Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Bu il manatın məzənnəsinə təzyiqlər xeyli güclənəcək...

Image


Dünya bazarlarında son günlərin ən çox diqqət cəlb edən hadisələrindən biri neft  qiymətlərində dinamik artımdır. Proqnozlardan fərqli olaraq, neft qiymətlərində sıçrayışlı artım qeydə alınır. Artıq neft qiymətləri, bütün gözləntilərin əksinə olaraq, 100 dollarlıq həddədir. Halbuki, bundan əvvəl verilən proqnozlarda iddia edilirdi ki, neft bir daha 100 dollara çatmayacaq. Amma reallıq indi tamam fərqlidir.

Xatırladaq ki, Azərbaycan nefinin qiyməti də dünya bazarlarında 100 dollar ətrafında dəyişir. Bu, cari ilin büdcəsində nəzərdə tutulan qiymətdən iki dəfə artıqdır. Neft qiymətində artımın davam etməsi də istisna edilmir. SOCAR-ın Tədbirlər və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, "Azeri Light" markalı neftin qiyməti bu və ya digər şəkildə bazarın konyunkturundan və neftin etalon növlərinin qiymətlərindən asılıdır: "Ümumiyyətlə, neftin qiymətinin son zamanlar bahalaşması ilk növbədə dünyada epidemioloji vəziyyətin yaxşılaşması və qlobal iqtisadiyyatın bərpası ilə bağlı tələbatın artması ilə bağlı olub. Digər tərəfdən, neft istehsalçıları qısa zaman ərzində istehsalı pandemiyadan əvvəlki hasilat səviyyəsinə artıra bilmirlər. Son günlər enerji resurslarının bahalaşması müəyyən dərəcədə geosiyasi risqlərlə bağlı olsa da, qiymət artımının hələ dünyada geosiyasi vəziyyətin gərginləşməsindən əvvəl də olduğu göz qabağındadır". Onun sözlərinə görə, bunun əsas səbəbi neft hasilatının nisbətən ləng artmasıdır və bu, son illərdə yeni yataqların işlənməsi və kəşfiyyatına qoyulan investisiyaların səviyyəsinin azalması ilə bağlıdır: "Neftin qiymətində azalma olanda investisiyalar azalır, hasilat azalır - nəticədə neft qıtlığı yaranır və onun qiyməti yenidən qalxır. Müəyyən müddətdən sonra bazarda neft artıqlaması yarandıqda, təsvir olunan dövr yenidən təkrarlanır". Baş verənlər fonunda ABŞ-ın “Morgan Stanley” bankının analitikləri bu il neftin bir barrelinin 100 dollarlıq həddi keçəcəyini proqnozlaşdırır. Bundan əvvəl ekspertlər qiymətin 90 dollara qədər artımını gözləyirdi. Analitiklər qiymət artımını 2022-ci ilin sonuna yaxın qlobal neft ehtiyatlarının azalacağı ilə izah edirlər. Bununla yanaşı, dünyada ehtiyat gücünün indiki sutkalıq 3,4 milyon barreldən 2 milyon barrelədək düşəcəyi bildirilir. Bankın ekspertləri bundan əvvəl hesab edirdilər ki, qiymətlər bir barrelə görə 90 dollara yaxınlaşarkən neftə tələbat azalmağa başlayacaq. İndi isə, onların fikrincə, bu, neftin daha yüksək qiymət artımı zamanı baş verəcək, çünki neft məhsullarına tələbat dayanıqlı olaraq qalacaq. Məsələn, aviasiya yanacağına tələbat artıq bu yay sutkalıq 1,5 milyon barrelə çata bilər. “Goldman Sach” investisiya bankının ekspertləri də 2022-ci ildə neftin bir barrelinin qiymətinin 100 dollarlıq həddə qalacağı barədə proqnoz veriblər. Bütün bunlar onu göstərir ki, digər hasilatçılar kimi, Azərbaycanın da neft satışından gəlirləri nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə yüksək olacaq.

Neftlə yanaşı, təbii qaz bazarında baş verənlər də Azərbaycanın maliyyə maraqlarına cavab verir. Xüsusən də o fonda ki, qaz qiymətlərinin yüksək olduğu Avropa Azərbaycandan daha böyük həcmdə “mavi yanacaq” idxalına hazırlaşır. Avropada qazın qiyməti hazırda 1000 dollarlıq həddə dəyişir. Bu mənada aydındır ki, “Cənub Qaz Dəhlizi”, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından da çox əhəmiyyətlidir. 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Bu da təbii qaz satışından ölkə gəlirlərinin əhəmiyyətli dərəcədə artımını şərtləndirəcək. Qeyri-neft ixracı üzrə də Azərbaycanın gəlirləri sürətlə artır. Qeyd edək ki, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 milyard dollar, qeyri-neft sektoru üzrə 232,2 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il illə müqayisədə 86,2 milyon dollar və ya 59 faiz artıb. Bütün bunlar Azərbaycanda milli valyutanın dayanıqlığına da ciddi şəkildə təsir edir. Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov da qeyd edir ki, cari əməliyyatlar balansındakı profisit 2022-ci ildə də valyuta bazarına müsbət təsir göstərəcək. O bildirib ki, valyuta bazarındakı sabitliyin əsasında tədiyyə balansı dayanır və məlum olduğu kimi, tədiyə balansının əsas hissəsi əməliyyatlar hesabıdır: “Cari əməliyyatlar balansının başlıca komponenti olan xarici ticarət balansında profisit ötən il 3,5 dəfə artıb. Mövcud meyllərin davam etməsi şəraitində 2022-ci ildə cari əməliyyatlar hesabının profisitli olması ehtimalı çox yüksəkdir”. Azər Ələsgərovun sözlərinə görə, hesablamalar neftin qiyməti 50 ABŞ dolları olduğu təqdirdə belə cari əməliyyatlar balansında əhəmiyyətli bir profisitin yaranacağını göstərir: “Neftin qiyməti ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. O cümlədən, Beynəlxalq Valyuta Fondu özünün son hesabatında neftin qiyməti ilə bağlı proqnozu artırıb”.

Neft-qaz gəlirləri, qeyri-neft üzrə daxilolmaların artımı fonunda cari il ərzində manatın möhkəmlənməsi ilə bağlı təzyiqlərin artması gözlənilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ