çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycan və Türkmənistan mübahisəli “Transxəzər”ə alternativ tapdı

Image


Aparılan hesablamalar göstərir ki, 2021-ci ildə qlobal təbii qaz tələbatı əhəmiyyətli dərəcədə artacaq. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, cari ildə qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Xüsusilə 2020-ci ilin dekabr ayından etibarən soyuq hava şəraitinin təsiri ilə təbii qaza olan tələbat artmağa başlayıb. İlin əvvəlində Asiya və Avropada havaların soyuq keçməsi və azalan qaz ehtiyatları səbəbindən təbii qaz qiymətləri yüksəlib. Belə ki, Asiya bazarında maye qaz (LNG) qiymətləri 2011-ci ildə baş verən Fukuşima nüvə qəzasından sonra ən yüksək səviyyəyə çatıb: “Buna baxmayaraq, qlobal qaz bazarındakı qeyri-müəyyənliklərin tələbata təsir göstərməkdə davam edəcəyi gözlənilir. Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Gözlənilən tələbat artımı 2009-cu il maliyyə böhranından sonra 2010-cu ildə yaşanan 7,5 faizlik artımdan xeyli aşağıdadır. Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır”. Bütün bunlar qaz ixracatçısı kimi Azərbaycana da təsir edəcək.

Bu fonda xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının üçüncü fazasının reallaşdırılması Azərbaycanın artıq dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır. Qaz hasilatının ildə-ilə artması ölkəyə həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir.

Ölkənin qaz ehtiyatları isə tək “Şahdəniz” yatağı ilə məhdudlaşmır. Son illərdə aşkar olunmuş “Abşeron” və “Ümid” yataqları və Xəzərdə yerləşən digər perspektiv strukturlar gələcəkdə respublikada qaz hasilatının kəskin artacağı haqda danışmağa imkan verir. Bu ifadələr və proqnozlar əsassız deyil və konkret rəqəmlərlə təsdiqlənir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları 2,2 trliyon kubmetr həcmində qiymətləndirilir. Azərbaycan qazı bunlar fonunda Avropaya “Cənub Qaz Dəhlizi” çərçivəsində çatdırılır. Azərbaycanda yeni yataqların açılması və böyük potensiala malik olan bir sıra perspektiv strukturları mövcudluğu ölkədə qaz hasilatının artırılması üçün şərait yaradır. Bundan başqa, bir sıra ölkələr Azərbaycan vasitəsilə qazını dünya bazarlarına çıxarmağı düşünür. Bura ilk növbədə Türkmənistan aiddir. Xatırladaq ki, bu günlərdə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu  imzalanıb. Ekspertlər hesab edir ki, Azərbaycan və Türkmənistan arasında "Dostluq" yatağı ilə bağlı əldə olunmuş razılaşma bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün də çox ciddi təkan olacaq. Belə ki, həm Azərbaycan, həm də Türkmənistan kifayət qədər güclü iqtisadi resurslara malik dövlətlərdir. "Dostluq" yatağının birgə istismarı həm Azərbaycan, həm də Türkmənistan iqtisadiyyatına böyük töhfələr verəcək. Azərbaycanın enerji yataqlarının kəşf olunması və istismarı sahəsində çox böyük təcrübəsi var. Bu razılaşma nəticəsində Türkmənistan Azərbaycanın təcrübəsindən, eləcə də Azərbaycan vasitəsilə xarici investorların cəlb olunması, yeni yataqların işlənməsi üçün müasir texnologiyaların tətbiq imkanlarından yararlanacaq. Gələcəkdə iki ölkə yeni yataqların kəşf olunması və birlikdə istismarı istiqamətində böyük işlər görəcək. Türkmənistan bunlar fonunda Azərbaycanın qurucusu olduğu TANAP və TAP layihələrinə qoşulacaq və öz iqtisadiyyatını daha da gücləndirmiş olacaq. Bunun üçün “Transxəzər” kəmərinin çəkilişi gündəmdədir. Amma bu kəmər olmadan da Azərbaycan türkmən qazını tranzit ölkə kimi Avropaya ötürə bilər. Rusiyalı politoloq Vladislav Kondratyev də bunu mümkün sayır. O, istənilən birgə layihənin ölkələri bir-birinə daha da yaxınlaşdırdığını diqqətə çatdırır. Odur ki, ekspert Azərbaycanla Türkmənistan arasında, o cümlədən hasil olunan karbohidrogenlərin nəqli məsələsində də qarşılıqlı anlaşmanın daha çox olacağını bildirib. “Transxəzər” boru kəmərinə gəldikdə isə, ekspertin fikrincə, burada irəliyə doğru addım atılacağını gözləmək olar: “Ancaq həm Azərbaycanın, həm də Türkmənistanın Xəzər dənizinin dibindən çıxarılan karbohidrogenin nəqli üçün bir çox magistral xəttinin olduğunu nəzərə almalıyıq. Qərb ekspert dairələri Azərbaycan və Türkmənistanın Xəzərin dibi boyunca kiçik birləşdirici boru kəmərləri çəkə biləcəyi fikrində idi. Bu, əlbəttə ki, “Transxəzər” boru kəməri olmasa da, ancaq yenə də ölkələri bir-birinə bağlayacaq magistraldır. Ola bilsin ki, gücü daha az olacaq, lakin dövlətlər öz mövcud neft-qaz infrastrukturlarını birləşdirə biləcəklər”.

Ekspertin sözlərinə görə, burada əsas məsələ ekologiyadır: “Ancaq heç kim boru kəmərinin tikintisinə şiddətlə qarşı çıxmayacaq. Çətin günlər artıq geridə qaldı. Mən SSRİ-nin dağılmasından sonrakı ilk onilliyi nəzərdə tuturam. Gərginlik artmayacaq, müəyyən uzun bir proseduru gözləmək lazım gələcək”.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ