Fatih Terim koronavirusa yoluxduğunu açıqladı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub. Baki-xeber.com xəbər verir ki, bu barədə məşqçi özü media hesabında yazıb.
66 yaşlı məşqçi, testlərin müsbət nəticə verdiyini və koronavirus xəstəliyinə yoluxduğunu söyləyib: "Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".