çərşənbə günü, 07 oktyabr 2026
     

Şərqi Aralıq dənizinin də qazı Avropaya Azərbaycan kəməri ilə daşınacaq…

Image


Avropa enerji bazarında son vəziyyət burada Azərbaycan qazına tələbin artan xətt üzrə inkişaf edəcəyini göstərir. Elə bu səbəbdəndir ki, Azərbaycandan daha çox təbii qazın alışı istiqamətində indidən Avropada aktiv müzakirələrə start verilib. Xüsusən də “Transadriatik” boru kəmərinin (TAP) ötürücülük qabiliyyətinin yüksəldilməsi indi əsas müzakirə predmetidir.

TAP-ın İcraçı direktoru Luka Skyeppati bunlar fonunda qeyd edir ki, kəmərin tutumunun ikiqat artırılması ilə bağlı bazar testlərinin son nəticələri oktyabr ayında məlum olacaq. Onun sözlərinə görə, iyul ayında TAP-ın nəqletmə potensialının artırılması ilə bağlı bazar testləri həyata keçirildikdən sonra təkliflər dəyərləndiriləcək və bununla da oktyabr ayında kəmərin tutumunun artırılması və ya sabit saxlanılması ilə bağlı nəticə əldə ediləcək. Əslində, TAP elə layihələnib ki, onun ötürmə gücünü gələcəkdə iki dəfə artırmaq mümkündür. Strateji infrastruktur olan bu layihənin nəqletmə potensialının genişləndirilməsi ilə bağlı təklifləri dəyərləndirmək və qəbul etmək məqsədilə TAP hər iki ildən bir bazar testləri aparacaq. Bu bazar testləri Yunanıstan, Albaniya və İtaliyanın Milli Tənzimləmə Təşkilatları tərəfindən təsdiq edilən qaydalara uyğun şəkildə həyata keçiriləcək. Bununla da maraqlı tərəflər nəql ediləcək mövcud həcmin artırılması ilə bağlı təklif verə biləcəklər. Xatırladaq ki, TAP ümumi layihə dəyəri 40 milyard dollar olan “Cənub qaz dəhlizi”nin tərkib hissəsidir. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək. Boru kəməri vasitəsilə Bolqarıstanın qaz tələbatının 30 faiz, Yunanistan qaz tələbatının 20 faiz və İtaliyanın qaz tələbatının təxminən 10 faizi təmin ediləcək. Amma gələcəkdə həm TAP vasitəsilə qaz alan ölkələrin sayının artması, həm də kəmərə daha çox mavi yanacaq vurulması nəzərdə tutulur. Bunun üçün Azərbaycandan başqa yeni mənbələr hesabına da qazın kəmərə vurulması gündəmdədir. SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bu xüsusda bildirib ki, “Cənub qaz dəhlizi”nin növbəti mərhələsində Qərbi Balkanlarda əlavə bazarlara çatmağı ümid edirik: “Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışını edəcəyik. İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbrsizliklə gözləyirik".

“BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Şer də kəmərin digər mənbələrdən Avropaya qaz nəqlinə imkan yaratdığını qeyd edir. O bildirib ki, “Cənub qaz dəhlizi” çox böyük, mürəkkəb və cəsarətli bir layihədir: “Vaxtında və büdcə çərçivəsində tamamlanacağını düşünmək çox diqqətəlayiqdir. Layihənin bu qədər uğurlu olmasının beş səbəbi var: enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş, özəl və dövlət sektorları arasında sıx koordinasiya, yüksək səviyyəli texniki təcrübə, aydın öhdəlik və hədəflər, həmçinin ölkələr arasında tərəfdaşlıq. Bunlar fonunda Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinin bu kəmərlə Avropaya nəqli mümkündür”. Beləliklə, Azərbaycanın böyük paya sahib olduğu “Cənub qaz dəhlizi” vasitəsilə Şərqi Aralıq dənizindən hasil edilən qaz da Avropaya çatdırılacaq. Bundan başqa türkmən qazının da tezliklə bu kəmərlə Avropaya nəqli gözlənilir. Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri Oktay Tanrısevər də bunu mümkün və vacib sayır. O, xüsusən Bakı və Aşqabad arasında son anlaşmanın prosesə müsbət təsir göstərəcəyini vurğulayır: "Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki “Dostluq” neft-qaz yatağının birgə işlədilməsi üçün əldə edilən Anlaşma Memorandumunun istər iki ölkə, istərsə də türk dünyasına müsbət təsirləri olacaq". Onun sözlərinə görə, əvvəla, bu müqavilə ilə Azərbaycan və Türkmənistan qardaş millət olaraq, uzun müddətdir davam edən bu problemi çox yaxşı şəkildə paylaşmaq yolu ilə həll edərək aralarındakı əməkdaşlığı məhdudlaşdıran problemdən xilas oldu. Ekspert bildirib ki, bununla hər iki ölkənin gəlirləri artacaq: “Hər iki ölkə Azərbaycan, Gürcüstan və Türkiyə boru xətləri ilə Avropaya daha çox enerji sata biləcək”. O qeyd edib ki, həmçinin, Türkmənistan yeni ixrac bazarlarına çıxış əldə edəcək və Azərbaycan və Türkiyənin Avropa enerji siyasətlərində önəmi və təsiri artacaq: “İstər bu ölkələrin, istərsə də türk dünyasının iqtisadi gücü artacağından, bu daha çox vəsait və iqtisadi güc deməkdir”. O.Tanrısevər vurğulayıb ki, nümunəvi anlaşma ilə problemlərin diplomatiya və paylaşmaqla həll edilməsinə digər türkdilli dövlətlər də öyrənçəlidir və daha yaxın əməkdaşlıq qura biləcəklər.

Xatırladaq ki, ötən həftə Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. 

Ramil QULIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ