çərşənbə günü, 21 oktyabr 2026
     

İtaliya Senatında Azərbaycanla əməkdaşlıq mövzusunda konfrans keçirildi - FOTO

Image


Gələn il ATƏT-in sədri kimi İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün çalışacaq. Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya Parlamentində Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının birgə təşkilatçılığı ilə İtaliya Senatının "Palazzo Giustiniani" sarayında "Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol" konfransda çıxışında deyib.

Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə il ərzində təşkil olunmuş silsilə tədbirlərdən biri olan və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edən bu konfransda İtaliya parlamentinin, hökumətinin üzvləri, elmi-akademik dairələrin, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İtaliya Senatının vitse-prezidenti Linda Lançilotta açaraq iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıqdan məmnunluğunu bildirib, əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahəsində inkişafı dinamikası, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları, habelə parlamentlərarası təmasların Azərbaycan-İtaliya münasibətlərinə verdiyi töhfələrdən danışıb.

İtaliya Parlamentində Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının sədri senator Sercio Divina iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsinə nail olunmasında parlamentlərarası əməkdaşlığın, xüsusilə də rəhbərlik etdiyi assosiasiyanın verdiyi töhfələrdən söz açıb, eləcə də Azərbaycanın geostrateji önəmi, xüsusilə də İtaliya üçün əhəmiyyəti, ölkəmizdə müxtəlif sahələrdə əldə olunan uğurlardan bəhs edib.

Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri millət vəkili Azər Kərimli çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin tarixindən, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqdan, qarşılıqlı səfərlərdən, Heydər Əliyev Fondunun əlaqələrin inkişafına verdiyi töhfələrdən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, habelə ölkəmizin müstəqlillik dövründə əldə etdiyi nailiyyətlər, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb.

Tədbirə Bakıdan video-konfransla qoşulan İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında strateji tərəfdaşlığın önəmini vurğulayıb, Azərbaycanın İtaliya üçün əhəmiyyəti, əlaqələrin daha da dərinləşdirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycanla İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə aparan yol, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı qəbul olunmuş strateji tərəfdaşlıq haqqında birgə bəyanat, geniş iqtisadi gündəlik, mədəniyyət, elm, təhsil sahələrində önəmli mübadilələr, bu xüsusda Heydər Əliyev Fondunun töhfələri, əlaqələrin perspektivləri, Trans Adriatik Boru Kəməri (TAP), gələn il İtaliyanın ATƏT-ə sədrliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrlə bağlı gözləntilərimiz, Azərbaycan-İtaliya əlaqələrinin 25 illiyinin qeyd edilməsi çərçivəsində təşkil olunmuş tədbirlər barədə danışıb.

Bundan sonra konfrans iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərə dair panellərlə davam etdirilib.

Siyasi paneldə ilk olaraq çıxış edən İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova iki ölkə arasında bütün sahələrdə təşəkkül tapmış yüksək səviyyəli əlaqələr, İtaliya-Azərbaycan strateji tərəfdaşlığı, əlaqələrin daha da dərinləşməsi üçün İtaliya hökumətinin göstərdiyi səylər, TAP-ın İtaliya üçün strateji əhəmiyyəti, onun nəzərdə tutulan qrafik üzrə realizasiyası üçün hökumətin atdığı addımlar, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşməsinin İtaliya tərəfindən tam dəstəklənməsi barədə danışıb, habelə gələn il ATƏT-in sədri kimi İtaliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün çalışacağını bildirib.

İtaliya Senatının Avropa İttifaqı Siyasəti daimi Komissiyasının sədri Vanino Kiti də öz çıxışında Azərbaycan-Avropa Birliyi əlaqələri və bu əlaqələrin genişlənməsinə İtaliyanın verə biləcəyi töhfələrə toxunub, ötən il rəhbərlik etdiyi komissiyanın üzvləri ilə birgə Azərbaycana etdiyi səfər və səfər vaxtı keçirdiyi görüşlər, ölkəmizlə bağlı müsbət təəssüratları barədə danışıb.

Ardınca çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, ölkəmizin beynəlxalq münasibətlərdə artan nüfuzu, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda yürütdüyü müstəqil xarici siyasəti, siyasi, iqtisadi, sosial və digər sahələrdə ölkəmizin əldə etdiyi uğurları barədə danışıb. O, Azərbaycanın radikalizm, ekstremizm, terrorizm və qanunsuz miqrasiyaya qarşı mübarizənin ön xəttində yerləşdiyini və regionun sabitlik və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini diqqətə çatdırıb.

İqtisadi sahədə əlaqələrlə bağlı paneldə ilk olaraq çıxış edən SOCAR şirkətinin vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov əsas etibarilə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi, bu layihənin İtaliya üçün əhəmiyyəti, habelə Azərbaycanın neft-qaz, neft-kimya sahələrində İtaliya şirkətlərinin fəaliyyəti mövzularına toxunub.

Ardınca çıxış edən SNAM şirkətinin baş icraçı direktoru Marko Alvera TAP layihəsinin realizasiyası çərçivəsində görülən işlər, bu layihənin İtaliya və Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfələr, SNAM ilə SOCAR arasında strateji tərəfdaşlıq mövzularına toxunub.

Mədəniyyət sahəsində əlaqələrlə bağlı paneldə çıxış edən İtaliyanın Mədəniyyət Nazirinin müavini Antimo Çezaro Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu xüsusda Heydər Əliyev Fondunun verdiyi töhfələr, Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün bu il Azərbaycana səfəri və səfərlə bağlı xoş təəssüratları barədə danışıb.

Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının üzvü senator Maria Rizzotti Azərbaycanın zəngin mədəniyyəti, müsəlman aləmində ilk dəfə olaraq məhz Azərbaycanda Avropa mədəniyyəti irsinin formalaşması, ölkəmizdə qadınların önəmli rolu, ölkəmizin multikultural ənənələri barədə danışıb.

Ardınca çıxış edən senator, sabiq təhsil naziri Stefania Ciannini ötən il İtaliyanın təhsil naziri qismində ölkəmizə həyata keçirdiyi səfər, səfər vaxtı Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasəti ilə tanış olması, iki ölkə arasında təhsil, elmi-tədqiqat sahələrində əməkdaşlıq və onun daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Sonra çıxış edən İtaliya Daxili İşlər Nazirliyinin İtaliya İslam Şurasının müşaviri, İtaliya İslam Dini Şurasının (CO.RE.İS.) sədr müavini, İSESKO-nun Qərbdə Təhsil və Mədəniyyət Şurasının sədri Yəhya Pallaviçini Azərbaycanın multikulturalizm modeli və bu modelin dünya üçün nümunə olduğundan danışıb, ölkəmizin dünyada dinlər və mədəniyyətlararası dialoqun təşviqindəki önəmli rolundan, bu xüsusda ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdən bəhs edib.

Tədbirdə son olaraq danışan İtaliya Senatının Maliyyə və Xəzinə daimi Komissiyasının sədri, Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının sədr-müavini Mauro Marino konfransın yekunları ilə bağlı fikirlərini bölüşərək, iki ölkə arasında əməkdaşlıqda əldə edilmiş nailiyyətərin davamlılığının təmin edilməsi üçün müxtəlif sahələrdə mövcud böyük potensialdan faydalanmağın vacibliyini, o cümlədən İtaliya üçün prioritet əhəmiyyət kəsb edən TAP layihəsinin realizasiyasının önəmini qeyd edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 19:49
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ