Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan Ukrayna enerji bazarlarında əsas söz sahibinə çevrilir...

Image


Bu gün Ukraynanın enerji bazarında əsas söz sahibi plan ölkələrdən biri qismində Azərbaycan çıxış edir. Xüsusən də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu fonda fəaliyyəti ilə xüsusi diqqət cəlb edir.

Qeyd edək ki, SOCAR-ı hazırda Ukraynada "SOCAR Energy Ukraine" şirkəti təmsil edir. Azərbaycan bu şirkət vasitəsilə Ukraynaya indiyə qədər 300 milyon dollardan çox investisiya qoyub. Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir. “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün Kiyevdə və Odessada 2 üzən yanacaqdoldurma məntəqəsini  də işə salıb. Belə bir vaxtda bəlli olub ki, SOCAR Ukraynada fəaliyyət göstərən “Glusco” yanacaqdoldurma məntəqələri şəbəkəsini də alıb. Bunun nəticəsi olaraq “Glusco” yanacaqdoldurma məntəqələri yenidən fəaliyyətini bərpa edib. Ukrayna mətbuatının yazdığına görə, yanacaqdoldurma məntəqələri şəbəkəsinin yenidən fəaliyyətə başlamasına səbəb şirkətin sahibinin dəyişməsidir. Qeyd edilir ki, “Glusco” yanacaqdoldurma məntəqələrinin yeni sahibi SOCAR-dır: “Yaxın zamanda yeni sahib yanacaqdoldurma məntəqələri şəbəkəsinin tam gücü ilə işləməsini təmin edəcək”. Ukraynada “Glusko” yanacaqdoldurma məntəqələri şəbəkəsinə 127 avtomobil yanacaqdoldurma kompleksi və altı neft bazası daxildir. Bunun sahibinin SOCAR olması Azərbaycana Ukrayna enerji bazarında mühüm üstünlüklər qazandırır. Xatırladaq ki, hələ bu ilin martında məlumat yayılmışdı ki,  “Glusko” şəbəkəsinin sahibi Nisan Moiseyev “Rosneft” şirkəti tərəfindən Ukraynaya yanacaq tədarükünün dayandırılması barədə bəyanatdan dərhal sonra aktivi satışı çıxarıb. Ukraynada heç kəs satış barədə təklif almayıb. Moiseyev yalnız beynəlxalq şirkətlərə dəvət göndərib. Burada ən şanslı şirkət də məhz SOCAR olub. SOCAR “Glusko”nun  yanacaqdoldurma məntəqələri şəbəkəsinin satışını “Rosneft” tərəfindən Ukraynaya neft məhsullarının tədarükü ilə bağlı imzaladığı müqavilə ilə kompleks şəkildə nəzərdən keçirib. “Rosneft” şirkəti SOCAR-a Ukraynaya çatdırmaq üçün neft satmağa razılıq verib. Bu fonda onu da qeyd edək ki, Azərbaycan hazırda Ukraynaya neft ixrac edən yeganə ölkədir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” “Rosneft” şirkətinin məhsullarının Ukraynada ixrac operatorudur. Ukraynanın "Enkorr" portalı bildirir ki, “SOCAR Trading”in İsveçrə ofisi Ukraynadakı tərəfdaşları ilə satışa və əlaqəyə nəzarət edir. “Rosneft”in neft məhsullarının tədarükü üçün müqavilələr Kiprdə qeydiyyatdan keçən “SOCAR New Energy” şirkəti tərəfindən bağlanıb.  “SOCAR Energy Ukraine” Ukraynada elektrik enerjisi doldurma məntəqələrinə da malikdir. Hazırda şirkətin 5 ədəd elektrik enerjisi doldurma məntəqəsi mövcuddur ki, bunlardan da 3 ədədi Kiyev-Odessa və Kiyev-Lvov yolunda yerləşir. Bu stansiyalarda avtomobilin batareyasını enerji ilə 20-30 dəqiqə ərzində doldurmaq mümkündür. 2021-ci ilin sonuna kimi mövcud olan elektrik enerjisi doldurma məntəqələrinin sayının 2 dəfə artırılması planlaşdırılır. Şirkətin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov bildirib  ki, şirkət elektrik enerjisi doldurma məntəqələrini ilk növbədə iri şəhərlərdə, daha sonra isə traslarda yaratmağı planlaşdırır: “Hazırda elektrik avtomobillərinin sahibləri milyonlarla əhalisi olan iri şəhərlərdə yaşayır, onları bir-biri ilə əlaqələndirmək lazımdır. Artıq elektromobillə Kiyevdən Odessaya rahat gedib-gəlmək olar. Müvafiq olaraq, şəbəkəmiz ilk növbədə iri şəhərlərdə elektrik enerjisi doldurma məntəqələrini inkişaf etdirəcək”.

Xatırldaq ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 60-dan çox müasir yanacaqdoldurma kompleksi fəaliyyət göstərir. “SOCAR Energy Ukraine” Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə də sərmayə qoyuluşunu davam etdirir. İndiyə kimi SOCAR Ukraynada sosial və mədəni həyatın inkişafına 6 milyon dollardan çox sərmayə qoyub. “SOCAR Energy Ukraine” bu il də yeni sosial və mədəni layihələri maliyyələşdirməyi planlaşdırır. Bu layihələrə Azərbaycan dilinin, milli mətbəxinin, musiqisinin təbliği də daxildir.

Həmçinin Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biridir. Hadisələrin inkişafı göstərir ki, Azərbaycan təbii qaz məsələsində də Ukraynada hakim mövqe tuta bilər. Xüsusən də “Şimal axını-2” qaz kəməri ətrafında baş verənlər bunu qaçılmaz edir. Məsələ burasındadır ki, ABŞ “Şimal axını-2” kəmərinə sanksiya tətbiqini dayandırıb.  Kiyev hesab edir ki, “Şimal axını-2” işə düşdükdən sonra Rusiya Ukrayna ərazisi ilə qaz nəql etməyəcək. Bu, Ukrayananı böyük gəlirdən məhrum edəcək və qaz təminatında yeni problemlər yaradacaq. Bu şəraitdə Ukrayna qaz təchizatında da problemlə üzləşəcəyini istisna etmir. Elə bununla bağlı Azərbaycan qazının Ukraynaya nəqli də aktuallaşır. Artıq müəyyən müddətdir Azərbaycan təbii qazının Ukraynaya sıxılmış və ya maye vəziyyətində nəqli imkanları müzakirə edilir. Bundan başqa, “Cənub Qaz Dəhlizi”ndən Ukraynanın qaz idxalı da ötən ildən gündəmdədir. Ekspertlər bildirir ki, bu ilin ikinci yarısında Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. Bu fonda  Bolqarıstandan Azərbaycan qazını Ukraynaya nəql etmək problem deyil. 

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ