Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan İran və Şimali Qafqazın əsas ümid yerinə çevrildi

Image


Son dövrlərdə qonşu İranda kommunal xidmətlərlə bağlı narazılıq tez-tez gözə çarpır. Xüsusən də elektrik kəsintisi adi hal alıb. Paytaxt Tehran başda olmaqla, bütün ölkə ərazisində hər gün 5-6 saat elektrik kəsintiləri qeydə alınır. Əsas səbəb ölkədə istehsal edilən elektrik enerjisinin həcmcə tələbdən az olmasıdır. Hazırda İranın günlük elektrik istehsalı 50 min meqavat səviyyəsindədir. Halbuki ölkənin günlük tələbi bundan ən azı, 10-15 min meqavat daha çoxdur.

Elektrik enerjisindəki kəsintilərə görə xalqdan üzr istəyən prezident Həsən Ruhani ölkədə yaşanan problemi yağıntıların azalmasına bağlayıb. O bildirib ki, ölkədə yağıntı miqdarının 50 faizdən çox azalması su bəndlərində elektrik enerjisi istehsalını dayandırıb və hazırda ölkədəki su bəndlərindən yalnız ikisi qismən fəaliyyət göstərir. Prezident ölkədə işıqların tez-tez söndürülməsini elektrik sistemində anidən çökmənin qarşısının alınması ilə əlaqələndirib və əhalini elektrik enerjisindən qənaətlə yararlanmağa çağırıb. O, son illərdə hökumətin ölkədə enerji sistemini inkişaf etdirməklə bağlı uğurlu layihələr gerçəkləşdirdiyini bildirib.

Elektrik sənayesinə məsul qurum bildirib ki, hazırda dövlət İranda elektrik enerjisi ixracını azaltmağa və hətta elektrik enerjisi ixracına dair müqavilələri dayandırmağa çalışır. Elektrik enerjisi idxalının artırılması istiqamətində də işlər görülür. İndi İran Azərbaycandan, Türkmənistandan elektrik enerjisi idxal edir. Bir müddət əvvəl İranın Energetika Nazirliyindən bildirmişdilər ki, Muğan elektrik ötürücü xətlərinin Azərbaycanın elektrik şəbəkəsiylə sinxronlaşdırılması Azərbaycandan elektrik enerjisi idxalına şərait yaradır. Hazırda bu ötürücü xətdən daxili şəbəkəyə 73 meqavat elektrik enerjisi verilir. Bu xətdən idxal olunan elektrik enerjisinin həcmi ən yüksək istehlak saatlarında 130 meqavatadək artırıla bilər.

İranla yanaşı, qonşuluğumuzda yerləşən Şimali Qafqaz da elektrik enerjisi sarıdan ciddi problemlər yaşayır. İran kimi Şimali Qafqaz da bu məsələnin həllində ümidini daha çox Azərbaycana bağlayır. Rus ekspert Boris Martsinkeviç qeyd edir ki, Şimali Qafqazda, Rusiyanın ən çoxmillətli bölgəsində enerji defisiti müşahidə olunur: “Analoji vəziyyət İranda da hökm sürür, buna görə də Azərbaycan hazırda bu regionlar üçün əsas elektrik enerjisi donorudur. Rusiya üçün Azərbaycanın elektrik enerjisi var. Belə alınıb ki, Şimali Qafqazda enerji defisiti yaşanır. Ona görə də saldoya baxsaq, o, Azərbaycan üçün müsbətdir, bu da ölkədə hasil olunan qazın həcmi ilə elektrik stansiyalarının gücünə baxdıqda tamamilə izaholunandır. Bundan başqa, sistemlər sinxronlaşdırılmasa da, Azərbaycanın elektrik enerjisinin İrana ötürüldüyü iki xətt var”. Onun sözlərinə görə, İran üçün bu cür əməkdaşlıq sərfəlidir, çünki hazır məhsul almaq imkanı varsa, ölkənin şimalında özünün elektrik stansiyasını tikməyə gərək qalmır. Məhz bundan çıxış edərək də “Şimal-Cənub” enerji layihəsinin  hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılaşma imzalanıb: “Bu xətlər Rusiya, Azərbaycan və İran arasında elektrik enerjisinin hər iki tərəfə ötürülməsi üçün rahatdır. Bu layihəni gücləndirmək olar və lazımdır. Elektrik enerjisi tədarük olunsa, İran buna ancaq şad olacaq”. Ekspertin fikrincə, digər məsələ Azərbaycanın bu layihənin öhdəsindən gələ bilməsidir. Çünki işğaldan azad edilmiş ərazilərin bərpası üçün xeyli həcmdə elektrik enerjisi gərəkdir: “Həmin ərazilərdə mühəndis tikintiləri yoxdur, yollar dağılıb, mövcud elektrik stansiyalarının ciddi problemləri var. Azərbaycanın öz problemləri də az deyil. İstərdik ki, Rusiya elektrik enerjisinin tədarük olunması ilə Azərbaycanda yaranan problemlərin həllinə kömək olsun. Bunun üçün Dağıstanda yeni enerji güclərinin inşasına investisiyaların aktiv cəlb olunması gərəkdir. İnanmaq istərdik ki, Rusiya, Azərbaycan və İran energetika nazirliklərinin nümayəndələrindən olan işçi qrup bu istiqamətdə işlər görəcək. İranda hazırda kəskin enerji çatışmazlığı müşahidə olunur. “Buşəhr” AES-in növbəti enerji bloklarının tikintisi elə-belə davam etmir ki. Məhz bu səbəbdən Rusiya dövlətlərarası kredit təqdim edərək nəhəng qaz elektrostansiyasının tikintisinə başlayıb, ancaq bütün bunlar İranın daha çox inkişaf etmiş cənubunda baş verir. İranin şimal əyalətlərində mövcud imkanlardan aktiv yararlanmaq üçün tədarükü artırmaq lazımdır. İndi şərait belədir ki, Rusiyanın özünün Dağıstan ərazisində enerji gücləri yoxdur. Bu məsələdə Azərbaycan yardım edə bilər”. Martsinkeviç hesab edir ki, belə vəziyyətdə ruslar da Qarabağda Azərbaycana kömək göstərməlidirlər. Onun fikrincə, çaylarla bol olan dağlıq ərazi Qarabağda kiçik su elektrik stansiyaları tikməyə imkan verir ki, bu da Azərbaycan üçün çox sərfəlidir: “Kiçik su-elektrik stansiyaları tikmək çox asandır, çünki dağ yerində baha başa gələn elektrik xətləri çəkməyə gərək qalmır. Bu cür stansiyalar elektrik enerjisinə ehtiyacı olan obyektlərin yanında tikmək olar. Üstəlik, onların layihəsi də tez hazırlanır, özləri də tez başa gəlir. Ümid edirəm ki, Rusiya şirkətləri hazırda Azərbaycanın təqdim etməyə hazır olduğu potensialı dəyərləndirə biləcəklər".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ