Cümə axşamı günü, 01 oktyabr 2026
     

5 il ərzində Azərbaycanda dolların məzənnəsi dəyişməyəcək...

Image


“Azərbaycanda son dörd ay ərzində valyuta seqmentində təklif tələbi üstələyir və buna görə də banklar valyutanı daha çox bazardan alırlar”. Belə bir açıqlama ilə ötən həftə sonu Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib.

O bildirib ki, ayrı-ayrı banklar və ya Mərkəzi Bank tərəfindən nağd valyuta alışı ilə bağlı tənzimləmənin həyata keçirilməsi məntiqli deyil: “Bütövlükdə valyuta bazarında qeyri-nağd seqmentdə olan situasiyanı dəyərləndirərkən qeyd etmək istərdim ki, əgər biz üzən məzənnə rejimində olsa idik, manatın məzənnəsini möhkəmləndirmək istiqamətində təzyiqlə üzləşməli olardıq. Lakin Azərbaycanda belə bir şəraitdə Mərkəzi Bankın adından hər hansı bir administrativ tənzimlənmənin həyata keçirilməsi, hesab edirik ki, qeyri-məntiqidir”. Daha bir maraqlı məqam odur ki, Elman Rüstəmovun dediklərinə əsasən, ölkəmizdə 2026-cı ilədək 1 dollar 1.70 manat səviyyəsində də qalacaq. Elman Rüstəmov bildirib ki, 2021-2025-ci illəri əhatə edəcək yeni makroiqtisadi çərçivə formalaşdırılır. Elə bu çərçivəyə görə, dollar-manat məzənnəsinin həmin dövrdə 1.70 manatda saxlanılmasının təmin edilməsi hədəflənir: “Biznes ictimaiyyəti və əhali üçün deyə bilərəm ki, hazırda ortamüddətli 2021-2025-ci il strategiyası çərçivəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən birlikdə yeni makroiqtisadi çərçivə formalaşdırılır. Bütünlükdə iqtisadi reallıqlar, post-pandemiya, post-müharibə dövründə iqtisadi artımın daha da bərpa edilməsi, sürətləndirilməsi, cənab prezident tərəfindən təsdiq edilmiş milli inkişaf proritetlərinin reallaşdırılması üçün olduqca dayanıqlı makroiqtisadi və makrofiksal çərçivə formalaşdırılır. Ona görə biz 2021-2025-ci illərə makroiqtisadi sabitlik, manatın məzənnəsi, inflyasiyanın idarə olunması, büdcə dayanıqlığı, dövlət büdcəsinin kəsiri, o cümlədən borc baxımından çox nikbin baxırıq. Bu makroiqtisadi çərçivə imkan verəcək ki, ortamüddətli dövrdə ölkədə dayanıqlı makroiqtisadi sabitliyi təmin edək”. Mərkəzi Bankın sədri bir daha qeyd edib ki, valyuta bazarında təklif tələbi üstələyir və bu prosesin azı 2021-ci ilin sonunadək davam edəcəyi gözlənilir. İlin sonunadək manatın məzənnəsinə mənfi təsir göstərə biləcək heç bir amil və proqnoz yoxdur. Son 4 ayda bankların nağd xarici valyuta alışları satışlarını üstələyib, Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 87%-ində təklif tələbi üstələyib. Tələb olmadığından, Dövlət Neft Fondu hərraclarda təklif etdiyi xarici valyuta vəsaitini tam sata bilmir: “Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə proqnozlaşdırılan transfertin tam reallaşmaması problemilə üzləşə bilərik”.

Beləliklə, bu açıqlamalar göstərir ki, baş bankın müdaxiləsi olmayacağı halda dollar manata nisbətdə ucuzlaşa bilər. Lakin indilikdə Mərkəzi Bank buna imkan vermir. Bununla belə, dünyada baş verənlər manatın güclənməsi istiqamətində təzyiqlərin artmasının da qaçılmaz olduğunu nümayiş etdirir. Belə vəziyyətdə baş bank müdaxilə etməsə, manatın kifayət qədər böyük sürətlə bahalaşması qaçılmaz sayılır. Digər tərəfdən buna, neft gəlirlərindən başlayaraq, ölkənin ixracının artmasından tutmuş digər sektorlar üzrə valyuta daxilolmalarının çoxalmasına kimi çoxsaylı amillər təsir edir. Eləcə də dünya maliyyə bazarlarında baş verənlər, xüsusən də dollardan imtina edənlərin sayının artması kimi faktorlar öz sözünü deyir. Xatırladaq ki, bir sıra dövlətlər rəsmi olaraq ticarətlərində dolların payını azaldır. Bu dövlətlərin başında isə Türkiyə, Rusiya, İran, Çin və Venesuela kimi ölkələr gəlir. ABŞ-ın ilk üç ölkəni dollar silahı ilə vurması, nəticədə milli valyutaların kursunun kəskin düşməsi onların dünyanın əsas valyutasından uzaqlaşmaq istəyini artırıb. Hazırda dollara qarşı mübarizədə seçilən dörd ölkənin - Türkiyə, Çin, Rusiya və İranın dünya ticarətində ümumi payının 30 faiz olduğu bildirilir. Qeyd edilir ki, ən azından, bu dörd ölkənin başqa valyutalarla ticarəti dolların qlobal təsirini 30 faiz azaldacaq. Bu ölkələrin sırasının xeyli genişlənəcəyi istisna edilmir. Belə vəziyyətdə dollara maraq azalır və bu, Azərbaycanda da özünü göstərir. Hər halda, əhalinin dollar satışının artmasi, manatla yığımların çoxalması da bunu göstərir. Məsələnin maraqlı tərəflərindən biri isə neftin qiyməti ilə bağlıdır. Belə ki, dolların ucuzlaşması avtomatik olaraq neftin qiymətini bahalaşdırır. Artıq Azərbaycan neftinin satış qiyməti uzun müddətdir 70 dollardan yuxarıdır.  Deməli, Azərbaycanın neft gəlirləri yenə nəzərdə tutulduğundan yüksək olacaq və bu da manata əlavə təzyiq yaradan faktorlardan sayılır. Yüksək qiymət Azərbaycana daxil olan valyutanın həcminin əhəmiyyətli dərəcədə artımı deməkdir. Artan valyuta da, öz növbəsində, manat üzərində təzyiqin daha da artmasına rəvac verir. Xatırladaq ki, bu ildən Azərbaycan həm də qaz ixracından xeyli valyuta əldə edəcək. Qeyri-neft ixracının artımı da ölkəyə valyuta gəlişini çoxaldır. Artıq valyuta isə manatın güclənməsini şərtləndirən faktorlardan sayılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ