Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Ərzaq qiymətləri dünya boyu sürətlə bahalaşır, Azərbaycan bundan necə sığortalanacaq?

Image


Dünya iqtisadiyyatında aktuallığını qoruyan başlıca məsələlərdən biri ərzaq və digər bir çox məhsulların sürətlə bahalaşmasıdır. Hətta bir vaxtlar deflyasiya problemi yaşayan Qərb ölkələri belə indi inflyasiyanın əlində aciz qalıblar. Məsələn, bu ilin yanvar ayında ABŞ-da illik inflasiya 7,5 faizə qədər sürətlənib. Ölkədə illik inflyasiya təxminən son 40 ildə pik həddinə çatıb. Eyni hal Avropa ölkələrində də müşahidə edilir.

Hazırda bahalaşma prosesi dünya boyu davam edir və özünü gündəlik tələbat, o cümlədən ərzaq məhsullarının qiymətində daha qabarıq büruzə verir. Cari ilin yanvar ayının sonuna olan vəziyyətə əsasən, neftin, metalların, buğdanın və digər əsas xammalın, həmçinin ərzaq məhsullarının dünya qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə orta hesabla 46 faiz bahalaşıb. Yaponiyanın “Nikkei” nəşri yazır ki, ekspertlərin hesablarına görə, bu, 1995-ci ildən bəri ən böyük bahalaşmadır. Qiymət artımı qismən dünyada biznes mühitinin bərpası və bir sıra aparıcı ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması fonunda istehlak tələbinin kəskin artması ilə bağlıdır. Bir sıra regionlarda qeyri-sabit vəziyyət səbəbindən tədarükdə yarana biləcək mümkün fasilələrlə bağlı narahatlıqlar da bahalaşmada mühüm rol oynayır. Məlumata görə, 22 əsas xammal və 9 ərzaq məhsulu il ərzində 50 faizdən çox bahalaşıb. Ən çox bahalaşan məhsul və xammala qəhvə (91 faiz), pambıq (58 faiz) və alüminium (53 faiz) misal göstərilir. Həmçinin Ukrayna ətrafında baş verən hadisələr fonunda təbii qazın qiymətində də xeyli artım qeydə alınıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da bildirir ki, yanvar ayında dünya ərzaq bazarında qiymətlər artıb. Bunun əsas səbəbi bitki yağlarının bazardakı həcminin azalmasıdır. Belə ki, FAO-nun ərzaq qiymətləri indeksi yanvar ayında 1,1 faiz artaraq 135,7 bənd olub. O cümlədən, bitki yağlarının qiymət indeksi 4,2 faiz artaraq tarixin ən yüksək həddinə çatıb. Bununla yanaşı, taxıl, ağartı məhsulları və ət də bahalaşıb. Təşkilatın süd məhsulları qiyməti indeksi aylıq müqayisədə 2,4 faiz, illik müqayisədə isə 18,7 faiz artaraq 132,1 bəndə bərabər olub. Yanvar artımı qlobal bazarlardakı sərtləşmə ilə dəstəklənib, xüsusilə Qərbi Avropadan ixrac imkanlarının azalmasını əks etdirir. Sözügedən regionda bəzi iri süd istehsal edən ölkələrdə süd tədarükünün azalması və aşağı ehtiyat səviyyələri bahalaşmanı dəstəkləyib. Okeaniyada isə süd istehsalının qarşıdakı aylarda orta səviyyədən aşağı qalacağı gözlənilir. FAO-nun ət məhsulları qiyməti indeksi isə ötən ay 0,3 faiz, illik müqayisədə isə 17,3 faiz yüksələrək 112,6 bənd təşkil edib. Şəkər qiyməti indeksinə gəldikdə, yanvarda sözügedən göstərici 3,1 faiz azalıb, illik ifadədə isə 19,7 faiz artaraq 112,8 bəndə çatıb və altı aylıq minimunu yeniləyib. Ekspertlərin fikrincə, artan qiymətlər pandemiyadan ağır zərər görən dünya iqtisadiyyatının daha qətiyyətli bərpasına mane olur. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, enerji daşıyıcılarının yüksək qiyməti bu il dünyada iqtisadi artım templərini 0,5 faiz azalda bilər.

Dünyanın bir parçası olan Azərbaycan da qlobal bahalaşmadan əziyyət çəkir. Araşdırmalar təsdiq edir ki, qlobal iqtisadiyyatda cərəyan edən mənfi proseslər ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin formalaşmasına əlavə təzyiq göstərir. Nəticədə, keçən ilin yekunlarına əsasən, ölkədə illik inflyasiya 12 faiz həddində qərarlaşıb. Araşdırmalar göstərir ki, 2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşüb. Beləliklə, ərzaq məhsullarının qiymətində 8,1 faiz həddində artım qeydə alınıb. Lakin regionun digər ölkələrində vəziyyət Azərbaycandakından daha pis olub. Belə ki, Qazaxıstanda ərzaq məhsulları hesabat dövründə 9,9 faiz, Ukraynada 10,8 faiz, Rusiyada –10,62 faiz , Özbəkistanda 13 faiz, Gürcüstanda 15,6 faiz bahalaşıb. Azərbaycanda ərzaq qiymətlərinin artım tempinin digər region ölkələri ilə müqayisədə aşağı olması hökümət tərəfindən həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Belə ki, xüsusilə ölkənin ərzaqlıq buğdaya tələbatının maksimal dərəcədə təmin olunması istiqamətində bir sıra addımlar atılıb. Məsələn, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb. İri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb. Bununla yanaşı, ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı əsas hədəflər strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsi, kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Lakin nəzərə almaq lazımdır ki, heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını tam şəkildə daxili imkanlar hesabına təmin etmək iqtidarından deyil. Bütün ölkələr bu və ya digər formada idxaldan asılı vəziyyətdə qalır. Bu baxımdan dünya bazarında cərəyan edən hər hansı fors-major situasiya həmin ölkələrdə qiymətlərin formalaşmasına birmənalı şəkildə təsir edir. Azərbaycan da bu mənada istisna deyil. Ölkə ərzaqlıq buğdaya olan tələbatının 40 faizini xarici mənbələr hesabına təmin edir. Ümumiyyətlə, dünya iqtisadiyyatında, xüsusilə də ərzaq bazarında baş verən proseslərə Azərbaycan hökuməti adekvat mübarizə metodları ilə cavab verir. İstər antiinflyasiya tədbirləri çərçivəsində, istərsə də süni qiymət artımı kimi halların qarşısını almaq üçün konkret addımlar atılır. Bunlara paralel şəkildə daxili istehsalın dəstəklənməsi məqsədilə hökumət səviyyəsində konkret nəticə doğuran qərarlar da verilir. Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir. Bununla yanaşı, ekspertlər işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyəti olduğunu bildirir. Hesab olunur ki, kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, eləcə də daxili istehsal imkanları hesabına əhalinin əsas ərzaq məhsullarına tələbatının ödənməsinə nail oluna bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ