Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Ukrayna hadisələri Zəngəzur dəhlizinin əhəmiyyətini ciddi dərəcədə artırdı

Image


Regionda baş verən son hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsinin vacibliyini bir daha göstərir. Belə bir açıqlama ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov çıxış edib: “Bütün bu hadisələr onu göstərir ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi zamanın tələbidir. Bu o deməkdir ki, ənənəvi olaraq Qara dənizdə toplanan konteynerlərin ünvana çatdırılması üçün Bakı Limanının paylayıcı mərkəz funksiyasını yerinə yetirməsi mərhələsi gəlib çatıb. Ona görə də müvəqqəti saxlanc yerlərinin vacibliyi bir daha önə çıxır”.

O qeyd edib ki, növbəti illərdə regionun bütün paylayıcı mərkəz funksiyalarının Bakı Limanında həyata keçirilməsi üçün şərait yaranıb. Taleh Ziyadov bildirir ki, Rusiya-Ukrayna savaşı fonunda geosiyasi vəziyyətin dəyişməsi Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyətini artırır: “Burada 3 əsas amilə fikir vermək lazımdır. Birincisi, Orta Dəhlizin qısa və orta müddətdə əhəmiyyəti artacaq. Dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır. İkincisi, bu hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələdir. Daha öncə Qara dənizdə işini yekunlaşdıran konteynerlərin bir addım da irəli gələrək Ələtə çatdırılması və Ələtin paylayıcı mərkəz funksiyasını yerinə yetirməsinin zamanı çatıb. Yəni 130 milyon insanın yaşadığı bu regionun paylayıcı mərkəz funksiyalarının Ələtdən həyata keçirilməsi fürsəti yaranıb. Üçüncüsü, son hadisələr Zəngəzur dəhlizinin də əhəmiyyətini üzə çıxarır. Bu dəhliz, nəinki Şimal-Cənub istiqamətində olan yükdaşımaları həyata keçirəcək, eyni zamanda Mərkəzi Asiyaya, Çindən Aralıq dənizə çıxışı təmin edəcək. Bu üç amil Azərbaycanı Avropa ilə Asiya arasında təminat zəncirində əhəmiyyətli oyunçulardan biri edəcək". Xatırladaq ki, Orta Dəhliz və yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu  Cənubi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçməklə Avropaya doğru uzanır. Rusiya-Ukrayna savaşı bu dəhlizin əhəmiyyətini daha da artırırb. İndi Azərbaycan logistik üstünlüyündən istifadə edərək Rusiya ərazisindən keçməsi qadağan olunan yüklərin ölkə üzərindən daşınmasını təmin edə bilər. Bu da əlavə tranzit gəlirlər deməkdir. Bu yollarla Azərbaycan həm üstünlük, həm də vəsait qazana bilər. Artıq Qazaxısatn Orta Dəhlizə xüsusi maraq göstərir. Bu məsələ rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ölkəmizdə səfərdə olan Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə xüsusi diqqət mərkəzində olub. Görüşdə ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının sinxronlaşdırılması barədə müzakirələr aparılıb.

R.Nəbiyev bildirib ki, Azərbaycan və Qazaxıstan arasında nəqliyyat əlaqələri müsbət tendensiyalar əsasında inkişaf edir. O, əlaqələrin daha da genişləndirilməsi üçün bu görüşdə aparılan müzakirələrin faydalı olacağına əminlik ifadə edib: “Qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir. Regiondakı hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir”. Görüşdə vurğulanıb ki, Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri – Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələrimiz arasında mövcud nəqliyyat şəbəkəsinin tam gücü ilə istifadə edilməsini təmin etmək üçün real şərtlər yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması olub. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin çatdırılma müddətini 12 günə qədər azaldıb.

Hazırda o da nəzərə alınır ki, Azərbaycan Avropa qitəsinin düz ürəyində, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində əsas nəqliyyat xətti kimi mövqeyini möhkəmləndirməkdədir. Cənubi Qafqazda Orta Dəhlizin bölgü nöqtəsi kimi Azərbaycan iki istiqamətdə şaxələnmiş olur. Orta Dəhliz üzrə digər tərəfdaşlarla birlikdə Azərbaycan Şərq və Qərb istiqamətləri üzrə dəmir yollarının qurulmasında ən yaxşı balans yaradılmasına kömək edir. Məhz bu da yeni "İpək yolu” layihəsini hazırlayanların əsas hədəfi idi. Beynəlxalq nəqliyyat assosiasiyası - FERRMED-in məsləhət şurasının üzvü Pyer Borqolçun sözlərinə görə, dəmir yolu ilə yük daşımaların qiyməti şərqə doğru daşımalar artdıqca azalır. Bu da transkontinental dəmiryolu marşrutlarının davamlılığına, inkişafına səbəb olur. Rəsmi Bakı artıq Naxçıvana qədər uzanacaq dəmir yolunun inşasına başlayıb. Bu xətt də işğaldan azad edilən ərazilərdən keçib gedir. Beləliklə, Zəngilan rayonu İran, Ermənistan və Azərbaycan sərhədlərin kəsişməsində nəqliyyat xətti rolunu oynamış olacaq. Bu səbəbdən də Zəngilanda beynəlxalq aeroport və avtomobil yollarının inşası aparılır. Eləcə də Zəngəzur dəhlizinin inşası ilə bağlı işlər görülür.  Bütün bunlar  Azərbaycana Asiya və Avropa arasında əlaqələrin qurulmasında öz rolunu tam oynamağa imkan verir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ