Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Qazaxıstan neft tranzitində Rusiyanı Azərbaycanla əvəzləyir

Image


Məlum olduğu kimi, Qazaxıstan hasil etdiyi nefti əsas etibarı ilə Rusiya üzərindən dünya bazarlarına çıxarır. Amma Rusiyaya qarşı sanksiyalar bu müstəvidə artıq Qazaxıstan üçün də problem yaradır. Bunu artıq Rusiyada və Qazaxıstanda da etiraf edirlər.

Sözügedən məqama toxunan rusiyalı ekspert İqor Yuşkov qeyd edir ki, Rusiya ilə Qərb arasında hansısa kəskin sanksiyalar mübadiləsi başlasa, müəyyən dərəcədə yalnız Qazaxıstan zərər çəkə bilər: "Asiyadan neftin tranzit həcmlərinin Rusiyadan keçdiyini xatırlamaq vacibdir. Xəzər Boru Kəməri Konsorsiumu var ki, o, nefti Qazaxıstandan Rusiyaya, Novorossiyskə çatdırır, oradan isə ixraca yönləndirilir. Ona görə də Rusiya öz ərazisindən qaz və neft tranzitini dayandırarsa, o zaman Qazaxıstan ixracı üçün müəyyən risqlər yaranır. Ancaq Rusiyanın bunu edəcəyini düşünmürəm. Bununla belə, başqa bir məqam da var: konsorsiuma Amerikanın “Chevron” şirkəti daxildir ki, bu da sanksiya zərbələrinin mübadiləsindın əziyyət çəkə bilər. Bu, Qazaxıstana da təsir edə bilər”. Hadisələrin bu səpkidə inkişafından narahat olan Qazaxıstan indi ümidini daha çox Azərbaycana bağlayır. Belə ki, Qazaxıstan Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib. Bakıya səfər edən Qazaxıstan nümayəndə heyətinə rəhbərlik edən “Samruk-Kazyna” ASC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev artıq bu təkilifi rəsəmən səsləndirib. Onun Azərbaycan rəsmiləri ilə görüşündə tərəflər mövcud marşrutlara alternativ ola biləcək Azərbaycan ərazisindən neft nəqli sahəsində mühüm əməkdaşlıq potensialını qeyd ediblər.

Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub. Yeni birgə müəssisə tariflərin müəyyən edilməsi və yük bəyannaməsi ilə bağlı məsələləri həll etməyə, vahid həlləri tətbiq etməyə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək. Müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru vəzifəsini icra edən Ruslan Əlixanovla, SOCAR-ın birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf və digər rəsmi şəxslərlə söhbət zamanı aparılıb. Qazaxıstan nümayəndə heyəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb. Görüş zamanı dəhliz üzrə nəqliyyat tariflərinin unifikasiyası, ölkələr ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün gömrük prosedurlarının sinxronlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, regionda baş verən hadisələr və geosiyasi vəziyyət yeni reallıq yaradıb. Görüşün yekunu olaraq “Samruk-Kazyna” SC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb. Görüşdə vurğulanıb ki, Azərbaycan və Qazaxıstanın coğrafi xüsusiyyətləri - onların Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real zəmin yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması oldu. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə çatdırılma müddətini 12 günə endirməyə imkan verib. Görüşün yekunu olaraq “Samruk-Kazyna” ASC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.

Qeyd edək  ki, Qazaxıstanın xüsusi maraq göstərdiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu “Şərq-Qərb”  dəhlizinin mühüm tərkib hissəsidir. Bu layihənin həyata keçirilməsi 2014-cü ilin 20 fevral tarixində “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” SC və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin birgə iştirakı ilə keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Əlaqələndirmə Komitəsinin təsis olunması ilə başlayıb. Marşrutun məqsədi Çin, Orta Asiya, Xəzər dənizi, Qara dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən hər iki istiqamətdə artırmaq, onun rəqabət qabiliyyətliliyini gücləndirməkdir. Transxəzər dəhlizi üzrə yük daşımalarının coğrafiyası Çin-Qazaxıstan sərhədindən başlayaraq, Azərbaycan (Bakı-Ələt-Böyük Kəsik) və Gürcüstandan (Batumi və Poti) keçməklə Qara dəniz hövzəsi ölkələri olan Türkiyə, Ukrayna, Rumıniya və Bolqarıstan üzərindən Avropaya qədər uzanır. Bu zaman bütün marşrut boyu vahid keçid tarifləri müəyyən olunur və “bir pəncərə” prinsipi tətbiq edilir. Bu genişmiqyaslı layihənin Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıması da birmənalı həqiqətdir. Bakı Transxəzərin səmərəli multimodal dəhlizə çevrilməsi istiqamətində müvafiq addımlar atır. Bu marşrutla yüklərin orta hesabla 12 günə Çindən Avropaya çatdırılması mümkün olduğundan, ona beynəlxalq maraq böyükdür. Transxəzər marşrutunun bünövrəsi təkcə Xəzər dənizi deyil. Onun mühüm komponentləri həm də Qazaxıstan-Çin sərhədi və Qara dəniz sahilində yerləşən limanlardır. Bakı-Tiflis-Qars dəmir yolu, yaxın perspektivdə işə düşəcək Zəngəzur dəhlizi də Transxəzər marşrutunun əhəmiyyətini daha da artırır. Ekspertlər də hesab edir ki, bütün dünyada yeni-yeni nəqliyyat dəhlizlərinin müzakirəyə çıxarıldığı bir dövrdə Azərbaycanın mühüm coğrafi mövqeyi, nəqliyyat infrastrukturunun müasirləşdirilərək inkişaf etdirilməsi üçün görülən işlər onun ən mühüm beynəlxalq nəqliyyat habına çevrilməsinə hər cür əsas yaradır.  

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ