çərşənbə günü, 14 oktyabr 2026
     

Dünya iqtisadiyyatı koronavirus çətinliklərini aşmağa çalışır, Azərbaycan yenə üstün mövqedə...

Image


Dünya iqtisadiyyatı davam edən koronavirus pandemiyası səbəbindən hələ də ciddi çətinliklər yaşayır. Xüsusilə Qərb ölkələrinin bu durumda daha ciddi problemlərlə üzləşdiyi müşahidə edilir. Məsələn, bu il avrozonadakı 19 ölkənin məcmu büdcə kəsiri əvvəlki ilə nisbətən 10 dəfə artaraq 976 milyard avro, yaxud ÜDM-nin 8,9 faizi qədər təşkil edəcək. Buna səbəb koronavirus pandemiyası ilə bağlı həyata keçirilən təcili tədbirlərdir.

Avropa Mərkəzi Bankının məlumatına görə, bundan əvvəlki bənzər hal 2010-cu ildə avrozonanın büdcə kəsiri ÜDM-nin 6,6 faizinə çatarkən baş vermişdi. “Uni Credit” şirkətinin eksperti Marko Vallinin sözlərinə görə, iqtisadiyyatı dəstəkləmək, uzunmüddətli ziyanı yumşaltmaq üçün hökumətlərin zəruri məsrəflər çəkməkdən savayı çarəsi qalmayıb. Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasındakı iqtisadiyyat komissarı Paolo Centilioni pandemiyanın səbəb olduğu resessiyanın avrozonaya təhlükə yaratdığını, hazırkı tənəzzül nəticəsində avrozona ölkələri arasındakı iqtisadi inkişaf fərqlərinin daha da artdığını bildirmişdi. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da da vəziyyət yaxşı deyil. 2020-ci maliyyə ilində ABŞ-ın büdcə kəsiri hökumətin fevral ayında ölkəni tənəzzülə uğradan koronavirusla mübarizə aparması səbəbindən rekord həddə - 3,1 trilyon dollara yüksəlib. Pandemiya və ABŞ iqtisadiyyatının dəstəklənməsi üzrə səylər, eləcə də müəssisələrin bağlanması və işdən çıxarılmalar fonunda büdcə gəlirlərinin azalması nəticəsində dövlət xərclərinin artması büdcə kəsirini artırıb. ÜDM-ə nisbətən faiz göstəricisində kəsir 2020-ci maliyyə ilində 16,1%-ə yüksəlib. Bu da ABŞ hökumətinin İkinci Dünya müharibəsini sona çatdırmaq üçün kütləvi hərbi əməliyyatları maliyyələşdirdiyi vaxtdan,  1945-ci ildən bəri ən yüksək səviyyə deməkdir. Federal hökumətin büdcəsinə daxilolmalar öncəki ilə nisbətən 1% azalaraq 3,4 trilyon dollar təşkil edib, azalma əsasən koronavirusun bütün ölkəyə yayılmağa başladığı mart ayından bəri daha qabarıq görünür. Hökumətin xərcləri dövlətin kiçik müəssisələrə verdiyi kreditlər, işsizlik müavinətlərinin artırılması və ABŞ ailələrinə stimullaşdırıcı ödənişlər fonunda 47% artaraq rekord həddə, 6,5 trilyon dollara çatıb. Dövlət borcu 2020-ci maliyyə ilinin əvvəlindəki 16,8 trilyon dollardan sentyabr ayının sonunda 21 trilyon dollara yüksələrək 25% artıb. Büdcə məsuliyyəti komitəsinin məlumatlarına görə, dövlət borcu ÜDM-in 102 faizinə çatıb və 70 ildən çox müddətdə ilk dəfə bir tam maliyyə ilində iqtisadiyyatın həcmini üstələyib.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva isə qeyd edir ki, bütün dünyada durum pisləşir. Onun sözlərinə görə, koronavirus pandemiyasının doğurduğu böhran nəticəsində qarşıdakı 5 il ərzində dünyada istehsalat 28 trilyon dollar həcmində tənəzzülə uğrayacaq. Cari ildə dünya ÜDM-nin 4,4 faiz azalacağını da xatırladan təşkilat rəhbəri daha sonra qeyd edib ki, pandemiya başlayandan 9 ay sonra biz hələ də bir milyondan artıq insan həyatına başa gələn, iqtisadiyyatda da geriləmə yaradaraq az gəlirli ölkələrdə işsizliyin, yoxsulluğun kəskin artmasına, “itən nəsil”in ortaya çıxması ehtimalına səbəb olan bu böhranın zülmətində çabalayırıq: "Son aylar mənzərə bir qədər nikbin olsa da, Böyük Tənəzzül vaxtlarından bu yana ən böyük dünya resessiyası barədə proqnozumuzu qüvvədə saxlayırıq. Proqnozlara görə, 2021-ci ildə məcmu dövlət borcları ÜDM-in 100 faizi kimi görünməmiş həddə çatacaq. Bu, qismən böhrana qarşı tədbirlərlə, dirçəlməyi təmin etməyən ölkələrin çəkməli olduğu məsrəflərlə bağlıdır. Bu problemin orta perspektivdə həll edilib-edilməyəcəyi mühüm əhəmiyyət daşıyır. Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart da bədbin fikirlər səsləndirir: “Koronavirus pandemiyası qlobal tənəzzülə səbəb oldu və indi də maliyyə böhranına səbəb ola bilər”. Onun fikrincə, vəziyyət tədricən əhəmiyyətli maliyyə nəticələri ilə genişmiqyaslı iqtisadi böhrana çevrilib: “Bir çox ölkələrin tətbiq etdiyi iqtisadiyyata kütləvi miqdarda vəsait axıdılması ən dayanıqlı yol deyil. Bu səbəbdən dövlətlər borc böhranları ilə qarşılaşa bilərlər. Qarşıda uzun yol var”.

Dünya dövlətləri ilə müqayisədə Azərbaycanda iqtisadi durum daha yaxşıdır. Məsələn, bu il büdcə kəsiri heç 400 milyin dollara da çatmır. Xarici borc isə ÜDM-nin 20%-i civarındadır. Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır. Azərbaycan xarici borcu artıq daxili borcla əvəzləyir. Bu da Azərbaycana mühüm üstünlüklər qazandırır. Belə ki, daxili borc manatla götürülür və onun qaytarılması daha asandır. Hazırda dövlət borcunun ümumi daxili məhsula nisbəti 24,5%-dir və bu da ən aşağı göstəricilərdəndir. Dövlət borcu strategiyasında 2025-ci ildə dövlət borcunun ümumi daxili məhsula nisbətinin 12%-ə endirilməsi nəzərdə tutulur. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin əsas üstünlüyüdür. Belə ki, ölkə 52 milyard dollar həcmində valyuta ehtiyatlarına sahibdir. Halbuki, xarici borcun miqdarı cəmi 8,7 milyard dollardır. Bu da o deməkdir ki, dünya iqtisadiyyatında baş verənlər Azərbaycana ciddi təsir etməyəcək.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ