Cümə günü, 23 oktyabr 2026
     

“Prezidentlə hər görüş jurnalistlərdə əminlik yaradır” - Əflatun Amaşov

Image


Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun APA-ya müsahibəsi

- Həm milli mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd edirik, həm də  jurnalistlər üçün inşa edilmiş yaşayış binasının açılışı oldu. Təəssüratlarınızı bölüşməyinizi istərdik.

- Cənab Prezidentin jurnalistlərlə görüşü özlüyündə mühüm hadisədir. Bu hadisənin iştirakçısı olmağımdan məmnunam. İnanıram ki, eyni hiss toplantı iştirakçılarının hamısına aiddir. Mərasimdəki çıxışımda bildirdim ki, peşəsindən asılı olmayaraq hər bir insanın mənzil sahibi olması, öz doğma ocağının istisinə sığınması qədər gözəl yaşantı yoxdur. Media təmsilçilərinə bu unudulmaz anı bəxş etdiyi üçün dövlət başçısına dərin təşəkkürümü bildirirəm.

Cənab Prezidentlə hər görüş biz jurnalistlərdə əminlik yaradır. Bu əminlik ilk növbədə onunla əlaqədardır ki, media təmsilçilərimiz dövlətin birinci şəxsinin onların fəaliyyəti ilə maraqlandığını, bu fəaliyyətin az qala hər detalını diqqətdə saxladığını hiss edirlər. Cənab İlham Əliyevin açılış mərasimindəki çıxışı son dərəcə fundamental idi və tam bir proqram mahiyyəti daşıyırdı. Bu proqram jurnalistikamızın dünəninin və bu gününün təhlilindən, müasir dövrdəki vəziyyətinin, qarşıda duran vəzifələrinin, bir növ, məcmusundan ibarətdir.

Dünyanın informasiya məkanına inteqrasiya tədbirləri mühüm əhəmiyyət daşımaqdadır. Dövlət başçısının nitqindən gəldiyim növbəti qənaət budur ki, jurnalistikamızın beynəlxalq standartlara cavab verəcək struktura malik simasını görmək onu ciddi şəkildə düşündürür. Bu, ümumən medianın roluna konseptual baxış nümunəsidir. Ölkə başçısı çıxışında dünyada söz və ifadə azadlığı ilə bağlı müasir tendensiyaların izahını zərgər dəqiqliyi ilə verdi. Mövcud müstəvidəki konkret spekulyasiya motivlərinin təhlilini apardı və nəticəyə gəldi -  Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır.

Biz jurnalistlər fəaliyyətimizdə dövlətimizin ali mənafeyini düşünməliyik. Bunu necə edə bilərik? Əlbəttə peşəkarlığımızla. Əgər biz peşəkarıqsa və qəlbimizlə bu vətənə xidmət etməyi düşünürüksə, o zaman şübhəsiz ki, müsbət nəticələrimiz olacaq. Öz şərtlərimizi diqtə edən tərəfə çevriləcəyik. Cənab Prezident zaman-zaman informasiya müharibəsində geri qaldığımızı dilə gətirdi. Ancaq həmin vəziyyətin artıq əhəmiyyətli dərəcədə xeyrimizə dəyişdiyini də müsbət məqam kimi xarakterizə etdi.

Vətəndaş üçün dövlətinin, Prezidentinin onun əməyini qiymətləndirməsindən ali hiss ola bilməz. Bu hissin təpədən dırnağadək hər bir jurnalistə hakim kəsildiyi açılış mərasimi eyni zamanda dövlət başçısının media təmsilçiləri ilə xoş və yaddaqalan fərdi təması, söhbətləri, fikir mübadilələləri baxımından da əlamətdar oldu. Jurnalistlər dövlət başçısına onlara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər. Kifayət qədər səmimi mənzərəni müşahidə etdik, kövrək anlar yaşadıq.

Hesab edirəm ki, 20 iyul 2017-ci il tarixinin jurnalistlərimiz üçün ən kuliminasiya anı cənab Prezidentin onlar üçün növbəti - üçüncü binanın təməlini qoyması idi. Bu, yeni ümidlər, yeni gün üçün əzmlə çalışmaq istəyi və stimuludur. Bu, eyni zamanda jurnalistikanın nüfuzlu və rentabelli peşəyə çevrilməsi deməkdir. Mediaya sistemli dövlət qayğısı hər bir gəncin bu sahədə çalışaraq öz həyat şəraitini təmin etməsinin mümkünlüyü imkanlarını aktuallaşdırır. Mövcud istiqamətdə cəmiyyətdə müzakirələr gedir. Bir daha deyim ki, qeyd etdiklərim peşəmizi populyarlaşdırır. Bütün bunlara görə cənab İlham Əliyevə media ictimaiyyəti adından sonsuz minnətdarlığımı bildirirəm.

- Ancaq kənarda qalan həmkarlarımız da var. Onların içərisində narazılıqlarını bildirənlərə də rast gəlinir. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənzillərin sayı 255 idi. Ümumən birinci bina təhvil veriləndən bu yaxınlaradək mənzillə bağlı 3000-ə yaxın müraciət qeydə alınmışdı. Əlbəttə, onların müəyyən qismi təkrar müraciətlərdir. Sənədlər mərhələlərlə belə desək, ələndikdən sonra yekunda 255 müraciət üzərində dayanıldı. Təbii, haqqı çatan həmkarlarımız çoxdur. Onların müəyyən hissəsi mənzil sevincini yaşaya bilmədi. Ancaq bir anlığa onu da düşünək ki, seçilənlər jurnalistikamızın inkişafında xidmətləri olan, haqqı çatan, eyni zamanda ehtiyacı olan insanlardır. Uzun müddətdir səmərəli fəaliyyətləri ilə fərqlənmiş həmkarlarımızdırlar və mənzil sevincini ürək dolusu yaşamağa tam layiqdirlər.

Qeyd etdiyim kimi, cənab Prezident tərəfindən üçüncü binanın da təməli qoyuldu. Mən həqiqətən xidmətləri olan, ancaq mənzil sahibinə çevrilə bilməyən jurnalistləri təmkinli olmağa, həmkarlarının sevincinə şərik çıxmağa çağırıram. Əminəm ki, onlar da özlərinin mənzil arzularını gerçəkləşdirə biləcəklər.

Digər tərəfdən, istənilən prosesdə narazıların mövcudluğu labüddür. Nə də mütləq obyektivlik mümkündür. Mən də sosial şəbəkələri izləyirəm. Açığı etiraz edənlərin hamısının obyektiv olduğunu düşünmürəm. Nifrət, kin-küdurət yağdıranları ümumiyyətlə, anlamaq mümkünsüzdür. Hətta bəziləri var ki, ümumi axarda hansısa məqsədlərini gerçəkləşdirmək, dövlətimizin media ilə bağlı siyasətinə kölgə salmaq yolu tutduqları gün kimi aydındır. Həqiqətən haqqı çatıb etiraz edənlər bu məqamı nəzərə almalıdırlar. Çünki birincilərin hay-küyü onların doğru mövqeyinin eşidilməsinə maneçilik törədir. İstərdim ki, bunları da düşünək.

Kimsə kimisə üzdən tanımaya, onun harada çalışdığını bilməyə, xidmətlərinin, işinin nədən ibarət olduğunu anlamaya bilər. Ancaq bir daha bildirim ki, seçimdə Azərbaycan jurnalistikasının palitrasının əks olunduğunu görmək mümkündür. Əsas məsələ də budur və bu məqam prosesin ədalətli şəkildə başa çatdırıldığı barədə rəyin formalaşması üçün yetərlidir.

- Açılış mərasimində prezident İlham Əliyevə «Jurnalistlərin dostu» mükafatı təqdim edildi…

- Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası və «Ruh» Jurnalistlərin müdafİəsi ictimai birliyi iyunun 20-dən iyulun 15-dək olan müddətdə «Jurnalistlərin dostu» mükafatının qalibinin adının müəyyənləşdirilməsi məqsədi ilə sorğu keçirib.

Sorğu 15 jurnalist təşkilatı, 27 gündəlik qəzet, 20 həftəlik qəzet, 8 bölgə qəzeti, 14 informasiya agentliyi, 11 jurnal, 25 internet informasiya resursu, 12 telekanal və 4 radio olmaqla ümumilikdə 136 media qurumu arasında aparılıb.

Sorğu anketlərinin hamısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı çəkilib. Beləlikdə dövlət başçısı «Jurnalistlərin dostu» mükafatının 2017-ci il üçün qalibi seçilib.

Biz mükafatın təqdimatı ilə jurnalistlər üçün yeni inşa edilmiş binanın açılışı eyni vaxta təsadüf etməsini düşündük. Çünki yuxarıdakı rəqəmlərdən də görünür ki, sorğuda iştirak etmiş respondentlər bütövlükdə ölkəmizin media palitrasını təşkil edirlər və onların seçimi bir növ minnətdarlıq jestidir.

Ümumən onu da vurğulayım ki, «Jurnalistlərin dostu» mükafatı Prezident-media dostluğunun simvoluna çevrilib. Mükafatın əsasnaməsində də onun cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaq məqsədilə təsis edildiyi vurğulanır. Bütün bunlar gələcək nəsillərə ötürülməsi vacib olan ali dəyərlərdir və çox qürurvericidir ki, bu dəyərlər Azərbaycan dövlətinin media siyasətində də əksini tapmaqdadır. Biz belə xoş günlərdə bu siyasətin memarı olan Ulu Öndər Heydər Əliyevi minnətdarlıq hissləri ilə anırıq. Ona 2002-vi ildə “Jurnalistlərin dostu” mükafatının təqdim edildiyi anları xatırlayırıq. Keçmişlə bu günün müqayisəsini aparırıq. Həmin vaxt Azərbaycan mediası hansı mərhələyədi, indi hansı mərhələdə? Hesab edirəm ki, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir jurnalist reallıqları görür, onu yüksək qiymətləndirir. Bütün bunlara görədir ki, cənab İlham Əliyev jurnalistlərimizin dostudur və əminliklə deyə bilərəm ki, bu, artıq əbədi dostluqdur.

- Azərbaycan mətbuatının 142 yaşı tamam olur. Milli mətbuatımızın keçdiyi yolu xarakterizə edərkən hansı məqamları qabartmaq mümkündür?

- Əsası «Əkinçi» qəzeti ilə qoyulmuş Azərbaycan mətbuatı XX əsrin əvvəllərindən başlanmış milli özünüdərk mücadiləsində müstəsna rol oynadı. Dövrün görkəmli ziyalılarının və maarifçilərinin, əməksevər vətənpərvərlərinin vahid cəbhəsini müəyyənləşdirən mətbuat öz səhifələrində dövlət suverenliyinin ideya-nəzəri istiqamətlərini canlandırdı. Ancaq Vətənimiz Azərbaycanın 1918-ci ildə qazanılmış dövlət müstəqilliyi cəmi 23 ay çəkdi.

SSRİ-nin qurulması ilə başlanmış dövrün sərt idarəçilik forması Azərbaycan mətbuatına da mənfi təsirini göstərdi. Ancaq 70 illik imperiya əsarəti onu Həsən bəy Zərdabi ənənələrindən, Əlimərdan bəy Topçubaşovun,  Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin,  Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd Əmin Rəsulzadənin və digər dühaların miras qoyduğu irsdən uzaqlaşdırmadı. Əksinə həmin irsə bağlı jurnalistlər nəsli formalaşdı ki, məhz həmin nəsil özünün peşəkarlıq vərdişlərinə həssas tarixi keçmişin yaşantılarını qataraq Azərbaycanın istiqlalına gedən yolu işıqlandırdı.

Ümumən mətbuatımızın 142 ili fəxarət tariximizdir. Ötən 142 ildə peşəmiz cəmiyyətlə birgə addımladı, onun avanqardına çevrildi. Əlbəttə, çətinliklərimiz də az olmadı. Ancaq müqayisə aparsaq, irəliləyişlərimiz və konkret uğurlarımız çoxdur.

Bu gün Azərbaycan mediası Qafqaz regionu ilə bağlı son dərəcə etibarlı informasiya mənbəyinə çevrilib. Bu, konkret nəticədir. Sual oluna bilər ki, belə bir nəticə necə əldə olunub? Mən niyyət məsələsini qabartmaq istərdim. Azərbaycanda medianı azad və müstəqil görmək istəyən, onun 142 illik tarixini xalqın şərəf yolu,  dövlətimizin mövcudiyyət formulu kimi dəyərləndirən hakimiyyət var.

Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mətbuatla bağlı islahatları müstəqillik dövrü media tariximizin müstəsna mərhələləridir. 1998-ci ildə senzuranın ləğvindən, mediamızın, bir növ, dövlətsizləşdirilməsindən, Mətbuat Şurasının yaradılmasından, mediamızın hüquqi bazasının zənginləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək hər bir məqam üzərində xüsusi dayanmaq mümkündür.

Media əhli peşə bayramından söhbət düşəndə deyir ki, 22 iyul hər birimizin Həsən bəy Zərdabi ruhu önündəki hesabatıdır. Bayramın bayrama qarışdığı bu günlərdə mən jurnalistlərimizə ilk növbədə həmin hesabatı alnı açıq, üzü ağ verməyi arzulayıram. Bunun üçün isə qarşıda duran ən mühüm vəzifə yüksək peşəkarlıq xüsusiyyətlərinə yiyələnmək, əldə edilən bilikləri və təcrübəni bir qədər də dərinləşdirmək və ümumilikdə mətbuatımızın səviyyəsini yüksəltmək, onun vətəndaş cəmiyyəti quruculuğu prosesində daha aktiv iştirakına nail olmaqdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ