Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya dəhşətli ərzaq böhranına yuvarlanır...

Image


Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın perspektivinə olduqca ağır zərbə vurub. Elə bu fonda bütün proqnozlar qiymət artımının dünya boyu davam edəcəyini və pandemiyadan sonra başlayan iqtisadi canlanmanın təhlükə altında olacağını göstərir.

İqtisadi nöqteyi-nəzərdən münaqişənin əsas nəticələrindən biri bu gün qlobal iqtisadiyyatı saxlamaq üçün əsas xammal olan enerji resurslarının qiymətinin artmasıdır. Nəticədə ərzaq, geyim, mebel, məişət texnikası və  digər əsas malların da qiymətləri qalxır. Mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da bəyan edir ki, Rusiya-Ukrayna gərginliyi fonunda yaranacaq tədarük çatışmazlığı səbəbindən qlobal ərzaq və yem qiymətləri 8-20 faiz bahalaşa bilər. Bu da dünyada az qidalanan insanların sayının artmasına səbəb olacaq: “Dünyanın əsas taxıl ixracatçılarından biri olan Ukraynadakı hazırkı vəziyyət taxıl məhsullarının biçini məsələsinin qeyri-müəyyən olduğunu göstərir. İlkin qiymətləndirməyə görə, Ukraynada qışlıq taxıl, qarğıdalı və günəbaxan sahələrinin 20-30 faizi bu il əkilib-biçilməyəcək. Rusiyanın ixracı da beynəlxalq sanksiyalara görə azala bilər. Rusiya, həmçinin, enerji resurslarının üstünlüyü ilə gübrə ixracında da dünyada birinci yerdədir. Rusiya və Ukrayna dünyanın ən mühüm kənd təsərrüfatı istehsalçılarıdır. Bu ölkələr arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini və qarğıdalının 4 faizini təmin etməklə qlobal taxıl ixracının üçdəbirini həyata keçirirlər. Amma indi vəziyyət dəyişib”. Böyük Britaniyanın “The Economist” nəşri də vəiyyətin ağır olduğunu yazır: “Dünyada yüksək qiymətlərin uzun müddət davam edəcəyi ehtimal edilir. Hətta sanksiyaların götürülməsindən sonra da. Rusiya indiki kimi şübhəli tərəfdaş hesab olunacaq. 2022-ci ildən sonra daha yüksək faiz dərəcələri və qlobal artımın yavaşlaması bazarın iflasına səbəb ola bilər. Bahalaşmanın belə dərinliyi və genişliyi görünməmiş bir hadisədir. Əsas əmtəələrin “Thomson Reuters” indeksi üzrə 1973-cü ildən bəri hər hansı digər dövrlə müqayisədə son üç aydakı qiymət artımı müqayisəyə belə gəlmir. Ticarət şəbəkələrində isteriya hələ görünmür. Ancaq sakitliyin uzun sürmə ehtimalı yoxdur. Treyderlərdən biri bildirib: “İndi qiymətlər ekranda yalnız quru rəqəmlərdir. Dörd həftədən sonra onlar reallığa çevriləcək”. Gərginlik artmaqda davam edərsə, enerji və metal istehlakını məhdudlaşdırmaq lazım gələcək. Özəl firmalar və şirkətlər ağrılı şəkildə bahalaşmaya uyğunlaşmalı olacaqlar. Zəngin dünya indi üfürülmüş şara bənzəyir. Hər an partlaya bilər. Hətta bəzi kasıb ölkələr əbədiyyən iflas edə bilər. Ola bilsin ki, Rusiya işğala son verər, sanksiyalar dayanar. Amma “qırılan zəncir” dünyanın qalan hissəsini böyük güclə yaralayacaq”.

Yaranmış vəziyyətdə Avropa İttifaqının maliyyə nazirləri, mövcud enerji böhranı ilə yanaşı, ərzaq böhranı risqindən də narahatdırlar. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer qurumun iqtisadiyyat və maliyyə nazirləri şurasının toplantısından sonra bu xüsusda bildirib: "Maliyyə nazirləri arasında artıq mövcud enerji böhranına əlavə olaraq ərzaq böhranı risqi ilə də bağlı ciddi narahatlıq var". Almaniyanın “Der Spiegel” jurnalı da yazır ki, dünya ərzaq sahəsində böhranla üzləşə bilər: “Aqrar sahə təmsilçiləri kimyəvi gübrələrin qıtlığının ilk əlamətlərini artıq müşahidə ediblər. Oxşar vəziyyət bundan sonra da davam edərsə, çox ehtimal ki, fermerlərin məhsulu xeyli azalacaq. Ekspertlər kənd təsərrüfatı məhsulları istehsalının ciddi şəkildə azalacağını və qiymətlərin artacağını proqnozlaşdırır”.  

Bütün bunlar Azərbaycanda da diqqətlə izlənilir. Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən baş nazir Əli Əsədov da etiraf edir ki, dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib: “2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77 % faiz artıb. FAO-ya görə ərzaq qiymətləri son on ildə ən yüksək səviyyəyə çatıb. 2021-ci ildə inflyasiyaya xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 %-i ərzaq inflyasiyasının payına düşür”. Amma Əli Əsədov onu da qeyd edib ki, Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün tədbirlər görülür: "Ukraynadakı hadisələrla bağlı nəqliyyat-logistika sahəsində ciddi problemlər, qiymət artımları var. Bu fonda prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür". Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliyinin sürətləndiilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın mənfi təsirinin azaldılması, rəqəmsal inkişaf və digər bu  kimi məsələlər hokumətin qarşısında qoyulub. O da məlumdur ki, Rusiya-Ukrayna müharibəsi artıq dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır. Azərbaycanın taxılla bağlı ehtiyatları bir müddət daxili bazarda taxılın qiymətinin saxlanılması üçün istifadə oluna bilər. Lakin Azərbaycan üçün ən optimal variant alternativ bazarları axtarmaqdır. Bu xüsusda isə Əli Əsədov bildirib: “Bizim idxal olunan əsas taxıl mənbəyimiz Rusiyadır. İdxal olunan buğdanın 1 tonunun baza qiyməti 225-240 dollardan 340 dollara qalxmışdı. Eyni zamanda Rusiya hökumətinin ixrac rüsumları da 28 dollardan 34 dollara artırılmışdı. 2021-ci ildə bu fərqi bağlamaqdan ötrü idxalçılara 75 milyon manata qədər subsidiyalar verilib”. Baş nazir qeyd edib ki, 50 kiloqramlıq un kisəsinin qiyməti 26 manatdan 36 manata qalxıb, lakin subsidiyalara baxmayaraq, bu son deyildi: “Bu, müharibəyə qədər olan rəqəmlərdir. Son günlər gedən proseslər və əsas ixracatçı ölkə olan Rusiyada tətbiq olunan qadağalar da aktualdır. Rusiya hökumətinin başçısı ixraca hələ ki, icazə verir. Bizim kifayət qədər taxıl ehtiyatımız var”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ