Cümə axşamı günü, 26 noyabr 2026
     

Neft-qaz qiymətlərində sürətli bahalaşmanın qarşısını almaq müşkülə çevrilib...

Image


Dünya bazarında enerji daşıyıcılarının qiyməti proqnozlara uyğun olaraq sürətlə artır. "Brent" neftinin qiyməti son 8 ildə ilk dəfə 111 dolları ötüb. WTI markalı xam neftin dəyəri də artaraq bir barrel üçün 1108 dollar təşkil edir.

Azərbaycan neftinin qiyməti də sürətlə artır. Belə ki, dünya bazarında “Azeri Light” markalı neftin qiyməti 9,4% və ya 9,6 dollar artaraq 111,9 dollar təşkil edib. Qiymət artımının davam etməsi qaçılmaz sayılır. Bu ilin fevral ayının nəticələrinə əsasən isə, dünya bazarında "Azeri Light" markalı neftin 1 barrelinin orta qiyməti 98,72 dollara bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar və ya 10,4% artıb. Martda qiymət artımının daha çox olması proqnozlaşdırılır.

“Standard & Poor`s” beynəlxalq reytinq agentliyi 2022-ci il üçün “Brent” markalı neftin bir barrelinin qiyməti ilə bağlı proqnozunu qaldırıb. Reytinq agentliyi xatırladıb ki, xam neftin qiyməti fevralın 24-də səhər saatlarında Rusiya Ukraynaya daxil olduqdan sonra sıçrayıb, “Brent” və "WTI" artıq 100 dollar həddini keçərək 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. ABŞ prezidenti Co Bayden və digər dünya liderlərinin Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların neft və qaz ixracına şamil edilməyəcəyini şərh etməsindən sonra bazar sakitləşsə də qiymətlər yüksəlir. “Standard & Poor`s” Rusiya-Ukrayna münaqişəsinin burada tətikləyici rol oynadığını bəyan edir: “Bizim fikrimizcə, Rusiya-Ukrayna münaqişəsi neft və qaz qiymətləri üçün ən böyük risq olaraq qalır. Biz inanırıq ki, fundamental qlobal tələb və təklif göstəriciləri son aylarda güclənib və hər halda, qısa müddətdə daha yüksək qiymətləri dəstəkləyəcək. Münaqişə ilə bağlı Rusiyanın neft və qaz ixracı, istər sanksiyalar, istər infrastruktura kiberhücumlar, istərsə də Rusiya həcmlərinə görə qiymətlərin daha da artmasına səbəb ola bilər və biz münaqişənin inkişafı ilə yaxın müddətli qiymət dəyişkənliyini gözləyirik. İndiyə qədər dünya liderləri Rusiyanın neft və qaz ixracına qarşı sanksiyalardan qaçmaq istədiklərini açıq şəkildə bəyan ediblər. Bunun Rusiyadan kənar iqtisadiyyatlara vuracağı zərəri nəzərə alsaq, xüsusən də həm neft, həm də qaz baxımından Rusiyanın tədarükündən çox asılı olan Avropa İttifaqı ölkələrinə də aid etmək olar. Belə ki, Aİ neftinin təxminən 25 %-ni və qazın 40 %-dən çoxunu Rusiyadan idxal edir. Rusiya neftinin və qazının həcminin bazardan çıxarılması enerji qiymətlərinin artmasına, onsuz da yüksək inflyasiyanın kəskinləşməsinə və bütün dünyada iqtisadi artımın ləngiməsinə səbəb ola bilər ki, bu da Rusiyadan kənarda bir çox ölkələrə ziyan vurur”. Agentlik xatırladır ki, Səudiyyə Ərəbistanı kimi ölkələrin ehtiyat gücü və hasilatı nisbətən tez sürətləndirmək imkanlarını nəzərə alaraq bazara əlavə həcmlər gətirmək üçün təzyiqlər də artır. Bununla belə, Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə birlikdə bazara həcmlərin ölçülmüş şəkildə qaytarılmasını əlaqələndirmək üçün son illərdə Rusiya ilə sıx əməkdaşlıq edir. Qurum analitiklərinin fikrincə, bu münasibətlər onun Rusiya ilə mövcud kvota razılaşmalarını asanlıqla pozmasını çətinləşdirə bilər. Bu halda neft qiymətlərinin yüksəlməkdə davam etməsi qaçılmaz hesab edilir.

Yaranmış durumda bahalaşmanın qarşısını almaq məqsədilə Beynəlxalq Enerji Agentliyi (BEA) bəyan edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar üzv ölkələr bazarın sabitliyini qorumaq üçün özlərinin ehtiyat anbarlarından bazara 60 milyon barrel neft buraxmaq barədə razılığa gəliblər. Ağ Evin sözçüsü Cen Psaki  deyib ki, bu həcmin tam yarısını ABŞ təmin edəcək: "Biz prezident Putinin hərəkəti ilə bağlı qlobal enerji təchizatı bazarında fasilələri məhdudlaşdırmaq üçün bütün əldə olan alətlərdən istifadə edəcəyik. Biz, habelə, enerji təchizatının Rusiyadan diversifikasiya olunmasının sürətləndirilməsi istiqamətində səylərimizi davam etdirəcək və dünyanı Moskvanın neft və qazı silaha çevirməsindən qoruyacağıq”. Bu fonda BEA-ya üzv 31 ölkə martın 1-də keçirilən fövqəladə iclasda öz ehtiyatlarından bazara toplam 60 milyon barrel neft buraxmaq barədə razılığa gəlib. BEA-nın icraçı direktoru Fatih Birol bu xüsusda bildirib: “Enerji bazarlarında vəziyyət çox ciddidir və bizdən tam diqqət tələb edir. Pandemiyadan dirçəlişin kövrək zamanında qlobal enerji təhlükəsizliyinə ciddi hədə yaranıb”. BEA bildirir ki, Rusiya enerji bazarlarında böyük rol oynayır və dünyanın üçüncü böyük qaz hasilatçısı və ixracatçısıdır. Onun günə ixrac etdiyi 5 milyon barrel qlobal neft ticarətinin 12 faizinə bərabərdir. Bunun 60 faizi Avropaya, 20 faizi Çinə gedir. Neftlə yanaşı, qaz qiymətlərində də bahalaşmanın qarşısını almaq müşkülə çevrilib və qaz qiymətləri yenidən 2000 dollara yaxınlaşmağa başlayır. Bunlara rəğmən, ABŞ və Avropa İttifaqı dayanmaq niyyətində deyillər və Rusiyaya qarşı əlavə sanksiyalara hazırlaşırlar. Məhz bu fonda dünyada neft və qaz qiymətlərində sürətli artım da davam edəcək.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ