Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan regionun daha güclü ölkəsinə çevrilir

Image


İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bu yerlərin artıq abadlıq-quruculuq mərkəzinə çevrilməkdə olduğunu göstərir. Eyni zamanda, qurulacaq infrastruktur bu ərazilərin Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin güclənməsində də mühüm rol oynayacağını deməyə əsas verir. Xüsusən də Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla yeni dəmir yolu infrastrukturunun yaradılması bu prosesə mühüm təkan verəcək amillərdən hesab edilir.

Heç şübhəsiz, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri nəqliyyat-kommunikasiya infrastrukturu olacaq ki, hazırda bunun üçün hazırlıq işləri aparılır. Bunu strateji əhəmiyyət daşıyan layihə kimi dəyərləndirən ekspertlər onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağını bildirir. Elə Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı baş nazir Əli Əsədov da məsələyə eyni prizmadan yanaşıb. Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə inkişafına yeni təkan verildiyini deyən baş nazir bildirib ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına imkan yaradacaq: “Əminik ki, bu işbirliyi davam edəcək. Azərbaycan artıq 3+3 formatında yeni regional əməkdaşlıq platforması təklif edib. Bu platformanın mühüm tərkib hissəsi Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhlizdir”.

Ekspertlər bildirir ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə Qərbə və Şərqə çıxışın qovşağında yerləşən və əzəli torpağı olan Qarabağı azad etməklə qonşu ölkələr sırasında özünün geosiyasi, geoiqtisadi kursunu daha çox dəqiqləşdirmək imkanı qazanıb. Bütün bunlar ərazi bütövlüyünü bərpa edən Azərbaycana regional, daha çox da beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mədəni üstünlüklər qazandırdı. Bununla yanaşı, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin qovşağında yerləşməsi Azərbaycanın həm Xəzər-Qara dəniz hövzəsində və Cənubi Qafqazda, həm də Orta Asiya və Yaxın Şərqdə məqsədyönlü geoiqtisadi fəaliyyət göstərmək kimi imkanlar qazanmasına səbəb olub. Hazırda Qarabağ kimi geoiqtisadi dəyərlərə malik olan ərazinin regional və beynəlxalq perspektivliyini yüksəldən, yaxın və uzaq xarici ölkələrlə əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərən amillər daha çox regionun təbii-mineral ehtiyatları, Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyat-kommunikasiya və tranzit imkanları ilə bağlıdır. Hesab edilir ki, Azərbaycan işğaldan azad etdiyi Qarabağ regionunun iqtisadi potensialını və milli təbii resurslarını nəzarət altına almaqla Cənubi Qafqazda daha güclü ölkəyə çevrilib. Belə ki, hazırda Azərbaycan Cənubi Qafqazın insan resurslarının 60 faizinə, yanacaq-enerji, dağ-mədən, təbii-mineral və münbit torpaq resurslarının 90 faizinə, iqtisadi potensialın isə 80 faizinə malikdir. Bütün bunlar göstərir ki, Qarabağ regionu da daxil olmaqla, Azərbaycanda müasir, mütərəqqi sənaye və aqrar istehsalla yanaşı, çox əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək imkanları daha da artıb. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Qarabağ bölgəsində də logistika və ticarət mərkəzlərinin yaradılması ölkəmizin iqtisadi mövqeyini daha güclü hala gətirir.

Milli Məclisin deputatı Vüqar Bayramov da məsələyə bu prizmadan yanaşaraq bildirir ki, Vətən müharibəsində qazandığımız zəfər Azərbaycanın regional mövqeyini, eləcə də strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcı oldu. Deputat qeyd edib ki, Azərbaycan artıq quruculuq və bərpa mərhələsinə qədəm qoyur: “Bu, eləcə də Azərbaycan iqtisadiyyatının bütövləşmə və iqtisadi inkişafdakı dayanıqlığın uzunmüddətli dövr üçün qorunub saxlanması anlamına gəlir. İşğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda və region üçün əhəmiyyətli olan infrastruktur və investisiya layihələrinin reallaşması ondan xəbər verir ki, Azərbaycan özünün nəqliyyat və logistik imkanlarından istifadə etməklə regional haba çevrilməkdədir. Yeni təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xətti regionda nəqliyyat və logistik xidmətlərin inkişafı baxımından vacib hesab olunur. Uzunluğu 100 kilometr olacaq dəmiryol xətti vətəndaşların bərpa və yenidənqurmadan sonra işğaldan azad edilmiş ərazilərimizdə gediş-gəlişinin təmin olunmasına, alternativ nəqliyyat xidmətlərinin təklif olunmasına imkan verəcək. Eyni zamanda, dəmir yolu qərb bölgələrilə Naxçıvan arasında artıq formalaşmaqda olan dəhlizin istifadəyə verilməsi baxımından əhəmiyyətlidir. Nəzərə alaq ki, dəhliz “Şərq-Qərb” nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, bu, həm ölkədaxili, həm Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin, həm də sərnişinlərin sayının artmasına imkan verəcək”.

Ekspert hesb edir ki, Azərbaycan üçün beynəlxalq yükdaşımalar növbəti mərhələdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir: “İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun formalaşması Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcəyi anlamına gəlir. Naxçıvanla dəhlizin açılması, dəmir yolu şəbəkəsinin inteqrasiyası iş adamlarının istehsal etdikləri məhsulları Naxçıvan bazarına, oradan isə Türkiyə və Avropa bazarlarına çıxara bilmələrinə şərait yaradacaq. Bu, həm də Qərbdən-Şərqə, Şərqdən-Qərbə Azərbaycan üzərindən yüklərin daşınmasına imkan verəcək. Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra yeni dəhlizin formalaşması mövcud infrastruktur baxımından ölkəmizin regional mövqeyini gücləndirir. Növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işləri məşğulluğun təmini, iqtisadi inkişafın böyüməsi və Azərbaycanın regiondakı mövqeyinin daha da güclənməsinə imkan verəcək”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ