Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Neft-qaz gəlirləri sürətlə artır, bəs qeyri-neft sektorunu nə gözləyir?

Image


Qərb dövlətləri Ukraynaya hərbi müdaxilədən sonra belə Rusiyaya qaz və neft idxalına görə hər gün böyük həcmdə vəsait ödəməkdə davam edir. Avropanın enerji ehtiyacının təxminən 40 faizi Rusiyadan idxal edildiyi üçün Qərb liderləri başqa çıxış yolunun olmadığını bildirir. Sadəcə qeyd edilir ki, alternativlər tapmaq üçün cəhdlər edilir.

Xatırladaq ki, Rusiyanın böyük banklarına sanksiya tətbiq edilib. Ölkənin oliqarxları aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşib. Rusiya təyyarələrinin Avropa səmalarında uçuşu qadağan olunub. Amma Rusiya qazı və nefti Avropaya fasiləsiz axmaqda davam edir və Avropa bunun üçün hər gün yüz milyonlarla dollar ödəyir. İrlandiyanın Ətraf mühit naziri İmon Rayan bu xüsusda bildirib: “Hər gün biz Rusiyaya 350 milyon avro ödəyirik ki, onlar bu gün Kiyev şəhərinə və başqa yerlərə düşən silahlara sərmayə qoya bilsinlər. Beləliklə, bəli, iqlim və insanlarımızın təhlükəsizliyi səbəbindən biz yanacaqlarla bağlı bu asılılığı yenidən gözdən keçirməliyik”. Rusiya Avropa qazının təxminən üçdə birini təmin edir və son rəqəmlər göstərir ki, onun Ukraynaya hücumundan sonra idxal faktiki olaraq artıb. Yüksək qiymət ticarəti daha da gəlirli edir. “Brukinqs” İnstitutundan Duqlas Rediker məsələ ilə bağlı qeyd edir: “Düşünürəm ki, Qərb neft və qaz sektoruna sanksiyaları tətbiq edə bilməyəcək”. O xatırladır ki, Almaniya Rusiya yanacağından ən çox asılı olan Avropa  dövlətlərindən biridir. Bu səbəbdən də Rusiya enerjidaşıcılarına qarşı sanksiya tətbiq onun maraqlarına ziddir. Bununla belə, Almaniyanın “Zukunft Gas” Qaz Assosiasiyasının icraçı direktoru Timm Kehler bildirib: “Biz gələcək haqqında düşünməliyik. Almaniyanın daha çox qaza ehtiyacı olacaq, çünki yerli istehsal azalır, çünki bizim də daha çox qazla işləyən elektrik stansiyalarına ehtiyacımız var. İqlim hədəflərinə çatmaq üçün digər sənaye sektorlarında da daha çox qazdan istifadə edəcəyik. Biz isə “gələcəkdə qaz haradan gələcək” sualına cavab verməliyik”.  Almaniya bu ilin sonuna qədər nüvə elektrik stansiyalarını, 2030-cu ilə qədər isə bütün kömür stansiyalarını bağlamağa söz vermişdi. Hökumət Rusiyanın Ukraynaya təcavüzündən sonra bu qərarların ləğv oluna biləcəyini açıqlayıb. Keçmiş ətraf mühit və enerji naziri Rayner Baake deyir ki, qitə bərpa olunan enerjiyə keçidi sürətləndirməlidir: “İndi Rusiyaya çox aydın mesaj olmalıdır: biz sizin qazınızı istəmirik və gələcəkdə də sizin neftinizi istəmirik. Bu, ağrılı olacaq, çünki qiymətlər yəqin ki, daha yüksək olacaq. Ancaq özümüzü qalıq yanacaqların bu asılılığından xilas etməyin yeganə yolu mədən enerjiləri yerinə təkmilləşdirilmiş enerji istifadəsini və bərpa olunan mənbələrini tətbiq etməkdir”.

Bu arada qeyd edək ki, Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 2000 dolları ötüb. 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel sövdələşmələrinin qiyməti 2054,5 dollar təşkil edib, bu da öncəki hesablama göstəricisi olan 1900 dollar ilə müqayisədə 8,1% çoxdur. Qeyd edək ki, hazırkı qiymət artımını şərtləndirən əsas amillər Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlaması, eləcə də bu ölkəyə qarşı beynəlxalq miqyasda tətbiq edilən sanksiyalardır. Neftin də bahalşaması davam edir. Belə ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2013-cü ilin fevralın 13-dən ilk dəfə olaraq 119 dolları keçib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,28% artaraq 116,44 dollara çatıb. Azərbaycan neftinin qiyməti isə 117 dollara çatıb. Qeyd edək ki, enerji resursları Azərbaycanın  valyuta gəlirlərinin formalaşmasında əsas amil olub.  Ölkəyə xarici valyuta axınının genişlənməsi manatın dəyərini gücləndirməklə daxildə maliyyə sabitliyinin qorunmasını təmin edir, makroiqtisadi dayanıqlığı möhkəmləndirir və iqtisadiyyatımızın təhlükəsizliyi baxımından münbit şərait yaradır. Lakin ekspertlər bildirir ki, qazın. neftin qiymətlərinin real artım səviyyəsi son illər ərzində qeyri-neft sektorunda əldə olunan nəticələrə xələl gətirməməlidir. Bu nəticələr məhz 2015-2016-cı illərdəki böhran təcrübəsindən sonra həyata keçirilən islahatların hesabına qazanılıb.  Azərbaycan qeyri-neft-qaz sektoru üzrə məhsul istehsalını və ixrac həcmini sürətlə artırır.  Məhz bundan irəli gəlir ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi göstəricidir. Ötən il qeyri-neft məhsullarının ixrac həcmi 2,7 milyard dollara bərabər olub. Cari il ərzində bu rəqəmin daha da artaraq 3 milyard dolları keçəcəyi gözlənilir. Azərbaycanda qeyri-neft sektorunda inkişaf dinamikası ümumi daxili məhsulun artım tempini dəfələrlə üstələyir. Bu tendensiyanın qarşıdakı illər ərzində də davam etməsi proqnozlaşdırılır. O da mühüm haldır ki, qeyri-neft sektorunda sürətli artım əsas etibarı ilə sənayeləşmə hesabına qeydə alınır. Sözügedən xüsusda təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən il qeyri-neft sənaye məhsullarının ixracının qeyri-neft ixracında payı 67 faizdən çox olub. İstehsal, xidmət sektoru, maliyyə sektorunda mövcud durum, beynəlxalq bazarlardakı vəziyyət,  işğaldan azad edilən ərazilərin  ölkə iqtisadiyyatının formalaşmasında rolunun artması  və digər amillər də bu il ərzində ölkədə iqtisadi artım tempinin yüksək olacağını  göstərir. Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ümumi daxili məhslun real artımını 3,9 faiz səviyyəsində olacağını proqnoz edir. BMT-nin “Dünya İqtisadiyyatının Vəziyyəti və 2022-ci il üçün perspektivlər” hesabatında isə bu il Azərbaycanın ümumi daxili məhslunun həcminin  4 faiz artacağı proqnozlaşdırılır. Enerji resurslarının yüksək qiyməti, qeyri-neft məhsulların ixracı ilə bağlı əldə edilən yüksək artım tempi xarici ticarət balansında müsbət dinamikaya səbəb olub. Ötən il bu göstərici 3,5 dəfə artaraq 10,5 milyard dollara çatıb. Bu kontekstdə ölkənin maliyyə sabitliyi daha da güclənib, strateji valyuta ehtiyatları 53 milyard dolları keçib. Prosesin cari il ərzində də davam etməsi gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ