2021-ci ilin əvvəlinə olan vəziyyətə görə Azərbaycanın strateji valyuta ehtiyatları 51 milyard dolları ötüb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransı zamanı deyib.
O bildirib ki, əvvəllər olduğu kimi, Mərkəzi Bank bu məsələni daim gündəmdə saxlayır: "Azərbaycanın valyuta ehtiyatları 2021-ci il yanvar ayı ərzində artaraq 51,4 milyard dollar həddinə yaxınlaşıb".