Cümə axşamı günü, 01 oktyabr 2026
     

İqlim dəyişikliklərinin Azərbaycana da mənfi təsiri artır

Image


Bu gün dünyada həllini gözləyən başlıca ekoloji problemlərdən biri də səhralaşma və susuzluq problemidir. Azərbaycan da qeyd edilən problemlə üzləşən ölkələr sırasında yer alır. Bəzi hesablamalara görə, operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər.

Digər tərəfdən içməli, suvarma suyu ilə də bağlı problem özünü göstərir. Son illərdə baş verən iqlim dəyişiklikləri bu sahədə vəziyyəti daha təhlükəli edir,  ekosistemə daha ciddi təsir göstərir. Qlobal istiləşmə, eyni zamanda, ekstensiv kənd təsərrüfatı fəaliyyəti, qeyri-rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi də məsələyə təsir edir. Ekspertlər hesab edir ki, bu vacib ekoloji problemin həllinə, su çatışmazlığına məruz qalan ərazilərdə fəaliyyətin gücləndirilməsinə daha çox diqqət yönəldilməlidir. Bu fonda ilk növbədə suvarma sistemlərinin qənaətcil əsasda qurulmasına, səhralaşmaya məruz qalan və bu təhlükədə olan ərazilərə suvarma suyunun çatdırılmasına nail olunmalıdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov da bildirir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir. O qeyd edir ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meylli olması qurumu zəruri tədbirlər görməyə sövq edib: “Hazırda bütün çətinliklərə baxmayaraq, "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən kənd təsərrüfatı bitkilərinin tələbata uyğun olaraq vaxtında suvarma suyu ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Mingəçevir su anbarında ötən ilə nisbətən 1 milyard kubmetr su yığılıb. Lakin bizim əsas çətinliyimiz Araz su anbarının yerləşdiyi zonadadır. Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Eyni zamanda, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında yaranmış çətinliklərin aradan qaldırılması üçün Mingəçevir su anbarının aşağısında yerləşən nasos stansiyalarına limitlər qoyulub və buna ciddi riayət olunmaqla adıçəkilən rayonlara suyun verilməsi təmin olunub”.

Ölkədə  su ehtiyatlarının səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında komissiya yaradıldığını xatırladan qurum rəsmisi qeyd edir ki, komissiyanın fəaliyyəti çərçivəsində səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Qurum rəsmisi bildirib ki, Arazboyu zonada su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kub metrdən artıq suyun verilməsi təmin edilib: “Respublikada suvarılan torpaqlara xidmət edən 52 min kilometrə yaxın suvarma kanallarının 73 faizi torpaqməcralı, 5900 kilometri beton üzlüklü, 1514 kilometri nov kanalları, təqribən 6000 kilometrdən artığı isə qapalı boru kəmərləridir. Hər il Cəmiyyətə ayrılmış vəsait hesabına su itkilərinə səbəb olan torpaqməcralı kanalların həcminin azaldılması üçün investisiya əsaslı təmir tədbirləri həyata keçirilir. Yeni nov kanalları çəkilir, beton üzlüklü kanalların yaradılması təmin edilir”.

Amma dünyada iqlim dəyişiklikləri fonunda məsələnin daim xüsusi diqqətdə saxlanması da olduqca vacibdir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məruzəsində də deyilir ki, iqlim məsələsi, təbii fəlakətlər bundan sonra öz təsirlərini daha çox göstərəcək. Qeyd edilir ki, bunlar iqtisadiyyata və ilk növbədə kənd təsərrüfatına çox böyük ziyan vurur. FAO ekspertləri son on ildə 1970-80-ci illərdə olduğundan orta hesabla ildə üç dəfə çox təbii fəlakətin baş verdiyini qeyd edir. Bununla belə, bu fəlakətlər nəticəsində iqtisadi itkilərin 63 faizi kənd təsərrüfatının payına düşür: “Quraqlıq və aclıq bir çox insanı “iqlim qaçqını”na çevirir. Onlar yaşamaq və qidalanmaq hüquqlarının pozulması ilə bağlı şikayətlə məhkəməyə müraciət edə bilərlər”. Məruzədə deyilir ki, tarixdə heç vaxt əkin-ərzaq sistemləri bugünə qədər görünməmiş bir çox yeni təhdid, o cümlədən böyük yanğınlar, ekstremal hava hadisələri, səhra çəyirtkəsinin miqyaslı hücumları və COVID-19 pandemiyası kimi yeni bioloji təhdidlərlə qarşılaşmamışdı: “2008-2018-ci illər dövründə inkişaf etməkdə olan ölkələrdə bitkiçilik və heyvandarlıq məhsullarının itkisi şəklində kənd təsərrüfatı sektoruna vurulmuş iqtisadi ziyan 108 milyard dolları keçib. Son on ildə ümumi iqtisadi ziyanı müvafiq olaraq 49 və 30 milyard dollar təşkil edən Asiya və Afrika ölkələri daha çox zərər çəkiblər. Kənd təsərrüfatına ən çox ziyanı quraqlıq vurur, ardından sel, fırtına, çəyirtkə, xəstəliklər və meşə yanğınları kimi zərərvericilər gəlir. Ən az inkişaf etmiş, aşağı və orta gəlirli ölkələrdə bitkiçilik və heyvandarlıqda itkilərin 34 faizindən çoxu quraqlığın payına düşür”. FAO ekspertləri fəlakətlərin nəticələrinin iqtisadi itkilərin çərçivəsindən çıxdığını və bütövlükdə qida sistemi üçün ciddi təhlükə olduğunu hesab edir. Misal üçün, 2008-2018-ci illərdə ən az inkişaf etmiş, aşağı və orta gəlirli ölkələrdə bitkiçilik və heyvandarlıqda istehsal itkiləri kalori ilə hesablanaraq ildə 6.9 trilyon kilokalori olaraq qiymətləndirilir. Bu, ildə yeddi milyon yetkinlik yaşında olan insanın itirdiyi kalori sayıdır. Məruzə müəllifləri hökumətləri xarici təsirlərə daha davamlı olacaq kənd təsərrüfatının inkişafına və fəlakət risqlərinin azaldılması layihələrinə investisiya qoymağa çağırır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ