İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın İrana qarşı hücumlarına münasibət bildirib. Qalibaf ABŞ-ın İsraillə birlikdə 28 fevralda başlayan hücumlarında Vyetnam müharibəsi zamanı istifadə ediləndən daha çox sursat istifadə etdiyini iddia edib.
"Bu gün şahidi olduğumuz şey iradə döyüşüdür. Gördünüz ki, düşmən İranda Vyetnam müharibəsi dövründəkindən daha çox atəş gücündən istifadə edir. Lakin xalqımız möhkəm dayandı və heç nəyə nail olunmadı" – deyə Qalibaf bildirib.
O, bildirib ki, İran müharibə, sülh və müharibənin yorucu təsir dövrəsinə girməmək üçün müəyyən səviyyədə çəkindirmə tədbirlərinə nail olmalıdır: “Ölkəmiz sabitliyə doğru irəliləməlidir".
ABŞ ordusu Vyetnam müharibəsi (1955-1975) zamanı təkcə Vyetnama və qonşu ölkələrə qarşı 7 - 7,5 milyon ton arasında sursat və bomba istifadə edib.
Qalibafın açıqlamasından bölə aydın olur ki, ABŞ ordusu 28 fevralda İranla müharibənin başlamasından bəri 7,5 milyon tondan çox sursat və bomba istifadə edib.
Amerika Birləşmiş Ştatları 1955-ci ildə başlayan Vyetnam müharibəsində kommunist Şimali Vyetnama qarşı Cənubi Vyetnamı dəstəkləyib və 1965-ci ildə münaqişəyə birbaşa müdaxilə edib. Vaşinqton administrasiyası son döyüş qoşunlarını 1973-cü ildə Vyetnamdan çıxarıb.
Tahir TAĞIYEV