Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan növbəti dəfə Avropanın xilaskarına çevrilir – enerji sektorunda...

Image


Enerji sektorunda Azərbaycanın atdığı addımlar yenidən beynəlxalq miqyasda təqdir edilir. Belə görünür ki, bu fonda Azərbaycanın neft və qaz sektoruna həm sərmayə axını, həm də ölkənin bu sahədə böyük gəlirlər əldə etməsi davam edəcək. Bunu Beynəlxalq Enerji Agentliyinin “Azərbaycan 2021: Enerji Siyasəti İcmalı” adlı hesabatı da təsdiq edir.

Hesabatda qeyd olunur ki, neft və qaz orta müddət ərzində Azərbaycan iqtisadiyyatında üstünlük təşkil etməyə davam edəcək. Bildirilib ki, Azərbaycan neft-qaz sektoruna investisiyada stabil mühit yaratmaqla etibarlı ixracatçıya çevrilməyə nail olub. Eləcə də, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın qaz tədarükünün şaxələndirilməsində rolunu artırdığı, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu qeyd edilib. Hesabatda vurğulanıb ki, 2025-ci ilə qədər Avropada idxal edilən qaza tələbat əlavə olaraq 45 milyard kubmetrə qədər artacaq, bu isə Azərbaycanın regional qaz mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bununla da 2025-ci ilədək “Cənub Qaz Dəhlizi” vasitəsilə “Şahdəniz-2”dən hasil ediləcək qazın nəqlini iki dəfəyə qədər artırmaqla 16 milyard kubmetr həcminə çatdırmaq olar. Qeyd edilib ki, Azərbaycan neft emalı və neft-kimya istehsalının modernləşdirilməsi və artırılması ilə bağlı səylərini uğurla davam etdirir və bu sahədə irəliləyişlər mövcuddur.

Məhz belə bir vaxtda “Şahdəniz” konsorsiumu iyulun 6-da 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb. Bu, 2021-ci il üçün planlaşdırılmış və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli "Şahdəniz" lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir. “Şahdəniz” layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Counz bu xüsusda bildirib: “Bu, “Şahdəniz” çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olmağımızdan çox məmnunuq. “Şahdəniz-2” çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün “Şahdəniz” komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır. Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı "Şahdəniz-2" qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə "Şahdəniz" yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barrel neft ekvivalenti əlavə edəcək”. Elə bu da Azərbaycanın dünya bazarlarına daha çox neft və qaz çıxarmasına imkan verir. Beynəlxaq Enerji Agentliyi də qeyd edir ki, artıq bu il TAP vasitəsilə Azərbaycan Avropaya daha çox qaz çatdıracaq. Məlumata görə, bu il ərzində boru kəməri ilə nəql ediləcək qazın həcminin 5 milyard kubmetri keçəcəyi gözlənilir. Hesabatda deyilir ki, ümumilikdə Avropanın boru kəmərləri ilə qaz idxalı 2020-ci ildə 10 %-dən çox azalıb. Bu kəskin azalmaya səbəb Rusiya, Şimali Afrika və İrandan nəqletmənin azalmasıdır. Bu müddət ərzində Norveçə boru kəmərləri ilə təchizat sabit qalıb, Azərbaycandan ixrac isə illik 20 %-dən çox artıb. Hesabatda həmçinin qeyd olunur ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanda təbii qaz hasilatı ötən illə müqayisədə 8 % artıb. Bu, ixracın illik 40 %-dən çox artması ilə əlaqədar olub: “Ümumilikdə, Avropanın boru kəmərləri ilə qaz idxalı 2020-ci ildə 10 %-dən çox azalıb. Bu kəskin azalmaya səbəb Rusiya, Şimali Afrika və İrandan nəqletmənin azalmasıdır.Azərbaycanın ixracı bu fonda  illik göstəricidə 20 %-dən çox artıb. Rusiya və Şimali Afrikadan idxalın axalması  və Azərbaycan qazının TAP vasitəsilə İtaliya və Cənub-Şərqi Avropaya idxal həcmlərinin artması Azərbaycanın Avropa enerji bazarında rolunu artırır”.

Xatırladaq ki, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatan TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün, Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək, təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Bu da Azərbaycanın təbii qaz satışından daha çox gəlir əldə etməsi deməkdir.

Neft qiymətləri də Azərbaycanı qane edir. Belə ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,11 % artıb.  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 78,35  dollar təşkil edir. Qiymətlərin daha da artması gözlənilir. OPEC və təşkilata daxil olmayan ölkələr hasilatı mövcud səviyyədə saxlamaq istəyir. Bu isə neft tələbinin daha da artması və qiymətlərin yenidən yüksəlməsinə gətirib çıxaracaq. Vəziyyət belə qalacağı təqdirdə, bu il bazarda neft qıtlığının davam edəcəyi gözlənir. Bu barədə "Bloomberg" "OPEC+"un texniki komitəsinə istinadən xəbər verir. İqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, hər hansı qıtlığın yaranması qiymətlərin bahalaşmasına şərait yaratmış olur: “Vəziyyəti analiz edəndə görürük ki, son bir ildə “OPEC+” formatı hasilatı çərçivədə saxlamağa çalışır. Bunun nəticəsini neft qiymətlərinin müsbət dinamikasını müşahidə edərək görə bilərik. Eyni zamanda, bazarda qiymətlərə təsir edən amillərdən biri də ötən həftə neft və benzin ehtiyatları barədə verilən açıqlamalar oldu. Neft qimyətləri artıq dayanaqlı şəkildə 70 dollar üzərində formalaşıb. Post-pandemiya dövründə istehsalat sahələrinin əvvəlki fəaliyyətlərini bərpa etməsi neftə tələbatı artırıb. Bu da defisitin yaranmasına şərait yaradan amillərdən hesab edilir”.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ