Bazar günü günü, 16 avqust 2026
     

Sahibkarlarımız ərzaq təhlükəsizliyi üçün məsuliyyətdən yayına bilməyəcəklər...

Image


Dünya miqyasında bu gün xüsusi aktuallıq kəsb edən məsələlərdən biri də qida təminatı, ərzaq təhlükəsizliyi ilə bağlıdır. Geosiyasi müstəvidə artan gərginliklər bu məsələni daha da aktuallaşdırır. Bu fonda Rusiya-Ukrayna müharibəsinin qlobal miqyasda ərzaq təminatına göstərəcəyi mənfi təsirlər daha çox narahatlıq doğurur.

Artıq hamı tərəfindən qəbul edilən faktdır ki, dünyanın ən böyük taxıl ixracatçıları sırasında yer alan  Ukraynanın Rusiya ilə arasında gərginliyin artması dünya iqtisadiyyatına ziyan vuracaq. Artıq dünyanın 4-cü ən böyük buğda və qarğıdalı tədarükçüsü olan Ukraynada taxıl ixracında ciddi problemlər yaşanır. Bundan başqa, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkədən taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracına maneə yaradır. Nəticədə, ərzaq məhsullarının qiymətləri sürətlə artır, qlobal təchizat zəncirlərində ciddi problemlər yaranır. Ümumdünya Ticarət Təşkilatı da Rusiya-Ukrayna müharibəsinin xüsusilə kənd təsərrüfatı və ərzaq məhsulları ilə enerji qiymətlərinin artımına səbəb olmasından və bunun dünya ölkələri üzərində ciddi mənfi təsir göstərəcəyindən narahatlığını bildirib. 

  • Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara böyük etimad göstərilir

Mövcud şəraitdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən birinə çevrilib. Ərzaq məhsullarının durmadan bahalaşması fonunda məsələ xüsusi aktuallaıq kəsb edir. Bu gün dünyanın, demək olar ki, bütün ölkələrində ərzaq məhsullarının bahalaşması müşahidə edilməkdədir.

Bundan başqa, bəzi strateji ərzaq məhsullarının istehsalında azalmanın qeydə alınması bahalaşma prosesini daha da sürətləndirir. Məsələn, dünya üzrə təkcə taxıl istehsalı ötən il 2020-ci ilə nisbətən 21 milyon tondan çox azalıb və bu həmin məhsulun bahalaşmasına təsir göstərən əsas faktorlardan biri olub. Bahalaşma, bəzi qida məhsulları üzrə istehsalın azalması şəraitində bir çox ölkələr ərzaq ehtiyatlarının toplanmasına başlayıb. Proqnozlara əsasən, qlobal istiləşmə, quraqlıq, dəyər zəncirinin qırılması, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal ərzaq bazarında inflyasiya təzyiqlərini artırmaqda davam edəcək. Bu kontekstdə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qara Dəniz Ticarət və İnkişaf Bankının proqnozuna əsasən, bu il də dünya bazarlarında ərzaq məhsullarının qiymətləri yüksək səviyyədə olaraq qalacaq. Beynəlxalq Valyuta Fondu da dünya bazarlarında qida məhsullarının qiymətinin yüksək həddə qalacağını proqnozlaşdırır. Hesablamalar göstərir ki, neftin, metalların, taxılın, digər əsas malların və ərzaq məhsullarının qlobal qiymətləri 2021-ci ilin əvvəli ilə müqayisədə orta hesabla 46 faiz artıb. Bunlara paralel olaraq qlobal iqtisadiyyat üçün vacib olan xammal həcmləri azalır, bəzi növ ərzaq məhsullarının istehsalında azalma qeydə alınır. Məhz bu şəraitdə ərzaq ehtiyatlarının toplanması dünyanın bir çox ölkələri üçün aktual məsələyə çevrilib. Azərbaycan da ərzaq ehtiyatlarının toplanması istiqamətində müvafiq addım atan ölkələr sırasında yer alır. Ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin yaradılmasi bunun real göstəricisidir. Cari ilin fevralında Dövlət başçısı tərəfindən Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. Ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı əsas hədəflər sırasında strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsi də xüsusi yer tutur. Əsas məqsədlərdən biri kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Bununla Azərbaycan xarici inflayasiya təsirlərini də xeyli azaltmış olacaq. Elə bu məqsədlə aqrar sahədə çalışan sahibkarlara dövlət tərəfindən xüsusi diqqət göstərilir. Onların fəaliyyətinin stimullaşdırılması, daha çox məhsul istehsal etmələri üçün əməli addımlar atılır. Kənd təsərrüfatı sahəsində artan dövlət dəstəyi həm də dünyada baş verən neqativ meyllərin ölkəmizə təsirinin minimal həddə olmasına hesablanıb. Stimullaşdırma prosesi çərçivəsində sahibkarlara maliyyə yardımı da edilir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) payızlıq əkinlərə görə 18 900 fermerə 30,6 milyon manat subsidiya ödəyib. Subsidiyalar təxminən 140 min hektar əkin sahəsini əhatə edir. Beləliklə, 2021-2022-ci il üzrə ödənilən əkin subsidiyasının məbləği 92.4 milyon manatı, subsidiya ödənilən əkin sahəsi isə 440 min hektarı keçib. Digər istiqamətlər üzrə də dövlət yardımlar edir.

  • Ərzaq təminatında idxaldan asılılıq aradan qaldırılır

Ötən ilin yekunları göstərir ki, inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşüb. Azərbaycanın kənd təsərrüfatı və ərzaq idxalı 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub. Lakin yerli ərzaq istehsalı həcminin yüksəldilməsi ilə bu məsələnin əhəmiyyətli dərəcədə həlli gözlənilir. Bu müstəvidə idxaldan asılılıq səviyyəsinin azaldılması istiqamətində çevik fəaliyyət həyata keçirilir.

Dövlət dəstəyi sayəsində bu il ölkədə bir sıra aqrar məhsulların istehsalında mühüm artım gözlənilir. Bu, xüsusən də taxıla aiddir. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda buğdanın qiyməti son 14 ilin maksimal həddinə çatıb. İndi bir ton buğdanın qiyməti 400 dollara yaxınlaşır. Bu şəraitdə Azərbaycan daxili istehsal həcmini artırır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva da bildirir ki, əkilən sahələrin 60 %-dən çoxunda taxıl məhsulları əkilir: “Ötən il 1 milyon hektar ərazidə taxıl məhsullarının əkini olub. Belə ki, buğda istehsalı 1 milyon 885 min ton olub, hektardan orta məhsuldarlıq isə 32,9 sentner təşkil edib. Arpa istehsalı isə 1 milyon 147 min ton olub, hektardan orta məhsuldarlıq 30,7 sentner təşkil edib. Cari ildə payızlıq taxıl əkin sahələri ötən illə eyni səviyyədə olub, 600 min hektardan çox buğda əkinləri aparılıb, 370 min hektardan artıq arpa əkinləri aparılıb. Arpa və buğda üzrə məhsuldarlıq ötən ilki artım tempi səviyyəsində gözlənilir”. Onun sözlərinə görə, qarğıdalıda məhsuldarlıq səviyyəsi bu il keçən ilki azalmaya nisbətən bərpa ediləcəyi gözlənilir: “Keçən il pambıq istehsalında da azalma müşahidə edilmişdi, pambıqda məhsuldarlıq 2021-ci ildə 28,5 sentner olmuşdu, bu il 33 sentneri keçəcəyi gözlənilir. Bu il meyvə-tərəvəz məhsullarının istehsalında daha yüksək məhsuldarlıq gözlənilir. Təkcə 2021-ci ildə 5 min 850 hektar sahədə yeni mevə və giləmeyvə bağları salınıb. Tərəvəz məhsullarının istehsal həcminin artacağı proqnozlaşdırılır”. Bütün bu artımlar məhz aqrar sahədə fəaliyyət göstərən sahibkarların hesabına əldə edilir. Daxili istehsal imkanlarının yüksəldilməsi  əhalinin əsas ərzaq məhsullarına tələbatınının böyük bir hissəsini yerli resurslar hesabına ödəməyə imkan verir. Bu istiqamətdə mühüm addımlar atılır.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı Azərbaycanın iqtisadi inkişafı, ərzaq təhlükəsizlyi  baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini daha da gücləndirəcək, eyni zamanda kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılmasına əlavə təkan olacaq. Bunun üçün sahibkarlara dövlət tərəfindən böyük etimad və diqqət göstərilir. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə dövlətin maliyyə dəstəyi uğurla həyata keçirilir. Əldə edilmiş nailiyyətlərlə yanaşı, ərzaq təminatı sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, bununla bağlı əlavə həvəsləndirici tədbirlərin görülməsi, aqrar sektorun kreditləşdirilməsinin artırılması da yenə xüsusi diqqət mərkəzində qalır. Elə bu fonda aqrar sahədə fəaliyyət göstərən sahibkarların da sayı sürətlə artır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ