Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycanda son bir ildə həbsdən azad edilmiş şəxslərin sayı 28% artıb

Image


İyulun 27-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub.

Nazirliyin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, tədbirdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunmasını vurğulayıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətləri qeyd edib.

Bildirilib ki, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində vətəndaş haqlarının, o cümlədən azadlıq hüququnun qorunması, cəzaların icrası işinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə islahatların yeni mərhələdə aparılmasına əlavə təkan verən dövlət başçısının qeyd olunan proqram xarakterli Sərəncamının icrası üzrə bir çox tədbirlər görülüb

Belə ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının məhdudlaşdırılması və həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub. Probasiya xidmətinin işinin təşkili və elektron nəzarət vasitələrinin istifadəsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib, "elektron qolbaq"ın nümunələri pilot qaydada sınaqdan keçirilib və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşdırılır.

Eyni zamanda penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb.

İctimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd olunub ki, sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalmış, həbsdən azad edilmiş insanların sayı isə 28 % artmışdır. Bundan başqa müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalmışdır.

Kollegiyada Sərəncamın icrası üzrə görülmüş işlərə dair geniş prezentasiya nümayiş etdirilib, bu mühüm sənəddə nəzərdə tutulan bütün tədbirlərin dürüst, mütəşəkkil və müəyyən edilmiş müddətdə həyata keçirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

İclasda həmçinin 2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.

Bildirilib ki, nazirlik tərəfindən əvvəlki dövrlə müqayisədə 22% çox – 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68 % artaraq 365 minə çatmışdır.

Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 26.800-ə yaxın vətəndaş müraciətinə baxılıb, 7 mindən artıq vətəndaş nazirlikdə, habelə bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanları tərəfindən 1.89 milyondan çox notariat hərəkəti, habelə 156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, vətəndaşlara əlverişli şərait yaradılaraq doğumun səyyar qaydada bilavasitə doğum evlərində aparılması geniş təşviq olunub. Aparılan notariat əməliyyatları nəticəsində 42 milyon manatadək dövlət rüsumu, haqq və vergi ödətdirilib.

Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi cari ildə də icra sənədlərinin sayı çoxalıb və 2016-cı ilin I yarımili ilə müqayisədə xeyli – 43% artaraq 694 mini ötüb, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin artıq 50,4 %-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

Bildirilib ki, cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib, qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.

Dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb, cari ildə 306 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 248 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır.

Ədliyyə Akademiyasında 2.200 ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Yarımildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, İran, Gürcüstan, Ukrayna və İndoneziya ədliyyə nazirləri, eləcə də Belarus və Latviya Ədliyyə Nazirliklərinin yüksək nümayəndə heyətləri ölkəmizə, habelə nümayəndə heyətimiz Əlcəzairə səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub, müvafiq sənədlər imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 7.900-dək sorğunun icrası üzrə tədbirlər görülüb.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilərək ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə tərəfindən penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib, bu zaman 200-dən çox məhkuma hüquqi yardım göstərilib. Vaxtından əvvəl şərti azad edilməsi institutunun təşviqi ilə bağlı nazirlik üzrə Xüsusi Komissiya səmərəli fəaliyyətini davam etdirib və məhkəmələrə təqdim olunmuş 1.000-dən artıq məhkumun müraciəti müsbət həllini tapıb.

Kollegiyada, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərə toxunulub, ötən ayda ölkə Prezidentinin iştirakı ilə Bakı şəhəri Nərimanov, habelə mart ayında İmişli rayon məhkəmələrinin yeni müasir binalarının istifadəyə verildiyi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə tədbirlər qeyd olunub.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud problemlər və çatışmazlıqlar müzakirə olunub, ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı tələbləri diqqətə çatdırılaraq konkret tapşırıqlar verilib.

Eyni zamanda işin səmərəliliyinin artırılması, əmək və icra intizamının gücləndirilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, icra işinin müasirləşdirilməsi və bununla bağlı “Elektron icra”nın tam tətbiqi və digər qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Kollegiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlət başçısının Sərəncamının icrası üzrə tədbirlər müzakirə olunub, bu tarixi hadisənin və həmin ərəfədə qeyd olunacaq Azərbaycan ədliyyəsinin bir əsrlik yubileyi ilə əlaqədar konkret tapşırıqlar verilib, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ