Aİ-98 benzini niyə bahalaşıb...

img

Avqustun 1-dən etibarən Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti 0,05 manat artaraq 1,6 manat təşkil edib ki, bu da benzinin idxalının bahalaşması ilə əlaqədardır.

Bunu Trend-ə SOCAR PETROLEUM-un mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan AI-98 benzinini əsasən Rumıniyadan idxal edir:

"Aİ-98 benzinin qiyməti idxalın bahalaşması ilə əlaqədar artıb. Həm də 20 gün ərzində Azərbaycanda Aİ-98 benzini satılmayıb".

O əlavə edib ki, Aİ-98 benzinin nəqlində yaranan problemlərlə əlaqədar Azərbaycan artıq bu benzini Gürcüstandan sifariş edib:

“Benzinin avqustun 4-5-də satışa çıxarılacağı gözlənilir. Bundan başqa, gələcəkdə bu cür halların qarşısının alınması üçün biz yanacaq saxlama çənlərinin sayını artıracağıq”.

Son xəbərlər