Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb. Bu barədə APA-ya Azərbaycana Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadır.
"Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək", - deyə H. Hacıyev qeyd edib.
Türkiyənin baş naziri Binəli Yıldırım isə deyib ki, bu gecə baş verən zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb. Baş nazir vurğulayıb ki, zəlzələ nəticəsində ölən olmayıb, lakin kiçik dağıntılar qeydə alınıb.
Onun sözlərinə görə, hazırda dağıntıların fəsadları aradan qaldırılır.
Qeyd edək ki, bu gecə Egey dənizində, Türkiyənin Muğla vilayəti yaxınlığında 6,3 bal gücündə zəlzə baş verib.