Avropa İttifaqı (Aİ) ilə Qarabağın bərpasında əməkdaşlıq müzakirə olunub. Bu barədə tvitter səhifəsində məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan Aİ ilə uğurlu iqtisadi-iticarət tərəfdaşlığı həyata keçirir:
"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım Energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apardıq".