükəsizliyinin Azərbaycan üçün vazkeçilməz amil olduğu da hər kəsə məlumdur. Məhz belə bir dövrdə qeyd edə bilərəm ki, regionda və dünyada baş verən siyasi münaqişələr qaz bazarında qeyri-sabitliyi də özü ilə birgə gətirir". 2022-ci ildə Azərbaycandan  Avropaya qaz nəqlinin həcmi 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan tələb və müqavilələr olduğu halda Avropaya qaz nəqlini artırmağa hazır olduğunu bəyan edib. Avropa da bu istiqamətdə ölkəmizlə danışılqar aparır. Bütün bunlar neft və qaz satışından Azərbaycanın daha çox gəlir əldə edəcəyini nümayiş etdirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ