çərşənbə günü, 07 oktyabr 2026
     

“Şimal axını-2” yenə dalana dirənir, Avropa bütün diqqətini Azərbaycana yönəldir...

Image


ABŞ və Rusiya arasında “Şimal axını-2” qaz kəməri ilə bağlı çəkişmənin cari il ərzində daha da şiddətlənəcəyi proqnozlaşdırılır. Buna səbəb ABŞ-ın yeni administrasiyasının da bu layihəyə qarşı sərt mövqedən çıxış etməsidir. ABŞ portalı olan “trumpet.com” yazır ki, Moskvanın iqtisadi cəhətdən güclənməsini əngəlləmək üçün ABŞ “Şimal axını-2” layihəsini sıradan çıxarmaqda israrlıdır: “ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Almaniya seçim qarşısında qalmışdı: ABŞ, yoxsa Rusiya ilə əməkdaşlıq etmək? Bu durumda ABŞ-ın sanksiyaları “Şimal axını-2” qaz kəmərinin tikintisini müvəqqəti olaraq dayandırdı.

Amma Co Baydenin ABŞ-da prezident səlahiyyətlərinin icrasına başlamasından sonra Rusiyanın “Fortuna” gəmisi Baltik dənizində qaz kəməri ilə bağlı işə başladı. Elə həmin gün polis Rusiyada etiraz aksiyasında iştirak edənləri sərt şəkildə döydü və həbs etdi. Burada xüsusi qeyd edilməlidir ki, “Şimal axını-2” Rusiyaya böyük fayda verir və rejimin xalqı əzməsinə daha da şərait yaradır. Üstəlik, onun faydası təkcə Rusiya ilə məhdudlaşmır. Layihə tamamlanan kimi Rusiya Ukraynanı öz təbii qaynaqlarından məhrum edəcək və bununla da bu ölkəni təslim olmağa məcbur edəcək”. Bütün bunlar fonunda ABŞ Dövlət Departamenti “Şimal axını-2” layihəsinə dəstəyə görə tətbiq edələn mövcud sanksiyalar paketinin genişləndirilməsi barədə Avropa şirkətlərinə xəbərdarlıq edib. Qeyd edilir ki, ABŞ bəzi şirkətləri mövcud risqlər barədə məlumatlandırmağa çalışır. Xatırladaq ki, Dövlət Departamenti sonuncu dəfə ötən ilin oktyabr ayında “Şimal axını-2” üzrə sanksiyalar paketini genişləndirib. Qurumdan bildirilib ki, bu proses layihənin tam dayandırılmasınadək davam edəcək. Rusiya rəsmilərinin sözlərinə görə, layihə üzrə işlər artıq 93% tamamlanıb və yaxın gələcəkdə Avropa ölkələrinin dəstəyilə sona çatdırılacaq. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev qeyd edir ki, Moskva "Şimal axını-2" layihəsini müdafiə etmək üçün məhkəmə mexanizmlərindən istifadə edə bilər: "Hər bir halda buna ehtiyac yaranarsa, əlbəttə ki, məhkəməyə müraciət etmək mümkündür. Ancaq əvvəlcə hansı məhkəməyə müraciət olunacağını anlamaq lazımdır. Belə məsələlərə hansı məhkəmələrdə baxıldığını araşdırmaq lazımdır. Yəqin ki, potensial olaraq Amerika məhkəmələrinə müraciət etmək olar, ancaq bu çox uzun sürə bilər və biz ABŞ məhkəməsinin bu məsələdə obyektiv mövqe tutacağından əmin deyilik". Bununla yanaşı, o qeyd edib ki, özü həmişə məsələlərin məhkəmə yolu ilə həllinə tərəfdar olsa da, bu məqamda dövlət və biznes liderlərinin mövqeyi daha mühümdür: "Onlar öz sözlərini deməlidir".

Medvedyev qaz kəmərinin tikintisinin tamamlanacağına şübhə olmadığını da bildirib, çünki bütün ölkələrin buna ehtiyacı var. Onun fikrincə, Almaniya bu məsələdə daha qətiyyətli mövqe tutmalıdır: "Almaniya Federativ Respublikasından olan həmkarlar ümumiyyətlə bu barədə açıq danışırlar. Əgər onlar qəti mövqe tutsalar, tarixdə bəzən baş verdiyi kimi suverenliklərinin bir hissəsini qurban verməsələr, şübhəsiz, kəmərin tikintisi tamamlanacaq. Üstəlik, işlərin 90%-dən çoxu görülüb və bu layihəyə külli miqdarda pul sərf olunub. Bir daha vurğulayıram: bütün ölkələrin buna ehtiyacı var". Medvedyev onu da qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının məsələyə münasibətdə necə mövqe tutacağını bilmir, bununla belə, yeni dövlət katibi Entoni Blinkenin "Şimal axını-2" layihəsinə təzyiq göstərməyə davam etmək və icrasına son qoymaq lazım gəldiyini dediyindən xəbərdardır: "Yəni bu məsələdə ABŞ administrasiyasının prioritetləri dəyişməyib. Ancaq siz bilirsiniz ki, mən həmişə bir mövqedən çıxış etmişəm: istənilən halda qərar qəbulunda iqtisadi dəlillər bu cür siyasi gerçəklikləri qabaqlayır. İqtisadi dəlillər isə mövcuddur, həm bizdə, həm də avropalılarda. Odur ki, məncə iş başa çatdırılacaq. Sadəcə müddət məsələsi var. Yəqin, bir az da səbr etməli olacağıq". Bu açıqlama bir daha təsdiq edir ki, “Şimal axını-2” kəmərinin inşası yenə ləngiyəcək. Avropada isə qaza tələb getdikcə artır. Hazırda  Avropaya tam yeni mənbədən yalnız Azərbaycandan qaz daxil olur. Belə görünür ki, yaxın tezlikdə də başqa mənbə olmayacaq. Ona görə Avropa Azərbaycandan daha çox qaz almaqda maraqlıdır. Eyni zamanda, Avropanın əsas istəyi Azərbaycan üzərindən digər mənbələr hesabına qaz tədarükünə nail olmaqdır. Hazırda bu məsələdə Avropanı maraqlandıran əsas məsələ Türkmənistan və İran qazını Azərbaycan üzərindən idxal etməkdir. Azərbaycanla Türkmənistanın Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalamasından sonra türkmən qazı ilə bağlı məsələ əhəmiyyətli dərəcədə həllini tapıb. Hazırda İran qazının da Azərbaycan üzərindən nəqli ilə bağlı işlər aparılır. Bütün bunlar o deməkdir ki, Azərbaycan "Şimal axını-2" layihəsi ilə bağlı problemlər fonunda Avropa üçün daha əhəmiyyətli ölkəyə çevrilir.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ