Ermənistanın İcevanla həmsərhəd Tavuş rayonunda Ermənistan silahlı Qüvvələrinin müqavilə üzrə hərbçisi yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Panorama.am” saytına Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib. Onun sözlərinə görə, hərbçinin vəziyyəti ağır olduğundan onu təcili İrəvana aparıblar.
Xatırladaq ki, atəşkəs rejiminin olmasına baxmayaraq, erməni tərəfi özünün haqsız davasına don geyindirmək üçün hər gün Azərbaycanın dinc əhalisinə atəş açaraq, provokasiyaya çəkməklə dünyaya aqressor qismində təqdim etməyə çalışır. Amma bir nüansı nəzərdən qaçırır: öz torpağıda necə aqressor olmaq olar?