Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondu - Mikayıl Cabbarov hansı perspektivə əsaslanır...

Natiq Cəfərli: “Fond Türkiyə və Azərbaycan ərazisində müxtəlif layihələrin maliyyələşdirilməsində investisiya mənbəyi kimi istifadə olunacaq”

img

"Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişi mühüm yer tutur". Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.

Nazir deyib ki, 2019-cu ildə imzalanmış sazişi artıq Türkiyə parlamenti ratifikasiya edib. Martın 1-dən sənədin qüvvəyə minməsi ticarət əlaqələrimizin inkişafına töhfə verəcək. Azərbaycanda türkiyəli iş adamları geniş təmsil olunurlar. “Türkiyə və Azərbaycan müəssisələri qarşılıqlı olaraq sərmayə qoyuluşunda fəal iştirak edir. Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, ölkələrarası iri müəssisələrin və iri layihələrin, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşması bizim qarşımızda duran vəzifələrin daha sürətlə icrasına yardım ola bilər”.

  • “Yaradılan Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun əsas məqsədi, hədəfi işğaldan azad olunmuş torpaqlarda...

Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun yaradılmasının əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Natiq Cəfərli bizimlə söhbətində qeyd etdi ki, Türkiyə Azərbaycan ərazisində böyük investiya layihələri, kiçik-orta sahibkarlığın inkişafı ilə bağlı yatırımlar həyata keçirir: “Bu səbəbdən də belə bir fondun yaradılması hər iki ölkənin iqtisadi inkişafına səbəb olacaq. Zənnimcə, növbəti mərhələdə fondun həcmi və görəcəyi işlərlə bağlı qərar veriləcək. Yaradılan Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun əsas məqsədi, hədəfi işğaldan azad olunmuş torpaqlarda həmin fondun vəsaitlərindən səmərəli şəkildə istifadə etməkdir. İşğaldan azad olunmuş torpaqlarda yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur”.

Həmsöhbətimiz hesab edir ki, adıçəkilən fond Türkiyə və Azərbaycan ərazisində müxtəlif layihələrin maliyyələşdirilməsində investisiya mənbəyi kimi istifadə olunacaq. Fondun vəsaiti artıqca, qarşılıqlı layihələrin icrasında istifadə olunacaq.

Günel CƏLİLOVA

Son xəbərlər