Türkiyə prezidenti Ərdoğan İsrail ilə mümkün müharibə ilə bağlı suala cavab verib. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.
"Söhbət müharibədən deyil, sülhdən gedir. Amma kimsə sülh üçün deyil, müharibə naminə Türkiyəyə hücum etməyi planlaşdırırsa, Türkiyə bundan çəkinməyəcək. Mən bunu tam məsuliyyətlə deyirəm", - deyə o qeyd edib.
Tahir TAĞIYEV