Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ərzaq təhlükəsizliyində bu dəfə iqlim problemi kəskinləşir

Image


Bu gün dünya üçün ən aktual məsələlərdən biri də intensivləşən iqlim dəyişmələrinin aqrar sahəyə, ərzaq təhlükəsizliyinə göstərdiyi təsirlə bağlıdır. Artıq bu məsələ ilə bağlı dünya miqyasında araşdırmalar olduqca intensivləşib. Məsələ Azərbaycan üçün də xüsusi aktuallıq kəsb edir.

Qeyd edək ki, ölkəmizdə bu istiqamətdə AMEA-nın Coğrafiya İnstitutunda araşdırmalar intensivləşib. Burada İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri Xəyyam Rəhimov bildirib ki, kənd təsərrüfatının, xüsusilə də bitkiçiliyin inkişafı iqlim şəraiti və iqlim ehtiyatlarından çox asılıdır. Hətta cüzi dəyişiklik bu sahəyə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu təsir özünü daha ciddi surətdə aqroiqlim ehtiyatlarının optimal olmayan ərazilərində göstərir. Ölkəmizin böyük hissəsinin məhz belə ərazilərə aid olduğunu deyən X.Rəhimov burada isti, mülayim, soyuq olmaqla üç qurşağın mövcud olduğunu, onların da öz növbəsində 7 yarımqurşağa bölündüyünü, havanın rütubətlənmə şəraitinə görə isə ərazinin quru zonadan tutmuş ifrat rütubətli zonayadək 6 hissəyə ayrıldığını diqqətə çatdırıb: “Əkinçiliyi inkişaf etdirmək üçün ilk növbədə bitkilərin aqroiqlim şəraiti və ehtiyatlarını təmin edən ərazilər seçilməlidir”.

Son illər Azərbaycanda bütün dünyada olduğu kimi iqlim dəyişmələrinin müşahidə edildiyini vurğulayan alim açıqlayıb ki, müasir dövrdə havanın orta illik temperaturunun baza dövrü (1961-1990-cı illər) ilə müqayisədə əsasən artdığı və bu artımın regiondan asılı olaraq 0.2-0.9 dərəcə təşkil etdiyi müəyyənləşib. Ən çox istiləşmə Böyük Qafqazın cənub yamacının qərb hissəsi və şimal-şərq yamacında qeydə alınıb: “Gözlənilən iqlim dəyişmələri müxtəlif ssenarilər əsasında müəyyənləşir ki, onlardan bir neçəsi Azərbaycan ərazisi üçün məqbuldur. Belə ki, 2021-2050-ci illərdə, bu ssenariyə görə, havanın temperaturu artacaq. Müvafiq olaraq isti qurşaqlar dağlara doğru irəliləyəcək. Gözlənilən iqlim dəyişmələri ölkə bitkiçiliyinə həm mənfi, həm də müsbət təsir göstərə bilir. Mənfi təsirlərin nəticələri kimi mümkün buxarlanmanın və iqlim-suvarma normalarının artmasını, torpağın eroziyasını və şoranlaşmasının intensivləşməsini, aqrolandşaftların deqradasiyasını və sairi göstərmək olar. Bitkilərin vegetasiya dövrü davamiyyətinin artması, əkin sahələrində ənənəvi bitkilərin çoxaldılması və becərilən bitkilər sırasında daha çox istisevər növ və sortların tətbiqi, bir sahədən ildə 2-3 dəfə məhsul alınması və sair isə müsbət nəticələrdəndir”. Tədqiqatçı alim bitkiçiliyi inkişaf etdirmək üçün gözlənilən iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərini tətbiq etməyi vacib hesab edir: “Ölkənin ərzaq təhlükəsizliyini artırmaq məqsədilə payızlıq buğdanın, eləcə də pambığın quraqlığa dayanıqlı və yüksək məhsuldarlığı olan sortlarının seleksiyasını, introduksiyasını və təsərrüfata tətbiqi üzrə işləri davam etdirmək lazımdır. Üzümlüklərin ənənəvi rayonlarda bərpasını və yeni üzümlüklərin dağ terraslarında salınması ilə onların sahəsinin artırılmasını, çay plantasiyalarının ənənəvi rayonlarda bərpasını və digər əlverişli ərazilərdə yeni bağların salınmasını təmin etmək, torpaqların şoranlaşma və eroziyasına, quraqlıq və ağ yellərə qarşı aparılan meliorasiya tədbirlərinin davam etdirilməsi və genişləndirilməsi məqsədəuyğun tədbirlərdəndir”.

Hazırda iqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur, bu proses getdikcə daha da intensivləşir. BMT-nin İqlim üzrə Hökumətlərarası ekspertlər qrupunun son məruzəsində qeyd edilir ki, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişməsi, artıq bu gün planetimizin bütün bölgələrində çoxsaylı ekstremal hava hadisələrinə gətirib çıxarır. Üstəlik, alimlərin məlumatlarına görə, Yerin bütün iqlim sistemi dəyişir və bu dəyişikliklər atmosferin, okeanların, buz qatlarının və Yer səthinin vəziyyətinə təsir edir. Bu dəyişikliklərdən bir çoxu misilsizdir, dəniz səviyyəsinin yüksəlməsi kimi bəzi tendensiyalar isə yaxın əsrlərdə və hətta minilliklər ərzində geri çevrilə bilməz. Lakin məruzənin müəllifləri olan dünyanın 66 ölkəsindən 234 ekspert hesab edir ki, bəşəriyyət iqlim dəyişməsinin miqyasını məhdudlaşdırmaq gücünə malikdir: atmosferə atılan zərərli tullantıları, o cümlədən istixana qazlarını əhəmiyyətli dərəcədə azaldaraq, qısa müddətdə havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və qlobal temperaturu sabitləşdirmək olar. BMT-nin baş katibi Antonio Quterreşin rəyinə görə, İşçi Qrupun məruzəsi bütün bəşəriyyət üçün həyəcan siqnalından başqa heç bir şey deyil: "Bu haray qulaqbatırıcıdır, təqdim edilən sübutlar isə danılmazdır". O xatırladıb ki, beynəlxalq cəmiyyət qlobal temperatur artımını 1,5 dərəcədən çox olmayan səviyyədə saxlamağa razılığa gəlib, lakin yaxın zamanda təcili tədbirlər görülməsə, bu hədd keçiləcək:  "Buna yol verməmək üçün qətiyyətli hərəkət etməliyik".

Hesabatda isə göstərilr ki, insan fəaliyyətinin nəticəsində istixana qazı tullantıları 1850-1900-cü illərdə qlobal iqlimin Selsi şkalası ilə təxminən 1,1 dərəcə istiləşməsinin əsas səbəbi olub. Bu səviyyənin önümüzdəki 20 ildə orta hesabla 1,5 dərəcəyə çatdığı və ya onu keçəcəyi gözlənilir. Ekspertlərin işçi qrupunun həmsədri Valeri Masson-Delmot qeyd edir: "Bu hesabat önümüzdəki onilliklərdə reallığın necə olacağının sağlam qiymətləndirilməsidir. İndi bizim Yer iqliminin keçmişi, bugünü və gələcəyi haqqında daha aydın bir təsəvvürümüz var, bu isə hara getdiyimizi, əlavə nə edə biləcəyimizi və gələcək dəyişikliklərə necə hazırlaşmağımızı anlamaq üçün çox vacibdir". Alimlərin proqnozlarına görə, önümüzdəki onilliklərdə planetin bütün bölgələrində iqlim dəyişiklikləri artacaq, xüsusən də uzunmüddətli istiliyin dövrləri davamlı olacaq, soyuq mövsümlər qısalacaq. Selsi şkalası ilə iki dərəcə qlobal istiləşmədə ilk növbədə kənd təsərrüfatı təsirlənəcək, səhiyyə sistemlərinə yük artacaq. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün atmosferə zərərli tullantıları azaltmaq lazımdır. Ancaq məsələ yalnız temperaturun artmasında deyil. İqlim dəyişikliyi ən müxtəlif sahələrdə bir çox gözlənilməz nəticələrə gətirib çıxarır. Belə ki, iqlim dəyişikliyi su dövriyyəsini artırır, bu bəzi bölgələrdə şiddətli yağıntılara və onlarla əlaqədar daşqınlara, digər bölgələrdə isə həddindən artıq quraqlığa gətirir. İqlim dəyişikliyi yağıntıların yağma xarakterinə təsir edir. Yüksək enliklərdə yağıntıların yağma ehtimalı artır, eyni zamanda, əksər subtropiklərin ərazisində isə onların azalması baş verir. Sahil bölgələrində dəniz səviyyəsinin yüksəlmə tendensiyası XXI əsrdə də davam edəcək və bu da öz növbəsində aran rayonlarda şiddətli və daha tez-tez baş verən daşqınlara və torpaq eroziyasına səbəb olacaq. Əvvəllər 100 ildə bir dəfə baş verən dəniz səviyyəsinin ekstremal dəyişiklikləri bu əsrin sonlarına yaxın hər il baş verəcək. Bundan sonrakı istiləşmə əbədi donuşluğun əriməsini, qar örtüyünün itirilməsini və Arktikada buzlaqların azaldılmasını gücləndirəcək. Dünya okeanının vəziyyətindəki dəyişikliklər daha çox isti axınların gəlməsinə səbəb olacaq ki, bu da okeanın ekosisteminə və balıq ovu hesabına yaşayan insanların vəziyyətinə təsir edəcək. Valeri Masson-Delmot bu fonda bildirir: "İnsanın Yerin iqliminin dəyişməsinə təsir etmə dərəcəsinin çoxillik öyrənilməsi prosesində biz birmənalı şəkildə aydınlaşdırdıq ki, insan təsirinin mənfi rolu şübhə doğurmur. Atmosferdə karbon qazının miqdarının artması iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvəsidir və biz bu amili həqiqət kimi qəbul etməliyik”.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ