şənbə günü, 09 may 2026
     

Döv­lə­ti­mi­zin baş­çı­sı jur­na­list­lə­rin ya­xın dos­tu və bö­yük hi­ma­yə­da­rı ol­du­ğu­nu növ­bə­ti də­fə təs­diq­lə­di - MÜSAHİBƏ

Image


Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ic­ra­çı di­rek­to­ru Vü­qar Sə­fər­li­nin mü­sa­hi­bə­si

- Vü­qar mü­əl­lim, Azər­bay­can mil­li mət­bua­tı­nın ya­ran­ma­sı­nın 142-ci il­dö­nü­mü ta­mam olur. Müx­tə­lif ta­ri­xi in­ki­şaf mər­hə­lə­lə­rin­dən keç­miş mət­bua­tı­mı­zın möv­cud mən­zə­rə­si ilə bağ­lı qə­naə­ti­niz ma­raq­lı olar­dı...

- Ya­ran­ma­sı­nın 142-ci il­dö­nü­mü ta­mam olan Azər­bay­can mil­li mət­bua­tı çə­tin, la­kin ey­ni za­man­da şə­rəf­li və qü­rur­lu yol qət edib. Mil­li mət­bua­tı­mız cə­miy­yə­tin in­ki­şaf xü­su­siy­yət­lə­ri­nə uy­ğun mü­rək­kəb tə­ka­mül yo­lu ke­çə­rək ha­zır­kı sə­viy­yə­yə yük­sə­lib. Fik­rim­cə, ən ümu­mi şə­kil­də mil­li mət­bua­tın in­ki­şaf ta­ri­xi­ni 4 əsas mər­hə­lə­yə böl­mək olar: bi­rin­ci­si, əsa­sı 1875-ci ilin 22 iyu­lun­da qo­yul­muş "Əkin­çi" qə­ze­tin­dən Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin ya­ran­ma­sı­na qə­dər olan dövr; ikin­ci­si, Cum­hu­riy­yət döv­rü; üçün­cü­sü, so­vet döv­rü; dör­dün­cü­sü, müs­tə­qil­lik döv­rü. Əl­bət­tə, bu mər­hə­lə­lə­rin hər bi­ri­nin mət­bua­tı­mı­zın in­ki­şa­fın­da özü­nə­məx­sus ye­ri və ro­lu var. La­kin əmin­lik­lə de­yə bi­lə­rik ki, mil­li mət­bua­tı­mı­zın ən di­na­mik in­ki­şa­fı və cə­miy­yə­tin re­al tri­bu­na­sı­na çev­ril­mə­si məhz so­nun­cu mər­hə­lə­yə - yə­ni müs­tə­qil­lik il­lə­ri­nə tə­sa­düf edir.

Eti­raf et­mə­li­yik ki, müs­tə­qil­li­yin ilk il­lə­rin­də mü­əy­yən ob­yek­tiv və sub­yek­tiv sə­bəb­lər üzün­dən öl­kə­nin ye­ni for­ma­la­şan mət­bu­at or­qan­la­rı cid­di məh­ru­miy­yət­lər­lə, çə­tin­lik­lər­lə üz­ləş­miş­di­lər. Hə­min dövr­də öl­kə­də hökm sü­rən gər­gin ic­ti­mai-si­ya­si və­ziy­yət, Er­mə­nis­ta­nın hər­bi tə­ca­vü­zü­nün do­ğur­du­ğu ağır so­si­al-iq­ti­sa­di və psi­xo­lo­ji du­rum, iq­ti­sa­di tə­nəz­zül fi­kir, söz, mə­lu­mat azad­lıq­la­rı­nın tə­mi­na­tı­na cid­di ma­neə­lər ya­ra­dır­dı. Möv­cud­lu­ğu­nu qo­ru­yub sax­la­ma­ğa ça­lı­şan o za­man­kı iq­ti­dar çı­xış yo­lu­nu ye­ni tə­şək­kül tap­maq­da olan müs­tə­qil mət­bua­ta təz­yiq­lə­ri güc­lən­dir­mək­də gö­rür­dü. 1992-ci il­də hər­bi sen­zu­ra­nın tət­bi­qi adı al­tın­da mət­bu­at üzə­rin­də nə­za­rət da­ha da güc­lən­di­ril­miş­di.

Ulu ön­dər Hey­dər Əli­ye­vin 1993-cü ilin iyu­nun­da xal­qın is­tə­yi ilə ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra­kı dövr­də Azər­bay­can mət­bua­tı­nın in­ki­şa­fın­da key­fiy­yət­cə ye­ni mər­hə­lə baş­lan­dı. Hə­min dövr­dən res­pub­li­ka­da mət­bu­at or­qan­la­rı­nın azad fəa­liy­yə­ti və in­ki­şa­fı yo­lun­da sü­ni ma­neə­lə­rin ara­dan qal­dı­rıl­ma­sı, qa­nun­ve­ri­ci­lik ba­za­sı­nın tək­mil­ləş­di­ril­mə­si, qə­zet­lə­rin mad­di-tex­ni­ki təc­hi­za­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı sa­hə­sin­də ar­dı­cıl təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə baş­la­nıl­dı.

- Müs­tə­qil­lik il­lə­rin­də mət­bua­tın ic­ti­mai nə­za­rət ins­ti­tu­tu ola­raq ye­ni de­mok­ra­tik cə­miy­yət qu­ru­cu­lu­ğu pro­se­sin­də ro­lu da­ha da güc­lə­nib. Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin rəh­bər­li­yi ilə bu sa­hə­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­rın prak­tik əhə­miy­yə­ti­ni ne­cə də­yər­lən­di­rir­si­niz?

Mət­bua­tın yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si ənə­nə­si­ni ümum­mil­li li­der ya­rat­dı

- Ulu ön­dər Hey­dər Əli­yev de­mok­ra­tik də­yər­lə­ri, in­san hü­quq və azad­lıq­la­rı­nı, so­si­al əda­lət prin­si­pi­ni uca tu­tan rəh­bər ki­mi küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin cə­miy­yət­də­ki ro­lu­na da­im bö­yük önəm ve­rir­di. Ümum­mil­li li­de­rin rəh­bər­li­yi ilə hü­qu­qi döv­lət və və­tən­daş cə­miy­yə­ti qu­ru­cu­lu­ğu­nu özü­nün prio­ri­tet in­ki­şaf mo­de­li ki­mi qə­bul edən Azər­bay­can 1993-cü il­dən fi­kir, söz və mə­lu­mat azad­lıq­la­rı­nın tə­min edil­mə­si ilə bağ­lı bir sı­ra bey­nəl­xalq kon­ven­si­ya­la­ra, sa­ziş­lə­rə qo­şul­du. 1995-ci il­də ümum­xalq re­fe­ren­du­mu ilə qə­bul edil­miş Azər­bay­can Res­pub­li­ka­sı­nın ilk mil­li Kons­ti­tu­si­ya­sı­nın 50-ci mad­də­sin­də hər kə­sin in­for­ma­si­ya əl­də et­mək hü­qu­qu tə­min edil­di.

Ulu ön­dər Hey­dər Əli­ye­vin mil­li jur­na­lis­ti­ka­mı­zın in­ki­şa­fı sa­hə­sin­də ən bö­yük, ta­ri­xi xid­mə­ti 1998-ci il­də KİV üzə­rin­də sen­zu­ra­nın ta­ma­mi­lə ləğ­vi­dir. Sen­zu­ra­nın möv­cud­lu­ğu şə­rai­tin­də me­dia­nın müs­tə­qil­li­yin­dən da­nış­maq, əl­bət­tə ki, müm­kün de­yil­di. Be­lə bir şə­ra­it­də ulu ön­dər Hey­dər Əli­ye­vin 1998-ci il 6 av­qust ta­rix­də im­za­la­dı­ğı "Azər­bay­can Res­pub­li­ka­sın­da söz, fi­kir və mət­bu­at azad­lı­ğı­nın tə­min edil­mə­si sa­hə­sin­də təd­bir­lər haq­qın­da" Fər­man küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı, on­la­rın cə­miy­yə­tin de­mok­ra­tik­ləş­mə­si­nə tə­sir edən qüd­rət­li va­si­tə­yə çev­ril­mə­si yo­lun­da mü­hüm ad­dım ol­du. Bu qə­tiy­yət­li ad­dım "Əkin­çi" qə­ze­ti ilə əsa­sı qo­yu­lan Azər­bay­can mil­li mət­bua­tı­nın ilk də­fə sen­zu­ra­dan ta­ma­mi­lə azad edil­mə­si, ye­ni müs­tə­qil me­dia­nın fəa­liy­yə­ti üçün ge­niş im­kan­la­rın açıl­ma­sı de­mək idi.

Hə­min dövr­də Azər­bay­ca­nın özü­nün iq­ti­sa­di im­kan­la­rı­nın nis­bə­tən zə­if ol­ma­sı­na bax­ma­ya­raq, ulu ön­dər Hey­dər Əli­yev ma­liy­yə və­ziy­yə­ti ağır olan qə­zet­lə­rə mad­di-tex­ni­ki dəs­tə­yin gös­tə­ril­mə­si tə­şəb­bü­sü ilə çı­xış edir­di. 90-cı il­lə­rin or­ta­la­rın­da qə­zet­lə­rə bir­də­fə­lik yar­dım­lar, sub­si­di­ya­lar ve­ri­lir­di. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2000-ci il 6 mart ta­rix­li Fər­ma­nı ilə təs­diq olu­nan "2000-2001-ci il­lər­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin mad­di-tex­ni­ki şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı üçün təd­bir­lər proq­ra­mı" jur­na­list kadr­la­rı ha­zır­la­yan təh­sil mü­əs­si­sə­lə­ri­nin mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si­ni, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin is­teh­sa­lı və ya­yı­mı ilə əla­qə­dar prob­lem­lə­rin həl­li məq­sə­di­lə Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı­nı önə çə­kir­di. Ey­ni za­man­da, proq­ram­da KİV sub­yekt­lə­ri tə­rə­fin­dən döv­lət mül­kiy­yə­tin­də olan qey­ri-ya­şa­yış sa­hə­lə­ri­nin ica­rə­si və te­le­fon ra­bi­tə­si üz­rə mü­əy­yən olun­muş ta­rif­lə­rin mi­ni­mum məb­ləğ­də ödə­nil­mə­si nə­zər­də tu­tul­muş­du.

Ümu­mi­lik­də, ulu ön­dər Hey­dər Əli­ye­vin qa­nun­ve­ri­ci­lik tə­şəb­bü­sü ilə qə­bul edil­miş 7 de­kabr 1999-cu il ta­rix­li "Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri haq­qın­da", 19 iyun 1998-ci il ta­rix­li "Mə­lu­mat azad­lı­ğı haq­qın­da", 10 iyun 1997-ci il ta­rix­li "Və­tən­daş­la­rın mü­ra­ci­ət­lə­ri­nə ba­xıl­ma­sı qay­da­sı haq­qın­da", 3 ap­rel 1998-ci il ta­rix­li "İn­for­ma­si­ya, in­for­ma­si­ya­laş­dır­ma və in­for­ma­si­ya­nın mü­ha­fi­zə­si haq­qın­da" və di­gər qa­nun­lar mət­bua­tın azad və müs­tə­qil fəa­liy­yə­ti­nin tə­min edil­mə­si sa­hə­sin­də yax­şı im­kan­lar aç­dı.

Mil­li Məc­li­sin 2001-ci il 13 mart ta­ri­xin­də "Göm­rük ta­ri­fi haq­qın­da" Qa­nu­na et­di­yi də­yi­şik­li­yə əsa­sən, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri məh­sul­la­rı­nın ix­ra­cı­na, ha­be­lə fəa­liy­yə­ti­nin təş­ki­li üçün id­xal et­dik­lə­ri ava­dan­lıq, zə­ru­ri xam­mal və di­gər va­si­tə­lə­rə gö­rə göm­rük rü­su­mun­dan, o cüm­lə­dən əla­və də­yər ver­gi­sin­dən azad edil­di­lər. Son­ra­kı mər­hə­lə­də ulu ön­də­rin hu­ma­nist ad­dım­la­rın­dan bi­ri də çox­lu say­da qə­ze­tin "Azər­bay­can" nəş­riy­ya­tı­na olan borc­la­rı­nın 2005-ci ilə­dək don­du­rul­ma­sı ol­du. Bu ad­dım, fak­ti­ki ola­raq, bir çox qə­zet­lə­ri ta­ma­mi­lə qa­pan­maq təh­lü­kə­sin­dən xi­las et­di.

2001-ci il­də Mət­bu­at və İn­for­ma­si­ya Na­zir­li­yi­nin ləğ­vi küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin tə­sis olun­ma­sı­nı və on­lar­dan is­ti­fa­də qay­da­la­rı­nı qat-qat asan­laş­dı­ra­raq bu sa­hə­də­ki ma­neə­lə­ri ta­ma­mi­lə ara­dan qal­dır­dı. Azər­bay­can­da mət­bu nəşr­lə­rin qey­diy­ya­tı ilə bağ­lı ica­zə sis­te­mi ara­dan qal­xıb və in­ki­şaf et­miş bir sı­ra Qərb öl­kə­lə­ri­nin mət­bua­ta da­ir qa­nun­ve­ri­ci­lik təc­rü­bə­si­nə əsas­la­nır. Qey­diy­yat sa­hə­sin­də ən­gəl­lə­rin ara­dan qalx­ma­sı söz azad­lı­ğı qar­şı­sın­da bar­yer­lə­rin əsas­lı şə­kil­də ara­dan qalx­ma­sı­nı tə­min et­di.

Öl­kə rəh­bər­li­yi de­mok­ra­tik in­ki­şa­fın qa­ran­tı qis­min­də çı­xış et­di­yi üçün, mət­bu­at­da özü­nü­tən­zim­lə­mə funk­si­ya­sı­nı hə­ya­ta ke­çi­rən Mət­bu­at Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı­nı mət­bu­at nü­ma­yən­də­lə­ri­nin öz öh­də­si­nə bu­rax­dı. 2003-cü ilin mar­tın­da öl­kə jur­na­list­lə­ri­nin bi­rin­ci qu­rul­ta­yın­da Mət­bu­at Şu­ra­sı tə­sis edil­di.

Xü­su­si vur­ğu­la­maq is­tər­dim ki, Azər­bay­can mət­bua­tı­nın yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si ki­mi mü­tə­rəq­qi ənə­nə­nin əsa­sı da məhz ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yu­lub. Hə­lə 2000-ci il­də ulu ön­də­rin mü­va­fiq sə­rən­ca­mı ilə Azər­bay­can mil­li mət­bua­tı­nın ya­ran­ma­sı­nın 125 il­lik yu­bi­le­yi tən­tə­nə­li şə­kil­də qeyd edil­miş­di. Ulu ön­dər hə­min təd­bir­də də­rin məz­mun­lu ge­niş nitq söy­lə­yə­rək mət­bua­tı­mı­zın qar­şı­sın­da du­ran və­zi­fə­lər­dən söz aç­mış­dı.

Ümum­mil­li li­der bü­tün bun­lar­la ya­na­şı, öl­kə mət­bua­tı­nın qü­sur­la­rı­nı, prob­lem­lə­ri­ni də hər za­man açıq şə­kil­də bil­di­rir, jur­na­list­lə­ri mil­li-mə­nə­vi, etik də­yər­lə­rə ria­yət et­mə­yə ça­ğı­rır­dı. Ulu ön­dər Hey­dər Əli­yev Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın 1999-cu və 2001-ci il­də ke­çi­ril­miş bi­rin­ci və ikin­ci qu­rul­tay­la­rın­da küt­lə­vi döv­lə­tin in­for­ma­si­ya va­si­tə­lə­ri­nin fəa­liy­yə­ti­nin da­ha da müs­tə­qil­ləş­mə­si, de­mok­ra­tik­ləş­mə­si is­ti­qa­mə­tin­də apar­dı­ğı si­ya­sə­tin hü­quq is­la­hat­la­rı­nın ay­rıl­maz his­sə­si ol­du­ğu­nu vur­ğu­la­mış, bu sa­hə­də qar­şı­da du­ran və­zi­fə­lər­dən söz aç­mış­dı.

- Son il­lər Azər­bay­can­da küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin fəa­liy­yə­ti­nin qlo­bal in­for­ma­si­ya əs­ri­nin tə­ləb­lə­ri­nə uy­ğun­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də atı­lan ad­dım­lar ba­rə­də nə de­mək is­tər­di­niz?

- Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin son 14 il­də di­na­mik in­ki­şaf yo­lu keç­mə­si ulu ön­də­rin mü­tə­rəq­qi ənə­nə­lə­ri­nin la­yiq­li da­vam­çı­sı - Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin mü­hüm xid­mət­lə­ri ilə bağ­lı­dır. Möh­tə­rəm Pre­zi­dent İl­ham Əli­yev res­pub­li­ka­da küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin sər­bəst fəa­liy­yə­ti­nin tə­min edil­mə­si­nə, jur­na­list­lə­rin öz ira­də­lə­ri­ni azad şə­kil­də ifa­də et­mə­lə­ri­nə yö­nəl­miş bü­tün mü­tə­rəq­qi tə­şəb­büs­lə­ri dəs­tək­lə­yir. Döv­lə­ti­mi­zin rəh­bə­ri mil­li mət­bua­tı­mı­zın qa­baq­cıl döv­lət­lə­rin mü­tə­rəq­qi ənə­nə­lə­ri­nə əsas­lan­maq­la və xal­qı­mı­zın ta­ri­xi-mil­li xü­su­siy­yət­lə­ri­ni qo­ru­maq­la in­ki­şaf et­di­ril­mə­si­ni va­cib sa­yır.

Mət­bua­tın mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si məq­sə­di­lə öl­kə baş­çı­sı­nın 2006-cı il fev­ra­lın 8-də im­za­la­dı­ğı "Qə­zet­lə­rin "Azər­bay­can" nəş­riy­ya­tı­na olan borc­la­rı­nın ödə­nil­mə­si ba­rə­də" Sə­rən­ca­ma əsa­sən, qə­zet­lə­rin "Azər­bay­can" nəş­riy­ya­tı­na olan 450 min ABŞ dol­la­rı məb­lə­ğin­də bor­cu döv­lət büd­cə­si he­sa­bı­na ödə­nil­di. Xü­su­si qeyd et­mək la­zım­dır ki, borc­la­rı ödə­ni­lən qə­zet­lər sı­ra­sın­da müs­tə­qil və mü­xa­lif­yön­lü qə­zet­lər çox­luq təş­kil edir­di.

Mil­li mət­bua­tın 130, 135 və 140 il­lik yu­bi­ley­lə­ri­nin döv­lət sə­viy­yə­sin­də qeyd edil­mə­si, 2005-ci il­də "Əmək­dar jur­na­list" fəx­ri adı­nın bər­pa­sı, yüz­lər­lə jur­na­lis­tin yük­sək fəx­ri ad­la­ra, təl­tif­lə­rə la­yiq gö­rül­mə­si, qə­zet­lə­rə bir­də­fə­lik ma­liy­yə yar­dım­la­rı­nın edil­mə­si, KİV əmək­daş­la­rı­nın mən­zil-məi­şət şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə ya­şa­yış bi­na­la­rı­nın ti­kil­mə­si və di­gər mü­hüm təd­bir­lər öl­kə rəh­bə­ri­nin mət­bua­ta qay­ğı­sı­nı əya­ni şə­kil­də nü­ma­yiş et­di­rir.

- Vü­qar mü­əl­lim, döv­lə­tin me­dia­ya qay­ğı­sı­nın ən ba­riz nü­mu­nə­lə­rin­dən bi­ri də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti  ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ya­ra­dıl­ma­sı, fəa­liy­yə­ti­nə hər­tə­rəf­li dəs­tə­yin ve­ril­mə­si­dir. Fon­dun ya­ra­dıl­ma­sı han­sı zə­ru­rət­lə şərt­lə­nir­di?

KİV DF ya­ra­dı­lan­da bü­tün iş­lər sı­fır­dan baş­la­dı...

- Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin 2008-ci il 31 iyul ta­rix­li Sə­rən­ca­mı ilə "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı"nın təs­diq edil­mə­si, ilk növ­bə­də, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nə döv­lət dəs­tə­yi­ni güc­lən­dir­mək, onun da­ha tək­mil me­xa­niz­mi­ni for­ma­laş­dır­maq məq­sə­di da­şı­yır­dı. Be­lə bir kon­sep­si­ya­nın ha­zır­lan­ma­sı və qüv­və­yə min­mə­si ilə, fak­ti­ki ola­raq, mil­li mət­bua­tın in­ki­şa­fın­da key­fiy­yət­cə ye­ni mər­hə­lə­nin əsa­sı qo­yul­du.

Kon­sep­si­ya mü­kəm­məl sə­nəd ola­raq özün­də me­dia­ya döv­lət dəs­tə­yi­nin məq­səd, prin­sip və me­xa­nizm­lə­ri­ni əks et­di­rir. Hə­min kon­sep­si­ya­dan irə­li gə­lən və­zi­fə­lə­rin ger­çək­ləş­di­ril­mə­si üçün öl­kə baş­çı­sı­nın 3 ap­rel 2009-cu il ta­rix­li Fər­ma­nı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du ya­ra­dıl­dı.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ya­ra­dıl­ma­sı ilə döv­lə­tin KİV-lə­rə dəs­tə­yi da­ha dol­ğun, sis­tem­li və ar­dı­cıl xa­rak­ter al­dı. Fon­dun ya­ra­dıl­ma­sı öl­kə baş­çı­sı­nın küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı­na və jur­na­list­lə­rin so­si­al qay­ğı­la­rı­nın həl­li­nə ne­cə bö­yük həs­sas­lıq­la ya­naş­dı­ğı­nı bir da­ha təs­diq­lə­di. He­sab edi­rəm ki, be­lə bir döv­lət qu­ru­mu­nun ya­ra­dıl­ma­sı ilə öl­kə jur­na­list­lə­ri­nin ar­zu və is­tək­lə­ri ger­çək­ləş­di­ril­di, on­la­rın bü­tün sa­hə­lər­də di­na­mik in­ki­şaf edən, müa­sir­lə­şən Azər­bay­ca­nın nai­liy­yət­lə­rin­dən da­ha sə­mə­rə­li şə­kil­də bəh­rə­lən­mə­si üçün ge­niş im­kan­lar açıl­dı.

Fond ye­ni ya­ra­dı­lan­da, şüb­hə­siz ki, han­sı­sa ənə­nə­yə, prak­ti­ki iş təc­rü­bə­si­nə is­ti­nad et­mir­di və bü­tün iş­lə­ri sı­fır­dan baş­la­maq tə­ləb olu­nur­du. Bu­na bax­ma­ya­raq, kon­sep­si­ya, elə­cə də ni­zam­na­mə ilə üzə­ri­mi­zə dü­şən və­zi­fə­lə­rin uğur­la hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək üçün ta­ma­mi­lə şəf­faf və iş­lək me­xa­nizm­lər for­ma­laş­dı­ra bil­dik.

Bey­nəl­xalq təc­rü­bə, da­ha də­qi­qi, xa­ri­ci öl­kə­lər­də mət­bua­ta döv­lət dəs­tə­yi­ni hə­ya­ta ke­çi­rən ox­şar qu­rum­la­rın fəa­liy­yə­ti ilə ya­xın­dan ta­nış ol­maq is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çir­di­yi­miz ad­dım­lar prak­ti­ki nə­ti­cə­lə­ri­ni ver­di. Fon­dun ic­ra­çı di­rek­to­ru və Mü­şa­hi­də Şu­ra­sı üzv­lə­ri­nin hə­lə 2009-cu il­də Avs­tri­ya­nın Vya­na və İs­ve­çin Stok­holm şə­hər­lə­ri­nə iş­gü­zar sə­fər­lə­ri bey­nəl­xalq təc­rü­bə­nin öy­rə­nil­mə­si ba­xı­mın­dan ki­fa­yət qə­dər əhə­miy­yət­li ol­du.

Ötən 8 il­də Fond həm də öl­kə jur­na­list­lə­ri­nin bey­nəl­xalq təc­rü­bə ilə ya­xın­dan ta­nış ol­ma­sı üçün mü­va­fiq təd­bir­lər hə­ya­ta ke­çi­rib. Ötən müd­dət­də jur­na­list­lə­rin Tür­ki­yə Cum­hu­riy­yə­ti­nə, İs­ve­çə və Avs­tri­ya­ya, Şi­ma­li Kipr Türk Cum­hu­riy­yə­ti­nə, Bö­yük Bri­ta­ni­ya­ya sə­fər­lə­ri təş­kil olu­nub. Öl­kə jur­na­list­lə­ri bu sə­fər­lər za­ma­nı hə­min öl­kə­lə­rin apa­rı­cı qə­zet­lə­ri­nin, ha­be­lə te­le­vi­zi­ya və ra­dio­la­rı­nın re­dak­si­ya­la­rın­da olub, on­la­rın iş üs­lu­bu ilə ya­xın­dan ta­nış­lıq im­ka­nı qa­za­nıb, təc­rü­bə mü­ba­di­lə­si edib­lər.

8 il ər­zin­də Fon­da döv­lət büd­cə­sin­dən 31 mil­yon ma­na­ta ya­xın və­sai­tin ay­rıl­ma­sı bir da­ha gös­tə­rir ki, Azər­bay­can döv­lə­ti me­dia­ya yük­sək diq­qət və qay­ğı gös­tə­rir. Bu qay­ğı­nın mü­qa­bi­lin­də Fond da üzə­ri­nə dü­şən və­zi­fə­lə­rin öh­də­sin­dən la­yi­qin­cə gəl­mə­yə ça­lı­şır. Qü­rur his­si ilə qeyd et­mək is­tər­dim ki, müx­tə­lif öl­kə­lər­dən Azər­bay­ca­na gəl­miş qo­naq­lar Fon­dun fəa­liy­yə­ti­ni, ha­be­lə öl­kə rəh­bər­li­yi­nin söz və mət­bu­at azad­lı­ğı­nın ge­niş­lən­di­ril­mə­si sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi sis­tem­li təd­bir­lə­ri yük­sək də­yər­lən­di­rir.

Fond re­dak­si­ya­lar­da ma­liy­yə-mü­ha­si­bat uço­tu­nun düz­gün qu­rul­ma­sı­na da kö­mək edib

- Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı ilə Fond qar­şı­sın­da mü­əy­yən­ləş­di­ril­miş mü­hüm və­zi­fə­lər­dən bi­ri də KİV-lə­rin fəa­liy­yə­ti­nin müa­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun qu­rul­ma­sı­dır. Fon­dun bu is­ti­qa­mət­də­ki fəa­liy­yə­ti ba­rə­də də mə­lu­mat ver­mə­yi­ni­zi xa­hiş edər­dik.

- Şüb­hə­siz, cə­miy­yə­tin ma­raq­la­rı­nı ifa­də edən müs­tə­qil və de­mok­ra­tik mət­bua­tın for­ma­laş­ma­sı üçün, ilk növ­bə­də, pe­şə­kar jur­na­list­lə­rin ye­tiş­di­ril­mə­si­nə, ha­be­lə KİV-lə­rin mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si­nə eh­ti­yac du­yu­lur. Fond ötən 8 il­də məhz bu re­al­lıq­dan çı­xış edə­rək bir sı­ra sə­mə­rə­li la­yi­hə­lər hə­ya­ta ke­çi­rib. Me­to­di­ki, kon­sul­ta­tiv və təş­ki­la­ti-tex­ni­ki dəs­tək xa­rak­ter­li bu təd­bir­lər Fon­dun ma­liy­yə yar­dı­mı ilə la­yi­hə hə­ya­ta ke­çi­rən KİV-lə­rin fəa­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si­nə yö­nə­lib.

Bun­dan əla­və, Fond re­dak­si­ya­lar­da ma­liy­yə-mü­ha­si­bat uço­tu­nun düz­gün qu­rul­ma­sı, KİV-lə­rin fəa­liy­yə­ti­nin iq­ti­sa­di sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı üçün baş re­dak­tor­la­ra, la­yi­hə ko­or­di­na­tor­la­rı­na və mü­ha­sib­lə­rə la­zı­mi kö­mək­lik gös­tə­rib. Bu­nun nə­ti­cə­sin­də Fond­dan ma­liy­yə dəs­tə­yi alan KİV-lə­rin ək­sə­riy­yə­ti­nin ma­liy­yə-mü­ha­si­bat uço­tu­nun qa­nun­ve­ri­ci­li­yə mü­va­fiq qay­da­da qu­rul­ma­sı­na na­il olu­nub.

Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin sə­mə­rə­li fəa­liy­yə­ti­nə zə­ru­ri təş­ki­la­ti-tex­ni­ki dəs­tə­yin gös­tə­ril­mə­si mə­sə­lə­si də Fon­dun xü­su­si diq­qət mər­kə­zin­də olub. Fon­dun ma­liy­yə yar­dı­mı he­sa­bı­na ötən il­lər­də ic­ti­mai rə­yə tə­sir im­ka­nı olan bir çox qə­zet­lər mad­di-tex­ni­ki ba­za­la­rı­nı güc­lən­di­rib.

- Fon­dun fəa­liy­yə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­ri üz­rə hə­ya­ta ke­çi­ril­miş di­gər la­yi­hə­lər ba­rə­də nə de­yə bi­lər­si­niz?  

- Qeyd et­di­yim ki­mi, Fon­dun fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri qə­zet­lə­rə ma­liy­yə yar­dı­mı­nın gös­tə­ril­mə­si­dir. Kon­sep­si­ya­da ək­si­ni tap­mış 19 is­ti­qa­mət üz­rə la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si üçün Fond il­də 2 də­fə mü­sa­bi­qə elan edir. Bu mü­sa­bi­qə­lə­rin şərt­lə­ri­nə ca­vab ve­rən qə­zet­lər hə­min is­ti­qa­mət­lər üz­rə 6 ay ər­zin­də la­yi­hə­lər ic­ra edir­lər. Fond hə­min la­yi­hə­lə­rin mo­ni­to­rin­qi­ni hə­ya­ta ke­çi­rir və hər ayın so­nun­da qə­zet­lə­rə növ­bə­ti ma­liy­yə və­sai­ti­ni ayı­rır.

Fon­dun ma­liy­yə dəs­tə­yi ilə ic­ra edi­lən la­yi­hə möv­zu­la­rı cə­miy­yət hə­ya­tı­nın ən müx­tə­lif sa­hə­lə­ri­ni əha­tə edir. Və­tən­daş cə­miy­yə­ti, hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu, fi­kir, söz və mə­lu­mat azad­lı­ğı­nın, plü­ra­liz­min in­ki­şaf et­di­ril­mə­si, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si haq­qın­da hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, Azər­bay­ca­nın dün­ya bir­li­yi­nə in­teq­ra­si­ya­sı, Azər­bay­ca­nın döv­lət­çi­lik ta­ri­xi­nin, mil­li adət-ənə­nə­lə­ri­nin, elm və mə­də­niy­yə­ti­nin təb­li­ği, gənc nəs­lin mil­li mən­lik şüu­ru­nun in­ki­şaf et­di­ril­mə­si və və­tən­pər­vər­lik hiss­lə­ri­nin tər­bi­yə­si, re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın təş­viq edil­mə­si və mü­hüm əhə­miy­yət kəsb edən di­gər möv­zu­lar mət­bu­at­da ge­niş işıq­lan­dı­rı­lır, təh­lil edi­lir.

Kon­kret ola­raq bil­di­rim ki, 2016-ci il­də və 2017-ci ilin bi­rin­ci ya­rı­sın­da gün­də­lik, gü­na­şı­rı və həf­tə­lik nəşr olu­nan 33 qə­ze­tin təq­dim et­di­yi la­yi­hə tək­lif­lə­ri Fon­dun tə­ləb­lə­ri­nə ca­vab ver­di­yi üçün on­la­ra ma­liy­yə və­sai­ti ay­rı­lıb. Hə­min qə­zet­lər­də "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı"nda nə­zər­də tu­tul­muş 19 is­ti­qa­mət üz­rə 9 min sə­hi­fə­dən çox ya­zı dərc edi­lib, ey­ni za­man­da hə­min qə­zet­lə­rin in­ter­net sə­hi­fə­lə­rin­də yer­ləş­di­ri­lib.

Xü­su­si vur­ğu­la­maq is­tər­dim ki, Fond qə­zet­lə­rə ma­liy­yə yar­dı­mı gös­tər­mək­lə ya­na­şı, KİV-lər­də Azər­bay­ca­nın ədə­bi di­li­nin qo­run­ma­sı mə­sə­lə­si­nə də xü­su­si diq­qət ayı­rır. Fon­dun ma­liy­yə dəs­tə­yi ilə hər il "Azər­bay­can mət­bu­at mə­ka­nın­da ədə­bi di­lin qo­run­ma­sı", "Azər­bay­can te­le­ra­dio mə­ka­nın­da ədə­bi di­lin qo­run­ma­sı" və "Jur­na­list pe­şə­kar­lı­ğı­nın ar­tı­rıl­ma­sı" möv­zu­sun­da la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lir. La­yi­hə­lər 6 ay müd­də­tin­də ic­ra edi­lir, apa­rı­lan mo­ni­to­rinq­lər za­ma­nı Azər­bay­can me­dia və te­le­ra­dio mə­ka­nı­nın dil prob­lem­lə­ri araş­dı­rı­lır, onun tən­zim­lən­mə­si yol­la­rı mü­za­ki­rə edi­lir, mü­va­fiq tək­lif­lər ve­ri­lir.

Fond, həm­çi­nin, Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın "Ahıl jur­na­list­lə­rə qay­ğı: keç­mi­şi­mi­zə eh­ti­ram gə­lə­cək üçün təc­rü­bə qay­na­ğı­mız­dır" möv­zu­sun­da la­yi­hə­si­nin ma­liy­yə­ləş­di­ril­mə­si üçün və­sa­it ayı­rıb.

Fon­dun mü­sa­bi­qə­lə­ri­nə ma­ra­ğın il­bə­il art­ma­sı tə­sa­düf de­yil...

- Fon­dun ke­çir­di­yi fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­lə­ri­nə il­dən-ilə ma­ra­ğın art­dı­ğı­nı mü­şa­hi­də edi­rik...

- Doğ­ru qeyd edir­si­niz, Fon­dun ke­çir­di­yi mü­sa­bi­qə­lə­rə ma­raq il­dən-ilə ar­tır. "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı"na mü­va­fiq ola­raq, 19 is­ti­qa­mət üz­rə ke­çi­ri­lən bu mü­sa­bi­qə­lə­rin baş­lı­ca məq­sə­di jur­na­list­lə­rin pe­şə­kar­lıq sə­viy­yə­si­ni yük­səlt­mək, ya­ra­dı­cı əmə­yi­ni sti­mul­laş­dır­maq, so­si­al və­ziy­yət­lə­ri­ni yax­şı­laş­dır­maq, ha­be­lə döv­lə­tin və ic­ti­ma­iy­yə­tin ma­raq­la­rı ba­xı­mın­dan va­cib əhə­miy­yət da­şı­yan möv­zu­la­rın me­dia­da işıq­lan­dı­rıl­ma­sı­nı tə­min et­mək­dir. Ənə­nə­vi ola­raq il­də 3 də­fə - Nov­ruz bay­ra­mı, 22 iyul - Mil­li Mət­bu­at Gü­nü, 31 de­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü və Ye­ni il mü­na­si­bə­ti­lə ke­çi­ri­lən bu mü­sa­bi­qə­lə­rin hər bi­rin­də yüz­lər­lə jur­na­list qə­lə­mi­ni sı­na­yır.

Bu mü­sa­bi­qə­lər, ilk növ­bə­də, sağ­lam rə­qa­bət mü­hi­ti for­ma­laş­dı­ra­raq jur­na­list­lə­rin ak­tu­al möv­zu­lar üz­rə ya­zı­lar ha­zır­la­ma­sı­na, on­la­rın ya­ra­dı­cı­lıq vər­diş­lə­ri­nin, pe­şə­kar­lıq­la­rı­nın yük­səl­mə­si­nə, ümu­mən ye­ni təd­qi­qat və araş­dır­ma­la­rın apa­rıl­ma­sı­na sti­mul ya­ra­dır. Mü­sa­bi­qə­lə­rə təq­dim edi­lən ya­zı­la­rın il­bə­il həm məz­mun, həm də for­ma­ca tək­mil­ləş­mə­si, jur­na­list­lə­rin fər­di ya­ra­dı­cı­lıq key­fiy­yət­lə­ri­nin, ya­zı üs­lu­bu­nun püx­tə­ləş­mə­si ke­çi­ri­lən mü­sa­bi­qə­lə­rin müs­təs­na əhə­miy­yə­ti­ni bir da­ha aş­ka­ra çı­xa­rır. Fond ya­ra­nan­dan çox­lu say­da jur­na­list bu mü­sa­bi­qə­lər­də iş­ti­rak edə­rək pe­şə­kar­lıq­la­rı­nı ar­tır­maq­la bə­ra­bər, so­si­al və­ziy­yət­lə­ri­ni yax­şı­laş­dır­maq im­ka­nı əl­də et­miş­lər.

Ümu­miy­yət­lə, Fond ötən 8 il­də Ba­kı­nın Qa­ra­dağ, Sə­ba­il, Ni­za­mi, Bi­nə­qə­di, Nə­si­mi, Su­ra­xa­nı ra­yon ic­ra ha­ki­miy­yət­lə­ri, ha­be­lə Təh­sil, Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si, Mə­də­niy­yət və Tu­rizm, Eko­lo­gi­ya, Ra­bi­tə və Yük­sək Tex­no­lo­gi­ya­lar na­zir­lik­lə­ri, Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si, Azər­bay­can Həm­kar­lar İt­ti­faq­la­rı Kon­fe­de­ra­si­ya­sı, Al­ter­na­tiv və Bər­pa Olu­nan Ener­ji Mən­bə­lə­ri üz­rə Döv­lət Agent­li­yi, Stan­dart­laş­dır­ma, Met­ro­lo­gi­ya və Pa­tent üz­rə Döv­lət Ko­mi­tə­si, Mil­li Olim­pi­ya Ko­mi­tə­si, Azər­bay­can Fut­bol Fe­de­ra­si­ya­la­rı As­so­sia­si­ya­sı, Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi, "Azər­bay­can Ha­va Yol­la­rı", "Azər­su", "Azə­ri­şıq" və "Azə­ril­mə" ASC-lər­lə bir­gə fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­lə­ri təş­kil edib.

2016-cı il­də bi­la­va­si­tə Fond tə­rə­fin­dən və di­gər qu­rum­lar­la bir­gə ke­çi­ril­miş 11 mü­sa­bi­qə­də 816 nə­fər jur­na­list iş­ti­rak edib, on­lar­dan 445 nə­fə­ri qa­lib ola­raq mü­ka­fat­lan­dı­rı­lıb. Ey­ni za­man­da, 2017-ci ilin bi­rin­ci ya­rı­sın­da Fon­dun Nov­ruz bay­ra­mı və Mil­li Mət­bu­at Gü­nü mü­na­si­bə­ti­lə, elə­cə də "Azər­su", Stan­dart­laş­dır­ma, Met­ro­lo­gi­ya və Pa­tent üz­rə Döv­lət Ko­mi­tə­si, Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi, Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi ilə bir­gə ke­çir­di­yi fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­lə­rin­də 500 nə­fə­rə­dək jur­na­list iş­ti­rak edib, on­lar­dan 300 nə­fə­rə­dək jur­na­list qa­lib ola­raq mü­ka­fat­lan­dı­rı­lıb.

Mü­şa­hi­də­lə­ri­miz gös­tə­rir ki, jur­na­list­lər si­vil rə­qa­bət şə­rai­tin­də ke­çən bu mü­sa­bi­qə­lər­də uğur qa­zan­maq üçün ya­zı­lar üzə­rin­də da­ha səy­lə, mə­su­liy­yət­lə iş­lə­yir. Onu da qeyd edim ki, Fond 2009-2015-ci və 2016-cı il­lər­də ke­çir­di­yi fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­lə­ri­nin qa­lib­lə­ri­nin ya­zı­la­rı­nın seç­mə qay­da­da ən yax­şı­la­rı­nı top­la­ya­raq ötən il "Sö­zün zir­və­sin­də" ad­lı ki­tab nəşr et­di­rib. Bu ad­dım mü­sa­bi­qə­lər­də se­çil­miş ya­zı­la­rın bir top­lu­da qo­ru­nub sax­lan­ma­sı ilə ya­na­şı, jur­na­lis­ti­ka sa­hə­si­nə ye­ni qə­dəm qoy­muş şəxs­lər üçün me­to­dik və­sa­it və nü­mu­nə ya­rat­maq məq­sə­di da­şı­yır. Bu ənə­nə­nin gə­lə­cək­də də da­vam et­di­ril­mə­si nə­zər­də tu­tu­lur.

- KİV-lə­rin döv­lət qu­rum­la­rı ilə əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si Fon­dun Ni­zam­na­mə­sin­də ək­si­ni tap­mış prio­ri­tet mə­sə­lə­lər­dən­dir. Bu sa­hə­də han­sı təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir?

- Bə­li, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ilə döv­lət qu­rum­la­rı ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si mə­sə­lə­si KİV-lə­rə Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sın­da və Fon­dun Ni­zam­na­mə­sin­də ək­si­ni ta­pıb. Biz bu mə­sə­lə­ni da­im diq­qət mər­kə­zin­də sax­la­ya­raq bir sı­ra mər­kə­zi və yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı ilə qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə xid­mət edən təd­bir­lər ke­çir­mi­şik. Ötən 8 il­də Fond me­dia rəh­bər­lə­ri­nin iş­ti­ra­kı ilə Ba­kı­nın Sə­ba­il, Ni­za­mi, Su­ra­xa­nı, Qa­ra­dağ, Bi­nə­qə­di, Ya­sa­mal ra­yon­la­rın­da, böl­gə­lər­dən - Yev­lax, Şəm­kir, Zər­dab, Qə­bə­lə, Ma­sal­lı, Qu­ba, İmiş­li ra­yon­la­rın­da, Gən­cə, Lən­kə­ran, Nax­çı­van şə­hər­lə­rin­də "Mər­kə­zi və yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı ilə küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ara­sın­da əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si" və "İn­for­ma­si­ya əl­də et­mək haq­qın­da" Qa­nu­nun şər­hi sa­hə­sin­də re­gi­on KİV-nin maa­rif­lən­di­ril­mə­si" möv­zu­la­rın­da kon­frans­lar təş­kil edib.

Yük­sək fə­al­lıq şə­rai­tin­də ke­çən bu təd­bir­lər­də hə­min ra­yon­la­rın rəh­bər və­zi­fə­li şəxs­lə­ri, ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri və me­dia rəh­bər­lə­ri iş­ti­rak edə­rək qar­şı­lıq­lı fay­da­lı mü­za­ki­rə­lər apa­rıb. Be­lə gö­rüş­lər döv­lət qu­rum­la­rı ilə küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ara­sın­da qar­şı­lıq­lı eti­ma­dın güc­lən­mə­si­nə və si­vil əmək­daş­lı­ğın for­ma­laş­ma­sı­na şə­ra­it ya­ra­dır.

Bun­dan əla­və, 2016-cı ilin "Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm ili" elan edil­mə­si ilə bağ­lı Fond 2016-cı ilin av­qust ayın­da Xaç­maz, de­kabr ayın­da İs­ma­yıl­lı ra­yon­la­rın­da et­nik-di­ni ic­ma­la­rın və KİV nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə "Azər­bay­can­da mul­ti­kul­tu­ral də­yər­lər: mə­də­ni müx­tə­lif­lik və si­vil bir­gə­ya­şa­yış mə­ka­nı" möv­zu­sun­da re­gio­nal kon­frans­lar ke­çi­rib. Bun­dan baş­qa, ötən il Fond "Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm ili" çər­çi­və­sin­də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi ilə bir­gə "Azər­bay­can - mul­ti­kul­tu­ra­lizm mə­ka­nı: BMT Si­vi­li­za­si­ya­lar Al­yan­sı­nın VII Qlo­bal Fo­ru­mu öl­kə­mi­zə nə vəd edir?" və "BMT Si­vi­li­za­si­ya­lar Al­yan­sı­nın VII Qlo­bal Fo­ru­mu: Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi dün­ya­da mü­tə­rəq­qi mo­del ki­mi qə­bul olu­nur" möv­zu­sun­da iki fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­si təş­kil edib. Bun­dan əla­və, 2017-ci ilin "İs­lam Həm­rəy­li­yi İli" elan edil­mə­si ilə əla­qə­dar Fond 2017-ci ilin ap­rel ayın­da Lən­kə­ran şə­hə­rin­də "İs­lam həm­rəy­li­yi­nin təb­li­ği və təş­vi­qin­də me­dia­nın ro­lu" möv­zu­sun­da kon­frans ke­çi­rib. Fond bu möv­zu­da da­ha bir təd­bi­ri ya­xın ay­lar­da Xaç­maz şə­hə­rin­də ke­çir­mək niy­yə­tin­də­dir.

On­la­ra bu son­suz xoş­bəxt­li­yi məhz möh­tə­rəm cə­nab İl­ham Əli­yev bəxş et­di

- Vü­qar mü­əl­lim, öl­kə jur­na­list­lə­ri bu gün­lər­də bö­yük se­vinc və hə­yə­can ov­qa­tın­da­dır. Gər­gin se­çim pro­se­dur­la­rın­dan son­ra da­ha 255 nə­fər jur­na­lis­tin mən­zil­lə tə­min olun­ma­sı ba­rə­də qə­rar qə­bul edil­di. Bu pro­se­sin ye­kun­la­rı ba­rə­də nə de­yə bi­lər­si­niz?

- Əv­və­la de­mək is­tər­dim ki, jur­na­list­lər üçün döv­lət büd­cə­si he­sa­bı­na ya­şa­yış bi­na­sı­nın in­şa edil­mə­si dün­ya­da ana­lo­qu ol­ma­yan ad­dım­dır və Azər­bay­can­da me­dia­ya yük­sək döv­lət qay­ğı­sı­nın möv­cud­lu­ğu­nu bir da­ha təs­diq­lə­yir. Xa­tır­lat­maq is­tər­dim ki, öl­kə baş­çı­sı 2010-cu il iyu­lun 22-də jur­na­list­lə­rin mən­zil-məi­şət şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə ya­şa­yış bi­na­sı­nın in­şa­sı­nı nə­zər­də tu­tan Sə­rən­cam im­za­la­dı. Sə­rən­cam­la Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­na 5 mil­yon ma­nat və­sa­it ay­rıl­dı. Sə­ba­il ra­yo­nu Ba­yıl qə­sə­bə­si, 20-ci sa­hə əra­zi­sin­də 17 mər­tə­bə­li, iki gi­riş­li, 156 mən­zil­li ya­şa­yış bi­na­sı in­şa edi­lə­rək 2013-cü il iyu­lun 22-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin iş­ti­ra­kı ilə jur­na­list­lə­rə təh­vil ve­ril­di. Öl­kə baş­çı­sı elə hə­min gün - 22 iyul 2013-cü il ta­rix­də "Azər­bay­can mət­bu­at iş­çi­lə­ri­nin so­si­al mü­da­fiə­si­nin güc­lən­di­ril­mə­si­nə da­ir əla­və təd­bir­lər haq­qın­da" ikin­ci Sə­rən­ca­mı im­za­la­maq­la jur­na­list­lə­rin bay­ram ov­qa­tı­na əla­və se­vinc qat­dı.

Sə­rən­ca­ma əsa­sən, Sə­ba­il ra­yo­nu Ba­yıl qə­sə­bə­si, 20-ci sa­hə əra­zi­sin­də 17 mər­tə­bə­li, 3 gi­riş­li, 255 mən­zil­li ya­şa­yış bi­na­sı­nın ti­kin­ti­si tam ba­şa çat­dı­rı­lıb. İyu­lun 20-də möh­tə­rəm Pre­zi­den­ti­miz cə­nab İl­ham Əli­ye­vin iş­ti­ra­kı ilə hə­min bi­na­nın tən­tə­nə­li açı­lış mə­ra­si­mi ke­çi­ril­di, mən­zil­lər ye­ni sa­hib­lə­ri­nə hə­diy­yə olun­du. Ey­ni za­man­da hə­min gün növ­bə­ti bi­na­nın da tə­mə­li qo­yul­du. 

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin iyu­lun 20-də in­şa­sı ba­şa çat­mış bi­na­nın açı­lı­şın­da iş­ti­rak et­mə­si, jur­na­list­lər qar­şı­sın­da çı­xış et­mə­si və üçün­cü bi­na­nın tə­mə­li­ni qoy­ma­sı me­dia­ya döv­lət dəs­tə­yi­nin da­ha bir ali tə­za­hü­rü ki­mi ta­rix­ləş­di. Döv­lət baş­çı­sı jur­na­list­lər qar­şı­sın­da də­rin məz­mun­lu, əha­tə­li, proq­ram xa­rak­ter­li çı­xı­şın­da çox düz­gün ola­raq qeyd et­di ki, bu gün cə­miy­yət­də xü­su­si ye­ri və ro­lu olan KİV əmək­daş­la­rı­nın heç də ha­mı­sı­nın mən­zil prob­lem­lə­ri­ni həll et­mək im­kan­la­rı yox­dur. Azər­bay­can döv­lə­ti bu­nu nə­zə­rə ala­raq, fi­kir, söz və mə­lu­mat azad­lıq­la­rı­nın tə­mi­na­tı sa­hə­sin­də yü­rüt­dü­yü ar­dı­cıl və sis­tem­li döv­lət si­ya­sə­ti­nin tər­kib his­sə­si ola­raq KİV əmək­daş­la­rı­nın mən­zil­lər­lə tə­min olun­ma­sı­na dəs­tək ve­rir. Möh­tə­rəm Pre­zi­den­ti­miz jur­na­list­lər­lə gö­rü­şü za­ma­nı öl­kə­mi­zin di­na­mik in­ki­şa­fın­da me­dia­mı­zın qar­şı­sın­da du­ran və­zi­fə­lər­dən də söz aç­dı, on­la­ra da­im və­tən­pər­vər ol­ma­ğı, cə­miy­yət­də­ki prob­lem­lə­rin işıq­lan­dı­rıl­ma­sın­da ob­yek­tiv və prin­si­pi­al möv­qe tut­ma­ğı, düş­mə­nə qar­şı in­for­ma­si­ya cəb­hə­sin­də səy­lə­ri bir­ləş­dir­mə­yi töv­si­yə et­di.

Döv­lət baş­çı­sı jur­na­list­lər­lə sə­mi­mi söh­bət­ləş­di, on­la­rı mən­zil al­ma­sı mü­na­si­bə­ti­lə təb­rik et­di, ən çox ar­zu və is­tək­lə­ri­ni çat­dır­dı. KİV əmək­daş­la­rı döv­lət baş­çı­sı­nın şəx­sin­də öz ya­xın dost­la­rı­nı, hi­ma­yə­dar­la­rı­nı, xe­yir­xah­la­rı­nı, hi­ma­yə­dar­la­rı­nı gör­dü­lər, ürək­dən se­vin­di­lər, qü­rur duy­du­lar. İyu­nun 20-si ta­ri­xi yüz­lər­lə jur­na­lis­tin və on­la­rın ai­lə­lə­ri­nin ta­le­yin­də unu­dul­maz bir gün ol­du və on­la­ra bu son­suz xoş­bəxt­li­yi, se­vin­ci məhz möh­tə­rəm cə­nab İl­ham Əli­yev bəxş et­di.

Xü­su­si vur­ğu­la­maq is­tə­yi­rəm ki, bun­dan bir gün əv­vəl - iyu­lun 19-da döv­lət baş­çı­sı ye­ni, say­ca üçün­cü bi­na­nın in­şa­sı və qə­zet­lə­rə bir­də­fə­lik ma­liy­yə yar­dı­mı­nın gös­tə­ril­mə­si ilə bağ­lı sə­rən­cam­lar im­za­la­dı. Für­sət­dən is­ti­fa­də edə­rək mət­bua­tın mad­di-tex­ni­ki ba­za­sı­nın və jur­na­list­lə­rin so­si­al-məi­şət şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı mə­sə­lə­lə­ri­nə son də­rə­cə ob­yek­tiv, həs­sas və qay­ğı­keş mü­na­si­bə­ti­nə gö­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­və şəx­sən öz adım­dan və çox­say­lı jur­na­list­lə­rin adın­dan bir da­ha də­rin tə­şək­kü­rü­mü bil­di­ri­rəm. Döv­lət baş­çı­sı jur­na­list­lə­rin ya­xın dos­tu və bö­yük hi­ma­yə­da­rı ol­du­ğu­nu növ­bə­ti də­fə təs­diq­lə­di.

- İyu­lun 20-də mən­zil al­mış jur­na­list­lə­rin ye­kun si­ya­hı­sı da açıq­lan­dı. Mən­zil­lər­lə bağ­lı ya­ra­dıl­mış ko­mis­si­ya­nın səd­ri ki­mi id­dia­çı KİV əmək­daş­la­rı­nın mü­əy­yən­ləş­di­ril­mə­si pro­se­si ba­rə­də ət­raf­lı mə­lu­mat ver­mə­yi­ni­zi is­tər­dik...

Əsas odur ki, jur­na­list­lə­rin mən­zil­lə tə­min olun­ma­sı da­vam­lı xa­rak­ter alıb...

- İki ay­dan çox müd­dət­də bu is­ti­qa­mət­də gər­gin, ey­ni za­man­da sis­tem­li və ar­dı­cıl iş apa­rı­lıb. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Ad­mi­nis­tra­si­ya­sı­nın töv­si­yə­si­nə uy­ğun ola­raq 15 may 2017-ci il ta­rix­də "Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin əmək­daş­la­rı­na mən­zil­lə­rin ve­ril­mə­si qay­da­la­rı və şərt­lə­ri"nin mü­əy­yən­ləş­di­ril­mə­si, hə­min qay­da­lar və şərt­lər əsa­sın­da sə­nəd­lə­rin qə­bu­lu pro­se­si­nin şəf­faf və əda­lət­li şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­si məq­sə­di­lə bir­gə ko­mis­si­ya ya­ra­dıl­dı. Bir­gə ko­mis­si­ya­nın tər­ki­bi­nə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du, Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Te­le­vi­zi­ya və Ra­dio Şu­ra­sı və Azər­bay­can Mət­bu­at Şu­ra­sın­dan (hər qu­rum­dan 3 nə­fər) ümu­mi­lik­də 9 nə­fər nü­ma­yən­də da­xil edil­di.

Ko­mis­si­ya­nın 15 may 2017-ci il ta­rix­li ilk ic­la­sın­da "Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin əmək­daş­la­rı­na mən­zil­lə­rin ve­ril­mə­si qay­da­la­rı və şərt­lə­ri" mü­əy­yən­ləş­di­ril­di və Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Ad­mi­nis­tra­si­ya­sı ilə ra­zı­laş­dı­rıl­dı. Ko­mis­si­ya sə­nəd­lə­rin 2017-ci il may ayı­nın 22-dən iyun ayı­nın 22-dək qə­bul olun­ma­sı ba­rə­də qə­rar qə­bul et­di. 16 may 2017-ci il ta­rix­də ko­mis­si­ya səd­ri­nin və üzv­lə­ri­nin iş­ti­ra­kı ilə Bey­nəl­xalq Mət­bu­at Mər­kə­zin­də KİV əmək­daş­la­rı üçün ge­niş mət­bu­at kon­fran­sı ke­çi­ril­di. Hə­min təd­bir­də "Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin əmək­daş­la­rı­na mən­zil­lə­rin ve­ril­mə­si qay­da­la­rı və şərt­lə­ri", ha­be­lə sə­nəd­lə­rin qə­bu­lu ta­ri­xi açıq­lan­dı, me­dia nü­ma­yən­də­lə­ri­ni ma­raq­lan­dı­ran su­al­lar ət­raf­lı ca­vab­lan­dı­rıl­dı.

Ko­mis­si­ya ilk gün­dən KİV re­dak­si­ya­la­rı ilə ic­las­la­rın vax­tı­nı mü­əy­yən­ləş­dir­miş­di və öz nü­ma­yən­də­lə­ri­nin hə­min ic­las­lar­da iş­ti­ra­kı­nı tə­min et­di. Ko­mis­si­ya­nın səd­ri və üzv­lə­ri sə­nəd­lə­rin qə­bul edil­di­yi gün­lər­də 80 küt­lə­vi in­for­ma­si­ya va­si­tə­si­nin re­dak­si­ya­sın­da ke­çi­ril­miş ic­las­la­ra qa­tıl­dı­lar, na­mi­zəd­lə­rin mü­əy­yən edil­miş şərt və qay­da­la­ra uy­ğun mü­əy­yən­ləş­di­ril­mə­si pro­se­si­ni iz­lə­di­lər.

Ko­mis­si­ya tə­rə­fin­dən ümu­mi­lik­də 845 sə­nəd qey­diy­ya­ta alın­dı. Fon­da qə­zet re­dak­si­ya­la­rın­dan 208, in­for­ma­si­ya agent­li­yi, sayt və por­tal­lar­dan 89, te­le­ka­nal və ra­dio­lar­dan 90, mət­bu­at xid­mət­lə­rin­dən 46, ve­te­ran jur­na­list­lər­dən 19, fər­di qay­da­da 393 sə­nəd (ümu­mi­lik­də 845) sə­nəd təq­dim olu­nub. Ko­mis­si­ya qə­bul edil­miş sə­nəd­lə­ri iyun ayı­nın 22-dən 30-dək araş­dı­ra­raq mü­va­fiq böl­gü üz­rə qrup­laş­dır­dı, sis­tem­ləş­dir­di və Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Ad­mi­nis­tra­si­ya­sı­na təq­dim et­di. 

Onu da bil­di­rim ki, Ko­mis­si­ya­ya və Ad­mi­nis­tra­si­ya­ya ümu­mi­lik­də 2000 sə­nəd təq­dim olun­muş­du və on­lar­dan 1000-ə ya­xı­nı tək­rar­la­nan mü­ra­ci­ət­lər idi. Ey­ni za­man­da, mət­bua­ta bi­la­va­si­tə ai­diy­yə­ti ol­ma­yan in­san­la­rın da mü­ra­ci­ət­lə­ri var idi. Qa­lan 1000 mü­ra­ci­ət se­lek­si­ya olun­du, 255 nə­fər mü­əy­yən­ləş­di­ril­di. Si­ya­hı son də­rə­cə ob­yek­tiv, şəf­faf, də­qiq­ləş­di­ril­miş mə­lu­mat­lar əsa­sın­da ha­zır­lan­dı, se­çim pro­se­si ta­ma­mi­lə əda­lət­li və ob­yek­tiv me­yar­lar əsa­sın­da apa­rıl­dı. Si­ya­hı hər­tə­rəf­li­dir - is­tər elek­tron me­dia, is­tər te­le­vi­zi­ya­lar, ra­dio­lar, is­tər qə­zet­lər, por­tal­lar, sayt­lar ha­mı­sı əha­tə olu­nub. Bu də­fə ve­te­ran jur­na­list­lə­rin, mət­bu­at xid­mət­lə­ri­nin əmək­daş­la­rı­nın, elə­cə də dün­ya­sı­nı də­yiş­miş bə­zi jur­na­list­lə­rin ai­lə üzv­lə­ri­nin də ad­la­rı mən­zil alan şəxs­lər si­ya­hı­sı­na sa­lı­nıb.

İyu­lun 19-da "Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin əmək­daş­la­rı­na mən­zil­lə­rin ve­ril­mə­si qay­da­la­rı və şərt­lə­ri"nin mü­əy­yən­ləş­di­ril­mə­si, hə­min qay­da­lar və şərt­lər əsa­sın­da sə­nəd­lə­rin qə­bu­lu pro­se­si­nin şəf­faf və əda­lət­li şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­si məq­sə­di­lə ya­ra­dıl­mış bir­gə ko­mis­si­ya­nın ye­kun ic­la­sı ke­çi­ril­di. İc­las­da şəx­si gös­tə­ri­ci­lə­ri ko­mis­si­ya tə­rə­fin­dən elan olun­muş kri­te­ri­ya və şərt­lə­rə ca­vab ve­rən KİV əmək­daş­la­rı­nın mü­va­fiq se­çim­lər­dən son­ra ha­zır­lan­mış ye­kun si­ya­hı­sı mü­za­ki­rə olun­du. Ko­mis­si­ya üzv­lə­ri na­mi­zəd­lə­rin jur­na­lis­ti­ka sa­hə­sin­də­ki xid­mət­lə­ri­ni, ai­lə tər­ki­bi­ni, mən­zi­lə olan eh­ti­yac­la­rı­nı və haq­qı­nın çat­ma­sı­nı nə­zə­rə ala­raq mən­zil­lə­rin böl­gü­sü­nü hə­ya­ta ke­çir­di­lər. Bir da­ha bə­yan edi­rəm ki, tər­tib olun­muş si­ya­hı son də­rə­cə ob­yek­tiv re­al­lı­ğı əks et­di­rir və əda­lət­li­dir.

Əl­bət­tə, çox­lu say­da jur­na­list he­sab edir ki, onun mən­zil al­ma­ğa haq­qı ça­tır. La­kin nə­zə­rə al­maq la­zım­dır ki, bü­tün sə­nəd təq­dim edən­lə­ri mən­zil­lə tə­min et­mək müm­kün de­yil. Bu mə­na­da, bə­zən hət­ta la­yiq­li­lə­rin sı­ra­sın­dan da ən la­yiq­li­lə­ri­ni seç­mək zə­ru­rə­ti ya­ra­nır. Ko­mis­si­ya­nın səd­ri ola­raq mən ev al­ma­yan jur­na­list­lə­rə qüs­sə­lən­mə­mə­yi, təm­kin­li, səbr­li dav­ran­ma­ğı töv­si­yə edi­rəm. Unut­maq la­zım de­yil ki, 2013-cü il­də ev al­ma­yan bir qrup jur­na­list bu də­fə mən­zil­lə tə­min olun­du, se­vin­di. Əsas mə­sə­lə bu­dur ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin xü­su­si diq­qət və qay­ğı­sı ilə bu pro­ses da­vam­lı xa­rak­ter alıb. İyu­lun 20-də üçün­cü bi­na­nın tə­mə­li qo­yul­du, öl­kə baş­çı­sı hə­min bi­na­nın qı­sa müd­dət­də in­şa olun­ma­sı üçün döv­lə­tin la­zı­mi dəs­tə­yi ve­rə­cə­yi­ni bə­yan et­di. Bu diq­qət və qay­ğı gə­lə­cək­də di­gər haq­qı, xid­mə­ti, əmə­yi, eh­ti­ya­cı olan jur­na­list­lər üçün də ye­ni ümid­lər, pers­pek­tiv­lər vəd edir.

Son ola­raq bu gün­lər­də mən­zil se­vin­ci­ni ya­şa­yan bü­tün KİV əmək­daş­la­rı­nı təb­rik edi­rəm. On­la­ra bu xoş­bəxt­li­yi, se­vin­ci bəxş et­miş Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­və bir da­ha də­rin tə­şək­kü­rü­mü bil­di­rir, ona can­sağ­lı­ğı, fəa­liy­yə­tin­də uğur­lar ar­zu­la­yı­ram. Möh­tə­rəm Pre­zi­den­ti­mi­zi çox­say­lı me­dia nü­ma­yən­də­lə­ri adın­dan əmin edi­rəm ki, bu diq­qət və qay­ğı­nın mü­qa­bi­lin­də Azər­bay­can jur­na­lis­ti­ka­sı da­ha da güc­lə­nə­cək, pe­şə­kar­lı­ğı, nü­fu­zu, mə­su­liy­yə­ti  yük­sə­lə­cək. Me­dia­mız da­im döv­lə­ti­nin və xal­qı­nın mə­na­fe­lə­ri­nin qo­run­ma­sı na­mi­nə əzm­lə ça­lı­şa­caq, döv­lət baş­çı­sı­nın yük­sək eti­ma­dı­nı, diq­qət və qay­ğı­sı­nı əmə­li fəa­liy­yət­lə­ri - pe­şə­kar­lıq­la­rı, ob­yek­tiv­lik­lə­ri, pe­şə eti­ka­sı­na, mil­li ma­raq­la­ra sa­diq­lik­lə­ri ilə doğ­rul­da­caq.

www.yap.org.az



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ