Azərbaycanla Türkiyə arasında əməkdaşlıq möhkəm əsaslara malikdir və yeni imzalanmıç sazişlər iki qardaş ölkənin iqtisadi münasibətlərinin inkişafına müsbət təsir göstərəcək.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Türkiyə ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən sazişlər imzalanıb: "Əsasən, nəqliyyat-logistika, dağ-mədən və tekstil sənayesi sahələrini əhatə edən məsələlər diqqətə alınıb".
M.Cabbarovun sözlərinə görə, Türkiyə ilə həm də iki ölkənin məhsullarının birgə bazarlara çıxarılması müzakirə olunub və martın 1-dən Azərbaycan Türkiyə ilə preferensial ticarətə başlayır: "Ölkələrimiz arasında iri layihələrin reallaşdırılması və iri müəssisələrin yaradılması kimi təşəbbüslər, xüsusilə birgə texnologiyaların mübadiləsinə yönəlmiş layihələr qarşıya qoyulan tapşırıqların daha tez yerinə yetirilməsinə xidmət edəcək".