Prezident İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-xeber.com bu barədə prezident.az saytına istinadən xəbər verir. Xəbərdə deyilir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlət başçısına çatdırıb. Söhbət zamanı Azərbaycanla Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş edib.