Cümə axşamı günü, 01 oktyabr 2026
     

ABŞ-ın Maliyyə Naziri dünyanı yeni defolt təhlükəsi ilə qorxutdu...Azərbaycana azı 2 təhlükə var...

Image


ABŞ maliyyə sistemində baş verənlər dünya üçün yenidən ciddi təhdid mənbəyinə çevrilib. Söhbət dolların dünya iqtisadiyyatına vura buləcəyi yeni defolt zərbəsindən gedir.

Bu günlərdə ABŞ-ın maliyyə naziri Canet Yellen Konqresi defolt təhlükəsi ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, bu, ölkənin iqtisadiyyatına düzəldilməsi mümkün olmayan zərbə vuracaq. Yellen bildirir ki, əgər iyulun 31-dən sonra dövlət borcunun tavanı artırılmasa, yaxud da borc limiti dondurulmasa, defolt baş verə bilər. Maliyyə naziri vurğulayıb ki, lazımi tədbirlər görülməsə, artıq avqustun 1-də dövlət borcunun səviyyəsi qanunla müəyyənləşdirilmiş maksimal həddi keçəcək. Onun sözlərinə görə, dövlət borcunun tavanı dayandırılmasa, yaxud artırılmasa, o zaman yeni maliyyə ilinin başlanğıcında, yəni oktyabrın 1-də hökumətin öz öhdəlikləri üzrə borclarını ödəməsi prosesi ciddi şəkildə zərbə görə bilər, çünki məhz həmin dövrə iri büdcə xərcləri planlaşdırılıb. Yellen qeyd edib ki, defolt ABŞ iqtisadiyyatına və bütün Amerika vətəndaşlarının maliyyə durumuna ciddi zərbə vuracaq. Qeyd edək ki, mütəxəssislər dünya ticarətinin böyük bir hissəsinin ABŞ dollarına güvəndiyini nəzərə alaraq potensial defoltun qlobal maliyyə böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Amerikanın dövlət borcu hazırda 28,3 trilyon dollardır. ABŞ-da artan büdcə kəsiri isə hökuməti daha çox borclanmağa vadar edir. Amma ABŞ-ın borc səhmləri də son zamanlar dünya bazarında öz etibarlılığını və likvidliyini itirməkdədir. Son illər ABŞ-ın xərclərinin sürətlə artması kreditorları ciddi narahat edir. ABŞ isə daha çox borc almağa başlayır, 28 triliyonluq borc səhmlərinə xidmətlərin ödənişləri də, onların faiz dərəcələri də ölkənin maliyyə sisteminə təsirsiz ötüşmür. Beynəlxalq maliyyə bazarının ekspertlərinin fikrincə, belə davam edərsə, kreditorlar ABŞ-ın xəzinə səhmlərindən imtina etməyə başlayacaqlar. Artıq 2018-ci ildən başlayaraq bir sıra dünya dövlətlərinin ABŞ-ın borc səhmlərini geri qaytarması aydın görünməkdədir. Rusiya, Çin, Türkiyə, Meksika, Yaponiya, Hindistan və Tayvan artıq ABŞ-ın xəzinə səhmlərindən canını qurtarır. ABŞ-ın idarə edilməyən büdcə kəsri ilə yanaşı, dövlət borc səhmlərininin sahiblərini qıcıqlandıran bir amil də rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalar və azad ticarət prinsiplərini pozmasıdır. Bu səbəbdən də indi amerikalılarla biznes əlaqələri qurmaq istəyənlərin sayı günü-gündən azalır. Hətta bir çox dövlətlər ABŞ dollarından asılılığı zəiflətmək üçün hesablaşmaları öz milli valyutaları ilə aparmağa çalışır, həm də Birləşmiş Ştatların iqtisadiyyatına yatırımları getdikcə azaldırlar. 
Vaşinqtonun bir çox siyasi və iqtisadi dairələrində də 28 triliyonluq borcun və gündən-günə artan dövlət xərclərinin ABŞ-ı gec-tez dağıdıcı büdcə böhranına gətirib çıxaracağından ciddi narahatdırlar. Bunlarla paralel olaraq dünyanın inkişaf etməkdə olan dövlətləri beynəlxalq bazarda qızıl almaqla ABŞ valyutasından asılılığı daha da azaltmağa çalışırlar. Burada xatırladaq ki, dollar dünyanın ehtiyat valyutası qismində 1944-cü ildə Britaniya funtunu əvəz edib. Böyük Britaniya ona qədər ağıla gəlməyən məbləğdə borca düşdü və funt çökdü. İndi ABŞ dollarını da bu aqibət gözləyə bilər. Rus milyarder Oleq Deripaska bu fonda bildirir ki, Amerika defolt yoluna gedir. Onun sözlərinə görə, dolların populyarlığının azalması dünyanın ən böyük iqtisadiyyatının yaxınlaşan defoltundan xəbər verir:  "Dollar hələ də dünyanın əsas ehtiyat valyutası olsa da, populyarlığı yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb. Dünyanın mərkəzi banklarının valyuta ehtiyatlarının 59 faizi dollara yatırılıb, bu, 1999-cu illərin sonundakı maksimumdan (71%) 12 faiz bəndi aşağıdır. Sanksiyalar sayəsində dolların rolu azalır!. Bu fonda Amerikanın defolta doğru getməsini izləyəcəyik". Dünyada dolların qızıl-valyuta ehtiyatlarındakı payı 60,72%-dən 59,02% -ə düşüb. Buna baxmayaraq, bu, ikinci ən populyar valyuta olan avronun payından (21,24%) təxminən üç dəfə çoxdur.

Okeanın o tayında gözlənən defoltla  dolların dəyərsizləşməsi və ABŞ böhranı üzündən dünya dövlətləri, o cümlədən Azərbaycan üçün müəyyən problemlərin yaranması deməkdir. Məsələn, iqtisadçı-ekspertlər bildirir ki, böhran baş verərsə, bu, Azərbaycanın dövlət ehtiyatlarına təsir göstərə bilər. Çünki defolt nəticəsində ABŞ-da səhmlərin qiymətinin aşağı düşməsi dövlət ehtiyatlarımızdan əldə edilən gəlirin azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, böhran dərinləşdiyi təqdirdə, dolların məzənnəsi aşağı düşəcək. Hazırda Azərbaycan dövlət rezervlərinin yarıya qədəri dollar ilə saxlanılır. Bu da birmənalı şəkildə Azərbaycan dövlət rezervlərinin dollarla saxlanan hissəsinin dəyərinin azalmasına gətirib çıxara bilər. ABŞ-dakı böhranın Azərbaycanın neft sektoruna da təsirsiz ötüşməyəcəyi qaçılmaz sayılır. Çünki böhran sayəsində neftə tələbat azalarsa, bu, dünyada neftin qiymətinin aşağı düşməsinə və Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxara biləcək. Bununla yanaşı, manatın məzənnəsinin dollara nisbətən möhkəmlənməsi qaçılmaz sayılır. O da faktdır ki, dollar dünya bazarında daha da ucuzlaşacağı təqdirdə ölkənin maliyyə bazarında vəziyyəti idarə etmək üçün Azərbaycanın imkanları var. Lakin problem uzun müddətli olarsa, Mərkəzi Bank ciddi çətinliklərlə üzləşə bilər. Beləliklə, ABŞ-da defolt elan edilsə, nəinki Azərbaycan, əksər dünya ölkələri bundan ziyana düşəcək.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ