Bazar ertəsi günü, 12 oktyabr 2026
     

İctimai maraqlar yeni qlobal iqtisadi nizam fonunda daha çox aktuallaşmağa başladı

Image


Hər bir dövlətin dinamik və uğurlu inkişafını şərtləndirən başlıca məqamlardan biri  ictimai maraqların təmin edilməsidir. İctimai maraqlar özü mürəkkəb struktura malik olub müxtəlif sferaları özündə ehtiva edir.

Bura sosial, siyasi, iqtisadi və digər sferalar aid olunur. Elə bundan irəli gəlir ki, ictimai maraqlar cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu bir anlayış kimi də ifadə edilir. Bu maraqların təmini, davamlı müdafiəsi hər bir dövlət üçün müstəsna önəmə malikdir.

  • İctimai maraqların iqtisadi aspekti dünya boyu ön plana çıxır

Müasir dövrdə ictimai maraqların iqtisadi aspekti dünya boyu xüsusi aktuallıq qazanıb. Xüsusən də inflyasiya meyllərinin dünya boyu sürətləndiyi bir vaxtda ictimai maraqların iqtisadi aspektləri dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünü daha da artırıb. Bu vəziyyətdə ictimai maraqların iqtisadi tərəfləri qarşıya qoyulan məqsədlərdə və tələbatların ödənilməsinə yönəlmiş fəaliyyətlərdə öz ifadəsini tapır. Tələblər və onların ödənilməsi vasitələri ictimai iqtisadi maraqların təzahür səbəbini və formasını əks etdirir. İkincisi, ictimai iqtisadi maraq həmişə ehtiyacların ödənilməsinin müvafiq səviyyəsini və dinamikasını ifadə edir.

Hazırda dünya miqyasında ictimai iqtisadi maraqların təminat səviyyəsi elə də asan deyil. Məsələ burasındadır ki, dünya iqtisadiyyatı bu gün özünün ən gərgin dövrlərindən birini yaşayır. Bunun əsas səbəblərindən biri inflyasiya göstəricilərinin dünya boyu kəskin şəkildə artmasıdır. Hazırda inkişaf etmiş ölkələr də qiymətlərin kəskin artımı ilə bağlı ciddi problemlər yaşayır. Aparıcı beynəlxalq maliyyə və iqtisadiyyat institutları belə hesab edirdi ki, inflyasiyanın sürətlənməsinə səbəb koronavirus pandemiyası nəticəsində yaranan böhrandır. Məhz bu kontekstdə əvvəlki proqnozlar bundan ibarət idi ki, postpandemiya dövründə qiymət artımları səngiyəcək və inflyasiya azalmağa başlayacaq. Lakin 2021-ci ilin və cari ilin yanvar ayının yekunları bu proqnozların özünü doğrultmadığını göstərir. İnflyasiyada gözlənilən yavaşlama əvəzinə, o, getdikcə daha çox sürətlənir, dünya iqtisadiyyatına daha çox sirayət edir. İndi iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr belə inflyasiyadan ciddi əziyyət çəkir. Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-da illik inflyasiya 7,5 faizə çatıb. Hətta iş o yerə çatıb ki, bu ölkədə inflyasiyanın nəzarətdən çıxa biləcəyinə dair xəbərdarlıqlar edilir. MDB ölkələri də inflyasiya təqyiqlərindən əziyyət çəkirlər. 2021-ci ilin yekunlarına əsasən, Rusiyada 8,4 faiz, bu ilin yanvar ayının sonuna isə 8.7 faizlik inflyasiya qeydə alınıb. Analoji göstəricilər Ermənistanda 7,7 faiz və 7,1 faiz, Qazaxıstanda 8,4 faiz, 8,5 faiz, Özbəkistanda 10 faiz və 9,8 faiz olub. Azərbaycanda analoji göstəricilər 6,7 faiz və 12,5 faiz təşkil edib. Pandemiya, karantinlər, digər məhdudiyyətlər, istehlak strukturunda dəyişikliklər,  qlobal istehsal və nəqliyyat zəncirlərinin qırılması, logistika sisteminin pozulması, tələb-təklif disbalansı, xammal çatışmazlığı, iqtisadi bərabərsizlik, enerji qiymətlərində yüksək artım kimi amillər dünya iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, inflyasiyanı daha da sürətləndirib. Beynəlxalq Valyuta Fondu isə bildirir ki, COVID-19-un yeni ştammı “omikron”un yayılması fonunda qlobal iqtisadi artım tempi bu il üçün gözləniləndən zəifdir. Bu da inflyasiyaya öz təsirini göstərir. Ukrayna ətafında baş verənlər, bunun Rusiya-Qərb münasibətlərində yaratdığı gərginlik də qlobal iqtisadiyyata mənfi təsir edir. Dünyanın bir parçası olan Azərbaycanda da sosial-iqtisadi müstəvidə diqqət mərkəzində yer alan əsas məsələlərdən biri inflyasiya göstəricilərinin azalmasına nail olmaqdır. Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın sonuncu iclasında da məhz ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.  İclasın nəticələri göstərir ki, dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın Azərbaycanda işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi dövlətin xüsusi diqqət mərkəzində olmaqda davam edəcək.

  • Dinamik iqtisadi tərəqqi ictimai maraqların təminat səviyyəsini daha da yüksəldir

Qeyd edək ki, artıq baş nazir Əli Əsədov tərəfindən “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalanıb. Sənəddən belə məlum olur ki, Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması hökumətin iqtisadi siyasətinin prioritetlərindən olacaq.

Bununla yanaşı, minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.Bundan əlavə, əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanmasına dair tapşırıqlar verilib. Əsas məqamlardan biri də əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlıdır. Sərəncama əsasən, müvafiq qurumlara tapşırılıb ki, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilsin. Eyni zamanda idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə də müvafiq addımlar atılacaq.  Belə ki, idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları,  əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi siyasəti həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görüləcək. Qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanma da diqqət mərkəzində olacaq. Bütün bunlar o deməkdir ki, ictimai maraqların iqtisadi aspektinin təmin edilməsi istiqamətində dövlət tərəfindən yeni məqsədyönlü addımlar atılır.

Eyni zamanda koronavirus pandemiyasından sonra iqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi, qəbul edilən çevik qərarlar, davam edən islahatlar bu il də müsbət iqtisadi dinamikanın təmin edilməsində mühüm rol oynayacaq. Dinamik iqtisadi artım ölkə vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu da ictimai maraqların iqtisadi müstəvidə təminat səviyyəsini daha da yüksəldəcək.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ