şənbə günü, 09 may 2026
     

Pre­zi­dent Əli­yev in­di­ki mü­rək­kəb geo­si­ya­sət­də Azər­bay­can jur­na­list­lə­ri­nin ta­ri­xi mis­si­ya­sı­nın də­qiq tə­yi­na­tı­nı ver­di - FOTO

Image


"Jur­na­list şə­hər­ci­yi"nin yol prob­le­mi də həll olun­du

 

Pre­zi­dent İl­ham Əli­yev iyu­lun 20-də jur­na­list­lər üçün ti­kil­miş növ­bə­ti bi­na­da Mil­li Mət­bu­at Gü­nü mü­na­si­bə­ti­lə mən­zil­lə­rin pay­lan­ma­sı mə­ra­si­min­də iş­ti­rak edib.

Pre­zi­den­tin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov, Pre­zi­dent ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ic­ra­çı di­rek­to­ru Vü­qar Sə­fər­li və Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın səd­ri Əf­la­tun Ama­şov döv­lət baş­çı­sı­na mə­lu­mat ve­rib­lər ki, jur­na­list­lər üçün in­şa edi­lən ikin­ci bi­na­da 255 mən­zil var. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin "Azər­bay­can mət­bu­at iş­çi­lə­ri­nin so­si­al mü­da­fiə­si­nin güc­lən­di­ril­mə­si­nə da­ir əla­və təd­bir­lər haq­qın­da" 2013-cü il 22 iyul ta­rix­li Sə­rən­ca­mı ilə ti­ki­lən 3 blok­lu, 17 mər­tə­bə­li bu bi­na­nın ümu­mi in­şa­at sa­hə­si 34 min kvad­rat­metr­dir. Bi­na­da 9 bir otaq­lı, 144 ikio­taq­lı, 93 üço­taq­lı və 9 dör­do­taq­lı mən­zil var. Bi­na­nın hə­yə­tin­də id­man mey­dan­ça­sı ya­ra­dı­lıb, ge­niş abad­lıq iş­lə­ri gö­rü­lüb.

Döv­lət baş­çı­sı nitq söy­lə­yib. Döv­lət baş­çı­sı qeyd edib: "22 iyul - Mil­li Mət­bu­at Gü­nü mü­na­si­bə­ti­lə Azər­bay­can jur­na­list­lə­ri­ni ürək­dən təb­rik edi­rəm, on­la­ra ye­ni uğur­lar ar­zu­la­yı­ram. Bu gö­zəl pe­şə bay­ra­mı ərə­fə­sin­də jur­na­list­lər üçün ti­kil­miş ya­şa­yış bi­na­sı­nın açı­lı­şı­na top­laş­mı­şıq. Bu, say­ca ikin­ci bi­na­dır. Bi­rin­ci bi­na­da ar­tıq ne­çə il­dir ki, jur­na­list­lər ya­şa­yır­lar. İn­di də ikin­ci bi­na­nın açı­lı­şı­nı qeyd edə­cə­yik. Bi­rin­ci bi­na­da 156, ikin­ci bi­na­da isə 255 mən­zil var. Ey­ni za­man­da, biz bu gün üçün­cü bi­na­nın tə­mə­li­ni qo­ya­ca­ğıq. Üçün­cü bi­na­da da 255 mən­zil nə­zər­də tu­tu­lur".

İl­ham Əli­yev bil­di­rib ki, be­lə­lik­lə, qı­sa müd­dət ər­zin­də yüz­lər­lə jur­na­lis­tə döv­lət tə­rə­fin­dən mən­zil ve­ri­lir və bu, döv­lət tə­rə­fin­dən Azər­bay­can jur­na­lis­ti­ka­sı­na gös­tə­ri­lən növ­bə­ti diq­qə­tin tə­za­hü­rü­dür.

Pre­zi­dent vur­ğu­la­yıb ki, Azər­bay­can jur­na­lis­ti­ka­sı in­ki­şaf edir və cə­miy­yət­də çox müs­bət rol oy­na­yır: "Azər­bay­can­da bü­tün azad­lıq­lar, o cüm­lə­dən söz azad­lı­ğı tə­min olu­nub və siz jur­na­list­lər bu­nu yax­şı bi­lir­si­niz. Azər­bay­can­da min­lər­lə mət­bu­at or­qa­nı var ki, sər­bəst fəa­liy­yət gös­tə­rir, qey­diy­yat­dan ke­çir. Bu gün Azər­bay­can jur­na­lis­ti­ka­sı cə­miy­yə­ti na­ra­hat edən prob­lem­lə­ri üzə çı­xa­rır, çox də­yər­li təh­lil­lər apa­rır və ümu­miy­yət­lə, öl­kə­mi­zin in­ki­şa­fın­da çox müs­bət rol oy­na­yır. Mən hə­mi­şə ça­lı­şır­dım və ça­lı­şı­ram ki, jur­na­list­lə­rə öz dəs­tə­yi­mi gös­tə­rim. Mə­nim jur­na­list­lər­lə çox­say­lı gö­rüş­lə­rim, sə­mi­mi söh­bət­lə­rim bu­nu gös­tə­rir. Xü­su­si­lə jur­na­list­lər üçün bi­na­la­rın ti­kin­ti­si də bu si­ya­sə­tin bir tə­za­hü­rü­dür".

Döv­lət baş­çı­sı xa­tır­la­dıb ki, bu tə­şəb­büs bir ne­çə il bun­dan əv­vəl irə­li sü­rül­müş­dü: "Jur­na­list­lər be­lə mə­sə­lə qal­dır­mış­dı­lar. Mən də bu­na müs­bət re­ak­si­ya ver­dim. Nə­ti­cə eti­ba­ri­lə biz bu­ra­da ar­tıq ikin­ci bi­na­nın açı­lı­şı­nı qeyd edi­rik. Xa­tır­la­yı­ram ki, bi­rin­ci bi­na­nın açı­lı­şın­da - 4 il bun­dan əv­vəl mən de­miş­dim ki, yə­qin ki, gə­lə­cək­də bu əra­zi­yə "jur­na­list­lər şə­hər­ci­yi" de­yi­lə­cək və bu, be­lə də ol­du. Ar­tıq bu gö­zəl yer jur­na­list­lər şə­hər­ci­yi­dir. Bu­ra­da üçün­cü bi­na da ti­ki­lə­cək. Əl­bət­tə ki, gə­lə­cək­də biz jur­na­list­lə­rin məi­şət prob­lem­lə­ri­nin həl­li üçün əla­və təd­bir­lər gö­rə­cə­yik. Mə­nə de­yib­lər ki, bu­ra­da ye­ni yo­la eh­ti­yac var, çün­ki in­di bir tə­rəf­dən yol çə­ki­lib. Ona gö­rə mü­va­fiq gös­tə­riş ve­ri­lib ki, hər iki tə­rə­fə çı­xış ol­sun ki, in­san­lar bu­ra­da da­ha da ra­hat ya­şa­sın­lar.

Hər bir şə­hə­rin ən qiy­mət­li, ən pres­tij­li yer­lə­ri var. Adə­tən, bu, şə­hər­lə­rin mər­kə­zi olur və də­niz kə­na­rın­da yer­lə­şən şə­hər­lər­də də­ni­zə mən­zə­rə­si olan bi­na­lar da­ha da pres­tij­li sa­yı­lır. Bu bi­na­lar həm də­niz mən­zə­rə­li­dir, həm də şə­hə­rin mər­kə­zin­də yer­lə­şir. "Az­neft" mey­da­nı­na bu­ra­dan cə­mi 5 də­qi­qə­lik yol­dur. Bu bir də onu gös­tə­rir ki, biz jur­na­list­lər üçün ən yax­şı şə­ra­it ya­rat­ma­ğa ça­lı­şı­rıq. Bi­na­lar da çox gö­zəl­dir, ge­niş­dir, işıq­lı­dır, ra­hat­dır".

Pre­zi­dent İl­ham Əli­yev əmin ol­du­ğu­nu bil­di­rib ki, bu­ra­da jur­na­lis­ti­ka­da bö­yük xid­mət­lər gös­tər­miş, Və­tən qar­şı­sın­da bö­yük xid­mət­lə­ri ol­muş in­san­lar ra­hat ya­şa­ya­caq: "O ki qal­dı jur­na­lis­ti­ka­nın gə­lə­cək in­ki­şa­fı ilə bağ­lı mə­sə­lə­lə­rə, si­zə de­yə bi­lə­rəm ki, Azər­bay­can döv­lə­ti azad mət­bua­tın in­ki­şa­fın­da bun­dan son­ra da fə­al ola­caq. Jur­na­list­lər üçün bü­tün şə­ra­it ya­ra­dı­lıb. Bu gün Azər­bay­can cə­miy­yə­ti ra­hat, təh­lü­kə­siz­lik və sa­bit­lik şə­rai­tin­də ya­şa­yır. Bu, in­di­ki za­man­da öz­lü­yün­də bir nai­liy­yət­dir. Biz öl­kə­mi­zi bü­tün müm­kün olan risq­lər­dən qo­ru­yu­ruq. O ki qal­dı da­xil­də möv­cud olan risq mən­bə­lə­ri­nə, bun­lar de­mək olar ki, yox­dur. Xa­ric­dən özü­mü­zü qo­ru­maq üçün ki­fa­yət qə­dər cid­di si­ya­sət apa­rı­lır - həm ideo­lo­ji sa­hə­də, həm də sər­həd­lə­ri­mi­zin qo­run­ma­sın­da. Ümu­miy­yət­lə, biz hə­mi­şə Azər­bay­ca­nı müm­kün olan risk­lər­dən qo­ru­ma­ğa ça­lı­şı­rıq ki, Azər­bay­can xal­qı ra­hat, sülh şə­rai­tin­də ya­şa­sın. He­sab edi­rəm ki, bu­na na­il ol­mu­şuq".

Döv­lət baş­çı­sı qeyd edib ki, bu bi­na­lar­da ya­şa­yan və bun­dan son­ra ya­şa­ya­caq jur­na­list­lər müx­tə­lif si­ya­si spek­trə aid­dir: "Bu­ra­da da heç bir ay­rı-seç­ki­li­yə yol ve­ril­mə­di. Müx­tə­lif si­ya­si ba­xış­la­rı olan şəxs­lər, müx­tə­lif par­ti­ya­la­rın üzv­lə­ri bu­ra­da bir yer­də, bir ai­lə ki­mi ya­şa­ya­caq­lar. Əs­lin­də Azər­bay­can cə­miy­yə­ti də bu is­ti­qa­mət­də in­ki­şaf edir, Azər­bay­can­da həm­rəy­lik var. Azər­bay­can cə­miy­yə­ti va­hid amal ət­ra­fın­da bir­lə­şib. Biz­də olan in­ki­şaf, sa­bit­lik, əmin-aman­lıq, əl­bət­tə, bu gün siz də yax­şı bi­lir­si­niz ki, dün­ya­nın bir çox yer­lə­rin­də öy­rə­ni­lir, bə­zən tə­əc­cüb­lə qar­şı­la­nır və bu­nun çox sa­də sə­bə­bi var. Çün­ki Azər­bay­can­da çox gö­zəl de­mok­ra­tik şə­ra­it var, Azər­bay­can­da iq­ti­sa­di in­ki­şaf var, Azər­bay­can müs­tə­qil si­ya­sə­ti­ni apa­ra­raq həm böl­gə­də, həm də dün­ya­da öz möv­qe­lə­ri­ni möh­kəm­lən­di­rir, bi­zim tə­sir im­kan­la­rı­mız ge­niş­lə­nir, bö­yü­yür və Azər­bay­can xoş­niy­yət­li si­ya­sət yü­rü­dür. Bi­zim si­ya­sə­ti­mi­zin mər­kə­zin­də Azər­bay­can və­tən­da­şı­nın ma­raq­la­rı və Azər­bay­can döv­lə­ti­nin ma­raq­la­rı da­ya­nır. He­sab edi­rəm ki, bu iki əsas amil Azər­bay­can­da ar­tıq çox güc­lü da­yaq­la­ra ma­lik­dir. Həm so­si­al, həm də iq­ti­sa­di si­ya­sət­lə bağ­lı, xa­ri­ci si­ya­sət­lə bağ­lı at­dı­ğı­mız ad­dım­lar bi­zə bö­yük uğur gə­ti­rib və dün­ya­da Azər­bay­ca­na çox bö­yük rəğ­bət var. Mən tam əmi­nəm ki, hər bir öl­kə­nin in­ki­şa­fı üçün de­mok­ra­tik in­ki­şaf xü­su­si rol oy­na­yır. Öl­kə iq­ti­sa­di cə­hət­dən, tə­bii re­surs­lar­la zən­gin ola bi­lər, am­ma cə­miy­yət­də gö­zəl ab-ha­va yox­dur­sa, azad­lıq­lar yox­dur­sa, bu in­ki­şaf ya­rım­çıq ola bi­lər və ya da­ya­nıq­lı ol­ma­ya bi­lər. Bi­zim üs­tün­lü­yü­müz on­dan iba­rət­dir ki, biz si­ya­si və iq­ti­sa­di is­la­hat­la­rı pa­ra­lel şə­kil­də apa­rı­rıq. He­sab edi­rəm ki, bu da çox düz­gün və dü­şü­nül­müş si­ya­sət­dir. Çün­ki de­mok­ra­ti­ya ba­xı­mın­dan in­ki­şaf et­miş öl­kə­lə­rə nə­zər sal­saq gö­rə­rik ki, on­la­rın müt­ləq ək­sə­riy­yə­ti iq­ti­sa­di cə­hət­dən də in­ki­şaf et­miş öl­kə­lər­dir. Yə­ni mad­di ri­fah, iq­ti­sa­di və so­si­al in­ki­şaf de­mok­ra­tik in­ki­şaf üçün əsas şərt­dir. Azər­bay­can­da həm de­mok­ra­tik in­ki­şaf, həm də so­si­al-iq­ti­sa­di in­ki­şaf pa­ra­lel ge­dir. He­sab edi­rəm ki, bu­na gö­rə də bi­zim cə­miy­yə­ti­miz­də tə­ka­mül yo­lu ilə is­la­hat­lar apa­rı­lır, də­rin­lə­şir və si­ya­si və iq­ti­sa­di is­la­hat­lar da­ha da də­rin­ləş­mə­li­dir".

İl­ham Əli­yev vur­ğu­la­yıb ki, söz azad­lı­ğı Azər­bay­can­da tam tə­min edi­lib­dir, heç bir məh­du­diy­yət yox­dur: "Mə­nə ve­ri­lən son mə­lu­ma­ta gö­rə, Azər­bay­can əha­li­si­nin təx­mi­nən 80 fai­zi in­ter­net is­ti­fa­də­çi­si­dir. Be­lə olan hal­da söz azad­lı­ğı ilə bağ­lı heç bir prob­lem ola bil­məz. Düz­dür, bə­zi hal­lar­da bi­zi bə­zi qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı tən­qid edir, hət­ta it­ti­ham edir­lər. Am­ma bu it­ti­ham­la­rın heç bir əsa­sı yox­dur və bu, sa­də­cə ola­raq qə­rəz­li möv­qe­dir. Bu­nun sə­bə­bi də bəl­li­dir. Am­ma re­al və­ziy­yə­tə bax­dıq­da biz ha­mı­mız gö­rü­rük ki, Azər­bay­can­da söz azad­lı­ğı və bü­tün baş­qa azad­lıq­lar tam tə­min olu­nub. Azər­bay­can­da sər­bəst top­laş­ma azad­lı­ğı, si­ya­si fəa­liy­yət azad­lı­ğı, vic­dan azad­lı­ğı, mət­bu­at azad­lı­ğı tə­min olu­nub və tə­min olu­na­caq. Bun­dan son­ra da Azər­bay­can iq­ti­sa­di və si­ya­si in­ki­şaf yo­lu ilə get­mə­li­dir. He­sab edi­rəm ki, bi­zim qı­sa müs­tə­qil­lik ta­ri­xi­miz onu gös­tə­rir ki, bu, ye­ga­nə düz­gün yol­dur. Çün­ki o qə­dər də asan ol­ma­yan geo­si­ya­si və­ziy­yət­də Azər­bay­can ilk növ­bə­də öz müs­tə­qil si­ya­sə­ti­ni qo­ru­ya və möh­kəm­lən­di­rə bi­lib, heç bir xa­ri­ci tə­sir al­tı­na düş­mür".

Pre­zi­dent de­yib ki, Azər­bay­can döv­lə­ti­nin in­ki­şa­fı Azər­bay­can xal­qı­nın əlin­də­dir. Azər­bay­can xal­qı­nın ira­də­si ilə öl­kə­miz ida­rə olu­nur: "Biz bö­yük iq­ti­sa­di in­ki­şa­fa na­il ol­duq, me­qa la­yi­hə­lə­ri ic­ra et­dik. Biz dün­ya­da özü­mü­zü ar­tıq mul­ti­kul­tu­ra­liz­min mər­kə­zi ki­mi ta­nı­da bil­dik və bu gün bu sa­hə­də­ki uğur­la­rı­mız bir çox öl­kə­lər­də öy­rə­ni­lir. Bü­tün bu əl­də edil­miş uğur­la­rın tə­mə­lin­də bi­zim dü­şü­nül­müş si­ya­sə­ti­miz, o cüm­lə­dən de­mok­ra­tik cə­miy­yə­tin for­ma­laş­ma­sı da­ya­nır.

Jur­na­list­lər isə, əl­bət­tə ki, öz fəa­liy­yət­lə­ri ilə bu in­ki­şa­fa töh­fə­lə­ri­ni ve­rir­lər, cə­miy­yə­ti in­ci­dən, na­ra­hat edən prob­lem­lə­ri üzə çı­xa­rır­lar. Mən si­zə de­yə bi­lə­rəm ki, bə­zi hal­lar­da han­sı­sa xo­şa­gəl­məz ha­di­sə ilə bağ­lı mə­lu­ma­tı mət­bu­at­dan əl­də edi­rəm. Düz­dür, mə­nə müx­tə­lif mən­bə­lər­dən hər gün müx­tə­lif mə­lu­mat­lar gə­lir, yə­ni həm xa­ri­ci si­ya­sət, həm də da­xi­li si­ya­sət­lə və təh­lü­kə­siz­lik­lə bağ­lı əsas mə­sə­lə­lər əl­bət­tə ki, mə­ru­zə edi­lir. An­caq elə bir mə­sə­lə var ki, bu çox cid­di mə­sə­lə sa­yıl­ma­ya bi­lər, an­caq in­san­la­rı na­ra­hat edən mə­sə­lə­dir. Bu mə­lu­mat­lar haq­qın­da mən hər­dən mət­bu­at­dan da xə­bər tu­tu­ram, dər­hal re­ak­si­ya ve­ri­rəm. Döv­lət mə­mur­la­rı və ya­xud di­gər şəxs­lər bi­lir­lər ki, Azər­bay­can­da söz azad­lı­ğı, mət­bu­at azad­lı­ğı im­kan ver­mə­yə­cək ki, on­lar han­sı­sa iş­lər gör­sün­lər, qü­sur­lar bu­rax­sın­lar. Ona gö­rə, jur­na­list­lər bəl­kə öz­lə­ri də bil­mə­dən mə­nim kö­mək­çi­lə­rim­dir. Bu­na gö­rə də mən si­zə min­nət­da­ram. Əmi­nəm ki, gə­lə­cək­də də siz bü­tün cə­miy­yə­ti na­ra­hat edən, in­ci­dən mə­sə­lə­lər haq­qın­da - ha­ra­da ki han­sı­sa əda­lət­siz­lik, qa­nun­suz­luq var - dər­hal ope­ra­tiv re­ak­si­ya ve­rə­cək­si­niz, cə­miy­yə­tin və döv­lət or­qan­la­rı­nın diq­qə­ti­ni bu mə­sə­lə­lə­rə cəlb edə­cək­si­niz".

Azər­bay­can Pre­zi­den­ti əla­və edib: "Bu­gün­kü pe­şə bay­ra­mı ərə­fə­sin­də jur­na­lis­ti­ka­nın in­ki­şa­fı ilə bağ­lı bə­zi fi­kir­lə­ri­mi bil­dir­mək is­tər­dim. Əl­bət­tə ki, hər bir öl­kə­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da jur­na­lis­ti­ka hə­qi­qə­ti əks et­dir­mə­li­dir. Bu gün siz də yax­şı bi­lir­si­niz ki, dün­ya miq­ya­sın­da bu ba­rə­də da­nış­maq la­zım­dır, çün­ki heç də hər za­man be­lə de­yil və biz gö­rü­rük ki, dün­ya­nın bir çox öl­kə­lə­rin­də in­for­ma­si­ya kam­pa­ni­ya­la­rı apa­rı­lır. Bu kam­pa­ni­ya­lar həm xa­ri­ci, həm də da­xi­li xa­rak­ter da­şı­yır - ba­xır gün­də­lik­də han­sı mə­sə­lə da­ya­nır. Təş­kil edil­miş in­for­ma­si­ya kam­pa­ni­ya­la­rı, əl­bət­tə ki, han­sı­sa məq­səd­lə­ri gü­dür və bu məq­səd­lər bir çox hal­lar­da hə­qi­qət­dən da­ha da önəm­li fak­tor ki­mi qə­bul edi­lir. Ona gö­rə də he­sab edi­rəm ki, jur­na­lis­ti­ka­da ilk növ­bə­də hə­qi­qət prin­sip­lə­ri üs­tün­lük təş­kil et­mə­li­dir. Azər­bay­can jur­na­lis­ti­ka­sı­na gəl­dik­də, mən de­yə bi­lə­rəm ki, bi­zim jur­na­lis­ti­ka­mız­da yox­lan­ma­mış, ya­xud da ya­lan, qə­rəz­li mə­lu­mat­la­rın sa­yı kəs­kin şə­kil­də aza­lıb. Bu­nu cə­miy­yət də, jur­na­list­lər də gö­rür, əl­bət­tə ki, bu on­la­rın fəa­liy­yə­ti nə­ti­cə­sin­də müm­kün olur. Bu, ilk növ­bə­də jur­na­list­lə­rin mə­su­liy­yə­ti­nin ar­tı­rıl­ma­sı nə­ti­cə­sin­də baş ve­rib. Ey­ni za­man­da, hər bir mət­bu­at or­qa­nı yax­şı ba­şa dü­şür ki, bir də­fə, iki də­fə, üç də­fə ya­lan da­nış­maq olar, am­ma on­dan son­ra o mət­bu­at or­qa­nı­na heç kim inan­ma­ya­caq və o, hör­mət­dən dü­şə­cək. Ona gö­rə də jur­na­lis­ti­ka­da hə­qi­qət prin­sip­lə­ri­nin bər­qə­rar ol­ma­sı pro­se­si, əl­bət­tə ki, diq­qə­tə la­yiq­dir və bu is­ti­qa­mət­də, he­sab edi­rəm ki, son il­lər­də Azər­bay­can­da müs­bə­tə doğ­ru irə­li­lə­yiş var. Əl­bət­tə ki, jur­na­lis­ti­ka nə qə­dər müm­kün­dür­sə ob­yek­tiv ol­ma­lı­dır, çün­ki tam ob­yek­tiv­li­yə na­il ol­maq da çə­tin­dir, hər bir in­san is­tər-is­tə­məz sub­yek­tiv­li­yə də yol ve­rir və jur­na­list­lər də is­tis­na de­yil. An­caq bu bö­yük mə­su­liy­yə­ti dərk edə­rək jur­na­list­lər üzə­rin­də çox bö­yük mə­su­liy­yət var, on­la­rın sö­zü in­ci­də də bi­lər, prob­lem ya­ra­da da bi­lər və ya­xud mə­sə­lə­ni həll edə də bi­lər. Ona gö­rə də xa­hiş edi­rəm ki, jur­na­lis­ti­ka­da mə­su­liy­yət mə­sə­lə­lə­ri­nə da­ha bö­yük diq­qət gös­tə­ril­sin. Bu da hə­qi­qət­lə, ob­yek­tiv­lik­lə pa­ra­lel is­ti­qa­mət­də ge­dən pro­ses­lər­dir. Bu is­ti­qa­mət­də son il­lər­də mən gö­rü­rəm ki, Azər­bay­can jur­na­lis­ti­ka­sı da­ha da mə­su­liy­yət­li olub, da­ha da təm­kin­li olub, ar­tıq na­dir hal­lar­da han­sı­sa mə­su­liy­yət­siz mə­lu­mat­la­ra rast gəl­mək olar, na­dir hal­lar­da in­san­la­rı al­çal­dan, lə­ya­qə­ti­ni aşa­ğı­la­yan, təh­qi­re­di­ci ya­zı­la­ra rast gəl­mək olar. Bu ba­xım­dan bi­zim jur­na­list­lə­ri­miz bə­zi dır­na­qa­ra­sı si­ya­sət­çi­lər­dən da­ha da ön­də­dir və he­sab edi­rəm ki, jur­na­lis­ti­ka­mız­da bax bu is­ti­qa­mət­də mü­şa­hi­də olu­nan is­la­hat­lar ge­dir. Biz 90-cı il­lə­ri, o vaxt jur­na­lis­ti­ka­mız­da han­sı meyl­lə­rin hökm sür­dü­yü­nü yax­şı xa­tır­la­yı­rıq. O vaxt, de­yə bi­lə­rəm ki, çox üzü­cü bir mən­zə­rə ilə üz­ləş­miş­dik. Təh­qir, böh­tan və şər fak­to­ru bə­zi mət­bu­at or­qan­la­rın­da əsas rol oy­na­yır­dı. Ar­tıq bu is­ti­qa­mət­də həm cə­miy­yət, həm jur­na­lis­ti­ka­mız in­ki­şaf edib, həm də he­sab edi­rəm ki, bu gün jur­na­list­lə­rin mə­su­liy­yə­ti yük­sək sə­viy­yə­də­dir. Bu gün Azər­bay­can jur­na­lis­ti­ka­sı­nın müt­ləq ək­sə­riy­yə­ti sağ­lam jur­na­lis­ti­ka­dır. Di­gər mə­sə­lə­lə­rə gəl­dik­də, he­sab edi­rəm ki, jur­na­lis­ti­ka­mız xa­ri­ci tə­sir­dən azad ol­ma­lı­dır, xa­ri­ci tə­sir al­tı­na düş­mə­mə­li­dir".

İl­ham Əli­yev vur­ğu­la­yıb ki, Azər­bay­can get­dik­cə da­ha da güc­lə­nir, Azər­bay­ca­nın ro­lu nə­in­ki böl­gə­də, dün­ya­da da ar­tır: "Böl­gə­də bi­zim iş­ti­ra­kı­mız, ra­zı­lı­ğı­mız ol­ma­dan heç bir la­yi­hə və ya tə­şəb­büs re­al­la­şa bil­məz. Biz müs­tə­qil si­ya­sət apa­rı­rıq, ona gö­rə də bi­zim si­ya­sə­ti­mi­zə heç bir kə­nar qüv­və tə­sir edə bil­məz. Azər­bay­can da­ha da önəm­li öl­kə ol­du­ğu üçün bi­zə tə­sir et­mək cəhd­lə­ri də ar­tır və on­lar da ye­ni for­ma­lar­da özü­nü bü­ru­zə ve­rir. Si­ya­si ha­ki­miy­yə­tə tə­sir et­mək müm­kün de­yil, am­ma ic­ti­mai rə­yə, ic­ti­mai fik­rə tə­sir et­mək cəhd­lə­ri ço­xa­lır. Bu­nu ne­cə et­mə­li? Jur­na­lis­ti­ka va­si­tə­si­lə. Ona gö­rə, Azər­bay­can jur­na­lis­ti­ka­sı və­tən­pər­vər ol­ma­lı­dır. Öl­kə­miz­də ki­fa­yət qə­dər prob­lem­lər, ça­tış­ma­yan cə­hət­lər, qü­sur­lar var və siz bu­nu işıq­lan­dı­rır­sı­nız və işıq­lan­dır­ma­lı­sı­nız, döv­lət or­qan­la­rı­nı, mə­mur­la­rı tən­qid edir­si­niz, tən­qid et­mə­li­si­niz. Bu tə­bii pro­ses­dir. An­caq ey­ni za­man­da, biz ha­mı­mız bil­mə­li­yik ki, bu bi­zim öl­kə­miz­dir və biz­dən çox Azər­bay­ca­nı se­vən in­san, qu­rum və ya öl­kə yox­dur, ola da bil­məz. Ona gö­rə də biz özü­mü­zü xa­ri­ci tə­sir­dən qo­ru­ma­lı­yıq, gənc nəs­li qo­ru­ma­lı­yıq ki, da­im Azər­bay­can müs­tə­qil döv­lət ki­mi in­ki­şaf et­sin. Çün­ki əf­sus­lar ol­sun, bi­zim ta­ri­xi­miz elə­dir ki, biz müx­tə­lif dövr­lər­də müx­tə­lif döv­lət­lə­rin, im­pe­ri­ya­la­rın tər­ki­bin­də ya­şa­mı­şıq, müs­tə­qil ol­ma­mı­şıq. Bu, is­tər-is­tə­məz, bi­zim psi­xo­lo­gi­ya­mı­za da mü­əy­yən də­rə­cə­də tə­sir edib. Bu gün biz müs­tə­qil, azad döv­lət və xalq ki­mi lə­ya­qət­lə ya­şa­yı­rıq. Bu hə­mi­şə be­lə ol­ma­lı­dır, öl­kə­mi­zin ta­le­yi Azər­bay­can xal­qı­nın əlin­də ol­ma­lı­dır. Ona gö­rə, xa­ri­ci tə­sir­dən özü­mü­zü qo­ru­maq üçün Azər­bay­can döv­lə­ti çox cid­di si­ya­sət apa­rır və uğur­lu si­ya­sət apa­rır. De­yə bi­lə­rəm ki, bi­zə tə­sir et­mək, bi­zi nə­yə­sə sövq et­mək, məc­bur et­mək cəhd­lə­ri kəs­kin şə­kil­də aza­lıb. O cüm­lə­dən ona gö­rə ki, bu səy­lə­rin heç bir nə­ti­cə­si yox­dur. Bu­na gö­rə biz in­for­ma­si­ya mə­ka­nı­mı­zı da qo­ru­ma­lı­yıq. Bu­nu et­mək çə­tin­dir, çün­ki biz bu gün in­ter­net döv­rün­də ya­şa­yı­rıq və hər bir han­sı­sa ya­lan, böh­tan, təx­ri­bat xa­rak­ter­li mə­lu­mat dər­hal özü­nə yer ta­pır. An­caq mil­li jur­na­lis­ti­ka­mız, Azər­bay­can jur­na­lis­ti­ka­sı və­tən­pər­vər ol­ma­lı­dır.

Mil­li ma­raq­lar hər şey­dən üs­tün ol­ma­lı­dır. Biz xa­ri­ci in­for­ma­si­ya mə­ka­nı­na çı­xı­şı­mı­zı da­ha da ge­niş­lən­dir­mə­li­yik. Bu is­ti­qa­mət­də yax­şı nə­ti­cə­lər var. Mən xa­tır­la­yı­ram, jur­na­list­lər­lə əv­vəl­ki gö­rüş­lə­rim­də də de­miş­dim ki, xa­ri­ci dil­lər­də da­ha çox sayt­lar açıl­sın, bi­zim xa­ri­ci in­for­ma­si­ya mə­ka­nı­na çıx­maq üçün da­ha çox im­ka­nı­mız ol­sun, va­cib in­for­ma­si­ya­nı dər­hal apa­rı­cı me­dia qu­rum­la­rı­na çat­dır­ma­lı­yıq. Əv­vəl­lər biz­də be­lə im­kan­lar yox idi və bu bi­zim üçün prob­lem ya­ra­dır­dı. Çün­ki əv­vəl­ki il­lər­də bi­zə qar­şı ko­or­di­na­si­ya edil­miş, çox cid­di və çir­kin in­for­ma­si­ya kam­pa­ni­ya­la­rı apa­rı­lır­dı: "Azər­bay­can ge­ri­də qal­mış döv­lət­dir, Azər­bay­can­da in­ki­şaf yox­dur, Azər­bay­can­da de­mok­ra­ti­ya yox­dur". Bu­ra­da məq­səd bəl­li­dir, həm bi­zi öz tə­si­ri al­tı­na sal­maq, nə­yə­sə məc­bur et­mək və ümu­miy­yət­lə, öl­kə haq­qın­da mən­fi imic ya­rat­maq və on­dan son­ra öz ma­raq­la­rı­nı ra­hat­lıq­la tə­min et­mək. Ona gö­rə biz ça­lı­şır­dıq ki, Azər­bay­can hə­qi­qət­lə­ri­ni dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­raq və o qə­dər də ge­niş im­kan­la­rı­mız yox idi. Bu gün bu im­kan­lar var və ya­xın ta­rix onu gös­tə­rir ki, biz bu is­ti­qa­mət­də ki­fa­yət qə­dər ge­niş im­kan­la­ra ma­li­kik. Həm döv­lət or­qan­la­rı, həm də me­dia or­qan­la­rı bu is­ti­qa­mət­də fə­al iş­lə­yir­lər və mə­ni se­vin­di­rən hal odur ki, biz va­hid si­ya­sət apa­rı­rıq. Çün­ki döv­lət və me­dia mil­li ma­raq­la­rı mü­da­fiə edir. Çün­ki ümum­mil­li mə­sə­lə­lər­də heç bir kə­nar fi­kir ola bil­məz. Ona gö­rə də biz bun­dan son­ra ça­lış­ma­lı­yıq ki, Azər­bay­can haq­qın­da hə­qi­qət­lə­ri dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­raq ki, öl­kə­mi­zi da­ha yax­şı ta­nı­sın­lar, da­ha çox hör­mət et­sin­lər. Bi­zi nə qə­dər çox ta­nı­yar­lar­sa, o qə­dər də çox bi­zə rəğ­bət ar­tar. Çün­ki də­fə­lər­lə olub ki, ilk də­fə Azər­bay­ca­na gə­lən və mə­nim­lə gö­rü­şən han­sı­sa xa­ri­ci nü­ma­yən­də he­yə­ti öz tə­əc­cü­bü­nü giz­lə­də bil­mə­yib. De­yir­lər ki, bəs biz tam baş­qa fi­kir­də idik, bi­zə baş­qa şey­lər de­yir­di­lər, am­ma biz gəl­dik və gör­dük ki, Azər­bay­can nə qə­dər in­ki­şaf edir, ne­cə gö­zəl öl­kə­dir. Azər­bay­can və­tən­daş­la­rı ne­cə qo­naq­pər­vər və gö­zəl in­san­lar­dır. Bir mə­sə­lə­ni də xü­su­si­lə bir çox­la­rı qeyd edir ki, cə­miy­yət­də çox gö­zəl ab-ha­va var. Bu doğ­ru­dan da be­lə­dir. Biz bu­na öy­rəş­mi­şik, bu bi­zim üçün adi hal­dır. Bə­zi baş­qa öl­kə­lər­lə mü­qa­yi­sə­də Azər­bay­can­da ic­ti­mai və­ziy­yət, fi­kir və cə­miy­yət­də hökm sü­rən ab-ha­va doğ­ru­dan çox müs­bət­dir. Biz Azər­bay­can hə­qi­qət­lə­ri­ni da­ha da ge­niş şə­kil­də dün­ya ic­tia­miy­yə­ti­nə çat­dır­ma­lı­yıq, çat­dı­rı­rıq. Bu­ra­da me­dia­nın ro­lu­nu mən yük­sək qiy­mət­lən­di­ri­rəm. Bu iş­lər da­vam et­di­ril­mə­li­dir".

Döv­lət baş­çı­sı qeyd edib ki, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı cid­di dö­nüş ya­ra­da bil­dik: "Əv­vəl­ki dövr­lər­də və­ziy­yət be­lə idi - hö­kü­mət­lə­ra­ra­sı, döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər­də mə­nim həm­kar­la­rım­la çox­say­lı gö­rüş­lər­də ha­mı eti­raf edir­di, xə­ri­tə­yə ba­xan­da hər şey bəl­li idi ki, kim iş­ğal­çı­dır, kim iş­ğa­lın qur­ba­nı­dır. An­caq bu mə­lu­mat de­mək olar ki, si­ya­sı eli­ta­nın in­hi­sa­rın­da qa­lır­dı. İc­ti­mai fi­kir, xa­ri­ci öl­kə­lə­rin me­dia nü­ma­yən­də­lə­ri ya bil­mə­yə­rək­dən, ya qəs­dən mü­na­qi­şə ilə bağ­lı ya­lan və təh­rif edil­miş in­for­ma­si­ya­lar ötü­rür­dü. Bu­ra­da əl­bət­tə ki, er­mə­ni lob­bi­si­nin də bö­yük ro­lu var. Çün­ki on­lar hər də­qi­qə, hər gün bi­zim əley­hi­mi­zə iş­lə­yir­lər. On­lar üçün bi­rin­ci hə­dəf Azər­bay­can­dır. Çün­ki bi­lir­lər ki, Azər­bay­can güc­lə­nir, öl­kə­mi­zin bö­yük im­kan­la­rı var, döv­lə­ti­miz və xal­qı­mız heç vaxt bu iş­ğal­la ba­rış­ma­ya­caq və öz əra­zi bü­töv­lü­yü­nü bər­pa edə­cək. Ona gö­rə də er­mə­ni lob­bi­si və on­la­ra ya­xın olan si­ya­si xa­dim­lər, xü­su­si­lə er­mə­ni lob­bi­si­nin pu­lu ilə ida­rə olu­nan dır­na­qa­ra­sı si­ya­sət­çi­lər ic­ti­mai fi­ki­rə Azər­bay­can­la və Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı ya­lan in­for­ma­si­ya­lar ötü­rür­lər. Biz bu ten­den­si­ya­nı, bu mey­li sın­dı­ra bil­dik. Bu gün həm döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər­də, həm də ic­ti­mai rəy­də Azər­bay­ca­nın möv­qe­yi da­ha çox də­yər qa­za­nır. Tə­sa­dü­fi de­yil ki, mə­nim son sə­fər­lə­rim çər­çi­və­sin­də im­za­la­nan sə­nəd­lər­də Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı xü­su­si müd­dəa var. Ora­da gös­tə­ri­lir ki, mü­na­qi­şə öl­kə­lə­rin əra­zi bü­töv­lü­yü, su­ve­ren­li­yi, sər­həd­lə­rin to­xu­nul­maz­lı­ğı, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri əsa­sın­da həll olun­ma­lı­dır. Bu, ar­tıq o cüm­lə­dən hə­min öl­kə­lər­də­ki ic­ti­mai fi­kir­də ya­ran­mış dö­nü­şün tə­za­hü­rü­dür. Əl­bət­tə ki, biz də ilk növ­bə­də ça­lı­şı­rıq və is­rar­la, tə­kid­lə de­yi­rik ki, sə­nəd­lər­də bu bənd müt­ləq ol­ma­lı­dır. Yə­ni ic­ti­mai fi­kir­də bu dö­nüş ya­ra­dıl­dı və mü­na­qi­şə ilə bağ­lı Azər­bay­ca­nın haqq işi, haq­lı möv­qe­yi da­ha da bö­yük üs­tün­lük təş­kil edir".

Azər­bay­can Pre­zi­den­ti vur­ğu­la­yıb ki, düş­mən bun­dan çox na­ra­hat­dır: "De­mək olar ki, təş­viş­də­dir, dö­yüş mey­da­nın­da məğ­lu­biy­yə­tə uğ­ra­yıb, hü­qu­qi müs­tə­vi­də bi­zim möv­qe­yi­miz çox möh­kəm­dir. Ta­ri­xi əda­lət də bi­zim tə­rə­fi­miz­də­dir. Çün­ki Dağ­lıq Qa­ra­bağ, nə­in­ki Dağ­lıq Qa­ra­bağ, in­di­ki Er­mə­nis­tan da bi­zim ta­ri­xi tor­pa­ğı­mız­dır. İq­ti­sa­di cə­hət­dən sə­fil, yox­sul, xa­ri­ci ia­nə­lər­lə güc­lə do­la­nan Er­mə­nis­tan­la bü­gün­kü in­ki­şaf edən güc­lü Azər­bay­ca­nı mü­qa­yi­sə et­mək ol­maz. Bi­zim ye­ga­nə zə­if ye­ri­miz me­dia mə­ka­nı idi. Ora­da da bu zə­if­li­yin tə­bii sə­bəb­lə­ri var. Çün­ki er­mə­ni di­as­po­ru apa­rı­cı öl­kə­lər­də, xü­su­si­lə mü­na­qi­şə ilə bağ­lı öl­kə­lər­də güc­lü im­kan­la­ra ma­lik­dir, öz biz­nes şə­bə­kə­lə­ri var, on­lar bə­zi si­ya­sət­çi­lə­ri ələ alıb­lar. Be­lə de­mək müm­kün­sə, on­lar döv­lət qu­rum­la­rı­na so­xu­lub­lar. Və bu im­kan­lar­dan is­ti­fa­də edib Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı öz möv­qe­lə­ri­ni işıq­lan­dı­rır­lar. Ar­tıq bu is­ti­qa­mət­də də dö­nüş ya­ran­dı. Biz gə­rək öz səy­lə­ri­mi­zi da­ha da güc­lən­di­rək. Döv­lət, ic­ti­mai və me­dia qu­rum­la­rı bu mə­sə­lə ilə bağ­lı va­hid si­ya­sət çər­çi­və­sin­də fəa­liy­yət gös­tər­mə­li­dir­lər. Bu gün bu be­lə­dir, mən çox is­tə­yi­rəm ki, bu si­ya­sət da­ha da güc­lən­di­ril­sin.

Bir söz­lə, əziz dost­lar, mən bu gün bu für­sət­dən is­ti­fa­də edə­rək jur­na­lis­ti­ka­mı­zın in­ki­şa­fı ilə bağ­lı bə­zi fi­kir­lə­ri­mi si­zin­lə bö­lüş­mək is­tə­dim. Bir da­ha de­mək is­tə­yi­rəm ki, mən Pre­zi­dent ki­mi azad me­dia­nın in­ki­şa­fı üçün bun­dan son­ra da səy­lə­ri­mi əsir­gə­mə­yə­cə­yəm, jur­na­list­lə­rin məi­şət prob­lem­lə­ri­nin həl­li üçün bun­dan son­ra da ad­dım­lar ata­ca­ğıq, çün­ki mən yax­şı ba­şa dü­şü­rəm ki, jur­na­list biz­nes­men, iş ada­mı de­yil. Jur­na­lis­ti­ka ilə məş­ğul olan in­san üçün mən­zil al­maq o qə­dər də asan mə­sə­lə de­yil. Döv­lət bu­ra­da hə­mi­şə si­zin ya­nı­nız­da­dır. Azər­bay­can döv­lə­ti güc­lü, so­si­al döv­lət­dir. Siz gö­rür­sü­nüz ki, so­si­al mə­sə­lə­lə­rin həl­li üçün bü­tün la­zı­mi təd­bir­lə­ri gö­rü­rük. Bax­ma­ya­raq ki, nef­tin qiy­mə­ti qal­xıb, dü­şüb, so­si­al proq­ram­lar­da heç bir ge­ri­lə­mə, yu­ban­ma yox­dur. Üçün­cü bi­na­nı ti­kən şir­kət­dən mə­nim ye­ga­nə ar­zum və xa­hi­şim on­dan iba­rət­dir ki, üçün­cü bi­na­nı da­ha tez müd­dət­də tik­sin­lər. İkin­ci bi­na­nın ti­kin­ti­si­nə dörd il vaxt ge­dib, bu üçün­cü bi­na­nı da biz mak­si­mum üç ilə tik­mə­li­yik. O ki qal­dı ma­liy­yə və­sai­ti­nə, bu­ra­da heç bir prob­lem ol­ma­ya­caq. Biz si­zin­lə tez­lik­lə bu­ra­da üçün­cü bi­na­nın açı­lı­şın­da gö­rü­şə­cə­yik. Sağ olun".

"Kas­pi" qə­ze­ti­nin baş re­dak­to­ru İl­ham Qu­li­yev, "Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Ve­ri­liş­lə­ri" QSC-nin İn­for­ma­si­ya Proq­ram­la­rı Stu­di­ya­sı­nın di­rek­to­ru Meh­ri­ban Məm­mə­do­va və Mət­bu­at Şu­ra­sı­nın səd­ri Əf­la­tun Ama­şov me­dia nü­ma­yən­də­lə­ri­nə gös­tər­di­yi yük­sək diq­qət və qay­ğı­ya gö­rə döv­lət baş­çı­sı­na min­nət­dar­lıq­la­rı­nı ifa­də edib­lər.

Da­ha son­ra Pre­zi­dent İl­ham Əli­yev bi­na­nın is­ti­fa­də­yə ve­ril­mə­si­ni bil­di­rən rəm­zi len­ti kə­sib və mən­zil­lər­də ya­ra­dı­lan şə­ra­it­lə ta­nış olub.

Bil­di­ri­lib ki, mən­zil­lə­rin ha­mı­sı müa­sir tə­ləb­lər sə­viy­yə­sin­də tə­mir edi­lib, sü­rət­li in­ter­net, İPTV və fər­di isit­mə sis­tem­lə­ri ilə təc­hiz olu­nub.

Müs­tə­qil Azər­bay­can­da mil­li mət­bua­tın in­ki­şa­fı ulu ön­dər Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır. Xal­qın tə­lə­bi ilə o za­man ha­ki­miy­yə­tə gə­lən ulu ön­dər Hey­dər Əli­yev öl­kə­nin üz­ləş­di­yi ağır ic­ti­mai-si­ya­si şə­ra­it­də, iq­ti­sa­diy­ya­tın if­lic və­ziy­yə­tə düş­dü­yü bir dövr­də söz və mət­bu­at azad­lı­ğı­nın tə­min edil­mə­si, jur­na­list­lə­rin so­si­al şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı mə­sə­lə­lə­ri­ni da­im diq­qət mər­kə­zin­də sax­la­dı. 2003-cü il­dən isə bu pro­ses ye­ni in­ki­şaf mər­hə­lə­si­nə qə­dəm qoy­du. Pre­zi­dent İl­ham Əli­ye­vin hər­tə­rəf­li qay­ğı­sı nə­ti­cə­sin­də Azər­bay­can­da küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı əsa­sın­da mü­hüm la­yi­hə­lər ic­ra edil­di. Bu gün Azər­bay­can­da bü­tün azad­lıq­lar, o cüm­lə­dən mət­bu­at, söz və fi­kir azad­lıq­la­rı tam tə­min edi­lib. Azər­bay­can­da ge­niş­zo­laq­lı in­ter­net sər­bəst şə­kil­də fəa­liy­yət gös­tə­rir. Öl­kə­miz­də KİdV nü­ma­yən­də­lə­ri­nin ra­hat və təh­lü­kə­siz fəa­liy­yət gös­tər­mə­lə­ri üçün bü­tün şə­ra­it var. Son il­lər­də isə jur­na­list­lə­rin so­si­al mə­sə­lə­lə­ri­nin həl­li is­ti­qa­mə­tin­də mü­hüm la­yi­hə­lər ic­ra edi­lib. Be­lə ki, 2010-cu il­də öl­kə jur­na­list­lə­ri­nin so­si­al mü­da­fiə­si­nin möh­kəm­lən­di­ril­mə­si, mət­bu­at iş­çi­lə­ri­nin mən­zil şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı və on­lar üçün ya­şa­yış bi­na­sı­nın ti­kil­mə­si məq­sə­di­lə döv­lət büd­cə­sin­də nə­zər­də tu­tul­muş Pre­zi­den­tin eh­ti­yat fon­dun­dan Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­na il­kin ola­raq 5 mil­yon ma­nat və­sa­it ay­rıl­dı. Ötən müd­dət­də hə­min və­sa­it he­sa­bı­na jur­na­list­lər üçün 156 mən­zil­dən iba­rət 17 mər­tə­bə­li bi­na in­şa olun­du və bü­tün mən­zil­lər yük­sək sə­viy­yə­də tə­mir edil­di. Bu bi­na­nın ti­kin­ti­si­nə və ət­raf əra­zi­də abad­lıq iş­lə­ri­nin apa­rıl­ma­sı­na 22 mil­yon ma­nat­dan ar­tıq və­sa­it sərf olun­du.

Azər­bay­can dün­ya­da bəl­kə də ye­ga­nə öl­kə­dir ki, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri nü­ma­yən­də­lə­ri üçün döv­lət tə­rə­fin­dən pul­suz ola­raq ya­şa­yış bi­na­la­rı in­şa olu­nur və on­la­ra ve­ri­lir. Bu bir da­ha sü­but edir ki, öl­kə­miz­də KİV nü­ma­yən­də­lə­ri­nin yük­sək sə­viy­yə­də fəa­liy­yət gös­tər­mə­lə­ri, azad mət­bua­tın tə­min edil­mə­si ilə ya­na­şı, döv­lə­ti­miz jur­na­list­lə­rin mən­zil-məi­şət mə­sə­lə­lə­ri­nin həl­li, on­la­rın ya­şa­yış şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı­na da xü­su­si diq­qət­lə ya­na­şır. Ən əsa­sı isə odur ki, bu təd­bir­lər ar­dı­cıl xa­rak­ter da­şı­yır.

Son­ra Pre­zi­dent İl­ham Əli­yev jur­na­list­lər üçün in­şa edi­lə­cək üçün­cü ya­şa­yış bi­na­sı­nın tə­mə­li­ni qo­yub.

Döv­lət baş­çı­sı bi­na­nın tex­ni­ki-iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri­ni əks et­di­rən sten­də ba­xıb.

Diq­qə­tə çat­dı­rı­lıb ki, Azər­bay­can Pre­zi­den­ti­nin Sə­rən­ca­mı­na əsa­sən in­şa edi­lə­cək bu bi­na­da da 255 mən­zil ola­caq. Be­lə­lik­lə, 2010-2017-ci il­lər­də ti­ki­lib is­ti­fa­də­yə ve­ril­miş iki və ha­zır­da tə­mə­li qo­yu­lan üçün­cü bi­na­da mən­zil­lə­rin ümu­mi sa­yı 665-ə ça­ta­caq.

Son­da xa­ti­rə şək­li çək­di­ri­lib.

Jur­na­list­lər üçün ti­kil­miş ikin­ci bi­na­da mən­zil­lə­rin pay­lan­ma­sı mə­ra­si­mi ke­çi­ri­lib

Jur­na­list­lər üçün ti­kil­miş ikin­ci bi­na­da mən­zil­lə­rin pay­lan­ma­sı mə­ra­si­mi ke­çi­ri­lib. APA-nın mə­lu­ma­tı­na gö­rə, 255 jur­na­lis­tə mən­zil­lə­rin pay­lan­ma­sı püş­kat­ma yo­lu ilə olub.

Qeyd edək ki, Azər­bay­can pre­zi­den­ti İl­ham Əli­ye­vin "Azər­bay­can mət­bu­at iş­çi­lə­ri­nin so­si­al mü­da­fiə­si­nin güc­lən­di­ril­mə­si­nə da­ir əla­və təd­bir­lər haq­qın­da" 2013-cü il 22 iyul ta­rix­li Sə­rən­ca­mı ilə ti­ki­lən 3 blok­lu, 17 mər­tə­bə­li bu bi­na­nın ümu­mi in­şa­at sa­hə­si 34 min kvad­rat­metr­dir. Bi­na­da 9 bir otaq­lı, 144 ikio­taq­lı, 93 üço­taq­lı və 9 dör­do­taq­lı ol­maq­la, 255 mən­zil var. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ