Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya ərzaq fəlakətinə sürüklənir - Azərbaycanı nə gözləyir?

Image


Rusiya və Ukrayna arasında davam edən savaş dünya miqyasında təkcə enerji yox, həm də ərzaq bazarına ciddi təsir edib. Artıq bu savaş üzündən bəzi məhsulların qıtlığı, bir çoxlarının isə kəskin qiymət artımları qeydə alınır.

Hadisələrin gedişi Azərbaycanın da xüsusi diqqət mərkəzində yer alır. Çünki hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır. Ötən il Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin həcmi 922,5 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 19,6% çox olub. Dövriyyənin təxminən yarısını idxal təşkil edib. Belə ki, 2021-ci ildə Azərbaycan Ukraynadan 470 milyon dollarlıq məhsul idxal edib ki, bu da illik müqayisədə 12,3% çoxdur. Azərbaycanın Ukraynadan ən çox idxal etdiyi məhsullar emal olunmuş tütün və ət olub. İndi dünyada qıtlığı hiss edilən günəbaxan yağının idxalda payı az olub. Avropanın yağ istehsalı zavodları günəbaxan yağı istehsalı üçün xammalın 35-45%-ni Ukraynadan alır. Hazırda hərbi əməliyyatlarla bağlı bu ölkə günəbaxan yağı ixracını tamamilə dayandırıb. Bazardakı qeyri-müəyyənlik istehlakçıların əhvalına ciddi şəkildə təsir edir və əhali arasında ajiotajın yaranmasına səbəb olur. Artıq günəbaxan yağına olan ehtiyacının 60 %-ni Ukrayna hesabına ödəyən İspaniyada iri supermarket şəbəkələri bu məhsulun satışına məhdudiyyət qoyub. Günəbaxan yağına olan ehtiyacının 94 %-ni xarici mənbələr hesabına ödəyən Almaniyada piştaxtalar sürətlə boşalır. Avropa İttifaqı ölkələri 4-6 həftədən sonra günəbaxan yağı çatışmazlığı ilə üzləşə bilər. Qısamüddətli perspektivdə yeni alternativlər tapmaq, demək olar ki, mümkün deyil. Vəziyyətdən çıxış yolu kimi hətta biodizel üçün nəzərdə tutulan məhdud həcmdəki günəbaxan yağı ərzaq bazarına geri göndərilir. Analoji vəziyyət, demək olar ki, bütün dünya üzrə mövcuddur. Qardaş Türkiyə də bu mənada istisna deyil. Ölkənin istehlak etdiyi günəbaxan yağının yarıdan çoxu (55 %) Rusiyanın, 15 %-i Ukraynanın payına düşür. Azərbaycan buğda kimi, günəbaxan yağı üzrə də xaricdən asılıdır. Ötən il Azərbaycan 53 min 362 ton günəbaxan yağı idxal edib. Bunun 98 % Rusiyanın payına düşüb. Bu mənada hesab edilir ki, günəbaxan yağı ilə bağlı ölkəmizdə problem olmayacaq. Hazırda ölkəmizdə günəbaxan yağının qiymətində əhəmiyyətli dəyişikliklər yoxdur. Piştaxtalarda bu məhsulun çatışmazlığı hiss olunmur. Hesab edilir ki, buna daxili istehsal və xaricdən tədarük edilən ehtiyatlar hesabına nail olunur. Amma taxılla bağlı müəyyən çətinliklrə yaşana bilər. Rusiya daxili bazarını kifayət qədər ərzaq ilə təmin etmək üçün avqustun 31-dək Avrasiya İqtisadi İttifaqına, yəni Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstana buğda, meslin, çovdar, arpa və qarğıdalı ixracını dayandıracaq. Şəkər və xam şəkərin ittifaq ölkələrinin hüdudlarından kənara ixracı da qadağandır.

Azərbaycan üçün əsas məsələ Rusiyadan alınan buğdadır. Qeyd edək ki, ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 3 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 12,1% çoxdur. Dövriyyənin əsas hissəsini idxal təşkil edib. Belə ki, 2021-ci ildə Azərbaycan Rusiyadan 2 milyard  dollarlıq məhsul idxal edib ki, bu da illik müqayisədə 5,7% çoxdur. Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul buğdadır. Ötən il Azərbaycana Rusiyadan 315 milyon dolları dəyərində buğda tədarük olunub. İndi Rusiyanın ixracı dayandırması ölkəmizdə də müəyyən çətinlik yarada bilər. Azərbaycan daxili imkanlar hesabına problemi çözməyə çalışır. Onu da qeyd edək ki, buğdanın qiyməti ümumiyyətlə dünyada 40 % bahalaşıb. Hazırda qiymətlər 14 ilin maksimum səviyyəsində qərarlaşıb və 1 ton üçün 400 dollara çatıb. Müharibə kənd təsərrüfatı məhsularının ixracı üçün istifadə edilən ənənəvi tədarük kanallarını iflic etməklə yanaşı, gələcək məhsuldarlıq üçün çox ciddi təhdidlər yaradır.

“The Guardian” nəşri baş verənlər fonunda qeyd edir ki, Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək: “Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”. Qəzet xatırladıb ki, bütün dünyada ərzaq qiymətləri Ukraynada vəziyyətin gərginləşməsindən əvvəl də artıb. Səbəb kimi iqlim böhranı və koronavirus pandemiyası göstərilir. İndi bu amillər Ukraynada əkin mövsümünün pozulması və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa riskini əlavə edib: “Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. Eyni zamanda, Qara dəniz regionundan buğda tədarükünün 40%-i ərzaq qiymətlərinin artıq kəskin bahalaşdığı Yaxın Şərq və Afrika ölkələrinin payına düşür. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, davam edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin artmasına və aclığa səbəb ola bilər: “Bu, qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoya və geosiyasi gərginliyi artıra bilər. Nəticələr onsuz da ailələrini dolandırmaqda çətinlik çəkənlər üçün xüsusilə ağır olacaq”. Yaxınlaşan ərzaq böhranı təbii amillərlə daha da şiddətlənir. Belə ki, keçən il taxıl ixracında liderlərdən biri olan Kanada quraqlıq və isti ilə üzləşdi, oxşar problemlər Latın Amerikasında müşahidə olundu, ABŞ meşə yanğınları və digər fəlakətlərlə əhatə olundu, Avstraliya hazırda fəsadları gələcəkdə kənd təsərrüfatına təsir edən daşqınlardan əziyyət çəkir”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ