çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Rusiyadan Azərbaycana pul köçürmək çətinləşir, amma...

Image


Məlum olduğu kimi, Qərb ölkələrinin qərarı əsasında Rusiyanın bəzi aparıcı banklarına SWIFT sistemindən istifadə qadağası qoyulub. Bunun Rusiya, eləcə də bu ölkə ilə ticarət aparan ölkələr, o cümlədən Azərbaycana təsiri xüsusi maraq doğurur.

Bu haqda danışmazdan öncə qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication - Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. 1973-cü ildə yaradılmış, baş ofisi Brüsseldə yerləşən sistemin 200 ölkədən toplam 11 min üzvü olan maliyyə institutu və banklar var. Amma SWIFT klassik bank deyil. Bu, istifadəçilərə köçürülən pulun bir hesabdan çıxıb digərinə daxil olduğunu xəbər verən onlayn rejimli mesajlaşma sistemidir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir. SWIFT mesajlarının 1 faizindən çoxunun Rusiyaya aid ödənişlərlə əlaqəli olduğu təxmin edilir. Onu da qeyd edək ki, SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir.

2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir. Baş ofisi Belçikada yerləşən şəbəkəni, ABŞ və Böyük Britaniya da daxil olmaqla, dünyanın aparıcı mərkəzi bankları ilə əməkdaşlıq edən Belçika Mərkəzi Bankı idarə edir. SWIFT öz üzvlərinə beynəlxalq ödənişləri təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. Amma 2012-ci ildə İranın nüvə proqramına görə tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində bu ölkə SWIFT-dən çıxarılıb. Nəticədə İran neft ixracından əldə etdiyi gəlirlərin az qala yarısını və xarici ticarət gəlirlərinin 30 faizini itirib. SWIFT təşkilat olaraq sanksiya qərarlarına təsir etmədiyini, belə qərarların hökumətlər tərəfindən qəbul edildiyini bildirilir. İndi hesab edilir ki, bəzi Rusiya banklarının SWİFT sistemindən kənarlaşdırılması iqtisadiyyata ağır zərbə vuracaq və ekspertlərin fikrincə, bu, ölkəni ödənişlər məsələsində ciddi çətinliklərlə üzləşdirəcək. Düzdür, SWİFT-siz keçinmək yolları mövcud olsa da, onların heç biri bu sistem qədər səmərəli deyil. Bu arada bir maraqlı məqamı da qeyd edək ki, SWİFT-dən xaric edilmək üçün Rusiya banklarına yönəlik seçmə yanaşmanın sərgilənməsi sanksiyaların Rusiyaya maksimum, Avropaya isə minimum həddə təsir göstərəcəyini təmin edəcək. Belə ki, Avropa bizneslərinin borcların ödənilməsi və Rusiyadan enerjinin alınmasını təmin etmək imkanları qüvvədə qalacaq.

Rusiyanın sistemdən kənarlaşdırılması bu ölkə ilə ticarət edən ölkələr üçün də ödənişlərdə problem yaradacaq. Rusiyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olması fonunda baş verənlərin ölkələrimiz arasına ödənişlərə təsiri qaçılmaz sayılır. Lakin ekspertlər qeyd edir ki, Avropadan, Qərbdən fərqli olaraq Azərbaycan problem yaşamayacaq. Əvvəla, ödənişlər birbaşa banklar arasında vasitəçi olmadan həyata keçirilə bilər. Məsələn, Rusiyanın ölkəmizdə “VTB Bank” ilə bunun reallaşdırılması mümkündür. Bundan əlavə, Rusiya alternativ olaraq SWIFT formatında məlumat ötürə bilən Maliyyə Mesajlaşma Sistemini (SPFS) inkişaf etdirməyə başlayıb. 2017-ci ildə SPFS tam həcmdə fəaliyyət göstərməyə başladı. İndiyədək bu sistemə 400-dən çox bank qoşulub. SPFS vasitəsilə Azərbaycanla ödənişlərin reallaşdırılması mümkündür. Amma Avropa, Qərb ölkələri ilə ticarətdə Rusiya şirkətləri bu prosesdə əziyyət çəkəcək. Onlar SWIFT-in təqdim etdiyi normal, rahat və sürətli ödəniş üsullarından istifadə edə bilməyəcəklər. Neft və kənd təsərrüfatı məhsulları sektorlarında qiymətli ixrac məhsullarının ödənişlərində də ciddi pozuntular ola bilər. Belə durumlarda banklar ödənişləri həyata keçirmək üçün bir-birilə əlaqə saxlayırlar, amma bu, əlavə vaxt və xərc deməkdir və Rusiya hökumətinin gəlirlərinə təsir edəcək. Rusiya Krımı ilhaq etdiyi 2014-cü ildə də SWIFT-dən kənarlaşdırılmaqla hədələnmiş, Rusiya hökuməti bunun müharibə elanına bərabər olacağını bildirmişdi. Qərbli müttəfiqləri o zaman Rusiyanı sistemdən çıxarmadılar.

Məsələyə nəzər salan ABŞ-ın “Vaşinqton Post” qəzeti yzır ki, Qərb Rusiyaya qarşı sanksiyalarla mübarizə apara bilər. Amma sanksiyalardan hər iki tərəf əziyyət çəkəcək: “Sanksiyalar qurban tələb edir. Bəs Qərb bugünkü böhrana hazırlaşıbmı? Avropalılar Rusiyanın enerji təchizatından asılılığını azaltmaq əvəzinə, ehtiyatsızlıqla onu artırıblar. Rusiya kömürünün Avropaya ixracı kəskin artıb. Avropanın külək və Günəş enerjisinə investisiyalarına baxmayaraq, 2014-cü ilin böhranından sonra Rusiyanın AB enerji bazarındakı payı 16,5%-dən 18,5%-ə yüksəlib. Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qərb ölkələri rəsmi Moskvaya olduqca ciddi sanksiyalar tətbiq edib. Gəlin, bir anlıq düşünək. Sanksiyalar Putinə və Rusiya elitasına bir az zərər verəcək, lakin onlar artıq buna hazırlaşıblar. Başa düşməliyik ki, Putin diktator olduğu üçün sanksiyaların onu məğlubiyyətə aparacağına inanmır. O, ölkəyə rəhbərlik edir və birbaşa pul haqqında düşünmür. Onun üçün pul güc alətidir, Amerikanın düşmənlərinə rüşvət vermək və onları maliyyələşdirmək üçün vasitədir. Onu bu puldan məhrum etmək vacibdir ki, hakimiyyətini maliyyələşdirə bilməsin. O, SSRİ-ni yenidən yaratmaq və onun özü idarə etmək, həm də Amerikadan, Qərbdən, NATO ölkələrindən qisas almaq istəyir. Təbliğat, eləcə də sağ cinahdan çıxan faydalı axmaqlar onun əsas silahıdır”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ