Cümə axşamı günü, 26 noyabr 2026
     

Avrasiyada tranzit yükdaşımaların əsas istiqaməti Azərbaycana yönəlir

Image


Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanda nəqliyyat-logistika infrastrukturu sürətlə inkişaf edir. Dünya geosiyasi müstəvisində cərəyan edən proseslər fonunda isə Azərbaycan üzərindən yükdaşımaların əhəmiyyətli dərəcədə artması proqnozlaşdırılır. Xüsusən də Rusiyaya tətbiq edilən sanksiyalar bu prosesi daha da sürətləndirəcək.

Məsələ burasındadır ki, Rusiyaya Qərb ölkələrindən idxal dayandırılır. Bu fonda Rusiya həm Azərbaycandan daha çox məhsul almağa çalışır, həm də ölkəmiz üzərindən idxalı artırmaq istəyir. Bu fonda ilk növbədə İran və Hindistan məhsullarının Azərbaycan üzərindən Rusiyaya ixracında ciddi artım gözlənilir. Yeri gəlmişkən qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin bu günlərdə ölkəsinin Gülüstan vilayətinə səfəri zamanı qeydə alınanlar da bunu təsdiqləyir. Səfər çərçivəsində o, İncə-Burun Sərhəd Logistika və Gömrük Mərkəzini ziyarət edərək buradakı iş prosesi ilə tanış olub. İbrahim Rəisi İranın ixrac potensialının artmasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin roluna toxunub. O qeyd edib ki, dəhlizə daxil olan dəmir yolu ölkənin ixrac və tranzit imkanlarını artırır, bu da büdcəyə əlavə valyuta axınını təmin edir. İbrahim Rəisi dəhlizi İranın ən əhəmiyyətli infrastrukturlarından biri adlandırıb. Bu dəhliz vasitəsilə yüklər məhz Azərbaycan üzərindən daşınır. Nəzərə çatdıraq ki, İranın yalnız Gülüstan deyil, Mazandaran, Gilan və Ərdəbil vilayətləri də Xəzər dənizinin sahilində, Azərbaycanla sərhəddə yerləşir. Bu vilayətlərdə istehsal olunan meyvə-tərəvəz və sitrus bitkiləri, eləcə də tikinti materialları Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna və digər MDB dövlətlərinə ixrac edilir. İxrac olunan yüklər Astara gömrük-keçid məntəqəsindən Azərbaycana daxil olur, buradan isə tranzit olaraq adı yuxarıda göstərilən ölkələrə daşınır. Mazandaran vilayətinin gömrük idarəsinin rəisi Əli Yusif Maneş ötən ilin hesabatını verərək bildirib ki, MDB ölkələrinə 71 milyon dollar dəyərində ixrac həyata keçirilib. Bu yalnız 1 vilayətdən olan ixracdır. Adıçəkilən digər vilayətləri də hesablasaq, kifayət qədər sanballı rəqəm alınar. Bu fonda “Şimal-Cənub” dəhlizinin əsas seqmenti hesab edilən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti işə düşsə, istehsalla yanaşı Azərbaycan ərazisindən tranzit yükdaşımalar da artacaq. Lakin məsələ yalnız bununla məhdudlaşmır.

Məlumdur ki, İranın Çabahar limanı Oman dənizi sahilində yerləşir və Hind okeanına çıxışı olmaqla yanaşı, Asiyanın 21 dövlətini, 800 milyon əhalisi olan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropanı nəqliyyat əlaqəsi baxımından birləşdirir. Hazırda liman 8,5 milyon ton yükaşırımına malikdir. Bu liman “Şimal-Cənub” dəhlizinin fəaliyyətində aparıcı rola malikdir. Cənub-Şərqi Asiya dövlətlərindən Çabahara daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Avropaya daşınacaq. Azərbaycan da “Şimal-Cənub” dəhlizinin həm formalaşmasında, həm də fəaliyyətində aparıcı rol oynayan dövlətlərdəndir. Çabahar limanı vasitəsilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər məhz Azərbaycan üzərindən keçəcək ki, bu da ölkəmizin logistika mərkəzinə çevrilməsini şərtləndirir. İranın Azərbaycan üzərindən tranzit yükdaşımaları artırmaq istəyi də təsadüfi xarakter daşımır. Əvvəla coğrafi yaxınlıq məsələsi var. Digər tərəfdən və ən başlıca amil isə ondan ibarətdir ki, Azərbaycan müasir dünyanın iqtisadi inkişafında nəqliyyatın və tranzit daşımaların mahiyyətini qabaqcadan hesablayıb və müasir standartlara uyğun nəqliyyat-tranzit infrastruktur yaradıb. Buna misal olaraq Bakı Beynəlxalq Ticarət limanını, Ələt-Astara magistral yolunu, İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu xəttinin inşasını, Astaraçay üzərində tikiləcək yeni körpünü göstərmək olar. Bunlarla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin İranın Astara şəhərində inşa etdiyi yük terminalı və başqa amilləri sadalamaq olar. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin Azərbaycan üzərindən keçməsini və Avropa ilə Asiya dövlətlərinin ixrac-idxal əməliyyatlarını məhz bu yolla həyata keçirmək istəklərini şərtləndirən amillərdir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, Rusiya və Ukrayna arasında baş verənlər də prosesə təsir edir. Rusiya-Ukrayna müharibəsi dünyanın nəqliyyat-logistika marşrutunu da dəyişir. Mövcud vəziyyətlə əlaqədar artıq bir neçə ölkə yükdaşımalarda alternativ yollar axtarır. İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, böyük ticarət potensialı olan Azərbaycanın bu sahədə imkanları daha da genişlənə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi tranzit daşımalara ciddi təsir göstərəcək. Ekspert bildirir ki, əvvəllər nəqliyyat daşımaları daha çox Qazaxıstan və Rusiya üzərindən Avropa ölkələrinə çatdırılırdı. Onun fikrincə, Rusiyaya tətbiq edilən sanksiyalar və digər çatışmazlıqlar vəziyyəti dəyişəcək. O qeyd edir ki, hadisələrin gedişatı alternativ yol kimi yüklərin digər ölkələrə çatdırılmasında Azərbaycanın rolunu daha da artıracaq. Ekspert bildirir ki, yaxın vaxtlarda Azərbaycanın istər dəniz, istərsə də quru yolu ilə beynəlxalq yükdaşımalarda yeni təkliflər alacağı gözlənilir. Qeyd edək ki, ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ümumi yükaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib. Cari il ərzində isə bu göstəricinin daha yüksək olması gözlənilir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ