Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Neftin qiyməti bu gedişlə 200 dollara çatacaq

Image


Dünyada baş verən gərgin hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir. Bu prosesə indiki halda Rusiya-Ukrayna savaşı daha ciddi təkan verir. Baş verənlər fonunda dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 3,19  dollar, yaxud 3,22 % artaraq 102,3 dollara çatıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 50 dollar götürülüb. Amma indiki qiymətlər bundan iki dəfə artıqdır. Real mənzərə bu qənaətə gəlməyə əsas verir ki, neft bahalaşmaqda davam edəcək. Bunun əsas səbəbi dünyanın Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft təchizatçısı olan Rusiyadan idxalın dayandırılması ilə bağlı Qərb ölkələrinin atmağa hazırlaşdığı addımdır. Məhz bu halda neft qiymətlərinin 200 dollara çata biləcəyinə dair proqnozlar səsləndirilir. Bundan öncə Kanadanın baş naziri Castin Tryudo bəyan edib ki, ölkəsi Rusiyadan xam neft idxalını qadağan etməyi planlaşdırır: “Biz həmçinin Rusiyadan bütün xam neft idxalına qadağa qoymağı planlaşdırdığımızı elan edirik”. İlkin olaraq, qadağa yalnız Rusiya xam neftinin idxalına qoyulacaq, lakin hökumət sonradan Rusiyadan neft məhsullarının idxalına da qadağa qoymağı düşünür. Kanadanın Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Kanada Rusiyadan 228 milyon dollar dəyərində enerji məhsulları idxal edib. Xatırladaq ki, Kanada, həmçinin, Rusiyanın beynəlxalq bank ödənişləri üçün SWIFT sistemindən ayrılması ideyasını dəstəkləyib. Böyük Britaniyanın baş naziri Boris Conson da hesab edir ki, Qərb Rusiyanın neft-qaz asılılığından qurtulmalıdır. O, Böyük Britaniyanın müttəfiqləri ilə birgə bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini bildirib. Bu xüsusda Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq edəcəyinin anonsunu verib. Amerikalı senator Co Mançin isə qeyd edir ki, Ukraynada baş verən hadisələrlə əlaqədar ABŞ Rusiyadan xam neft alışını dayandırmalıdır: “Vladimir Putin enerji resurslarını silah qismində istifadə edir. Lakin Rusiyanın hərəkətlərini pisləməsinə baxmayaraq, ABŞ Rusiyadan gündə yarım milyon barreldən çox neft və neft məhsulları idxal etməyə davam edir”.

Hazırda Qərb sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatını boğmağa çalışır. Ekspertlər hesab edir ki, sanksiyalar altında Rusiya iqtisadiyyatı ən yaxşı halda bir neçə ay davam gətirə bilər. Hazırda Rusiya iqtisadiyyatının Qərb ölkələri ilə bağlantısının kəsilməsi məsələsi də gündəmə gəlib. Rusiya iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcılarının ixracının məhdudlaşdırılması, zamanla tamamilə dayandırılması müzakirə olunur. "Şimal axını-2" qaz kəmərinin istifadəyə verilməsinin dayandırılması, "Şimal axını-1" qaz kəmərinin də dayandırılması ilə bağlı müzakirənin başlanması Qərbin sərt mövqeyindən xəbər verir. Amma bu fonda enerjidaşıyıcılarının qiymətləri də kəskin şəkildə artır. Bu arada qeyd edək ki, Azərbaycanın da yer aldığı OPEC+ ölkələri, 2021-ci ilin iyul qərarında planlaşdırıldığı kimi, martın 1-dən sutkalıq neft hasilatını daha 400 min barrel artıra bilər. Amma Çin, Hindistan və ABŞ OPEC+ ölkələrindən güclü qiymət artımı səbəbindən təklifi daha da artırmağı xahiş ediblər. Lakin Rusiya buna razılıq vermir. İndiki halda hasilatın 400 min barrel artırılması da qiymət yüksəlişnin qarşısını amaq gücündə deyil. Rusiyadan neft alışının azaldılması və dayandırılması isə qiymətlə bağlı vəziyyəti daha da gərginləşdirir. Xatırladaq ki, Rusiya bazarlara gündəlik 10 milyon barrelə kimi neft çıxarır. Bu həcmin azalması halında neft qiymətləri daha sürətlə yüksələcək və belə vəziyyətdə neft qiymətləri, qeyd edildiyi kimi, tarixdə ilk olaraq 200 dollarlıq həddə belə çata bilər. Üstəlik, bir sıra ölkədə baş verən qəzalar və təmirlər, eləcə də son illərdə sərmayə qoyuluşunun olmaması səbəbindən də neft qiymətləri artır. Bu fonda OPEC+ bazarı neftlə planlaşdırıldığından daha az təmin edir. Yanvar ayına olan məlumata görə, OPEC+ ölkələri kvotaların icazə verdiyi səviyyədən gündə təxminən 1 milyon barrel az neft hasil edir. Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 700,5 min barrel olub. Hasil olunan həcmlərin 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib. Beləliklə, Azərbaycan yanvarda OPEC+ öhdəliyini 113,8% yerinə yetirib. OPEC+ ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulur. Xatırladaq ki, qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla OPEC+ formatında sıx əməkdaşlıq edir. OPEC+ əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Neftlə yanaşı, təbii qazın da qiymətində kəskin artım qeydə alınır. Xüsusən də Rusiyadan alınan qazın həcminin azaldılması fonunda bu prosesin daha da sürətlənməsi proqnozlaşdırılır. Enerji resurslarının hasialtçısı kimi baş verənləri Azərbaycan da diqqətlə izləyir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ