BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Trend-in məlumatına görə, bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib.
O, bütün tərəfləri istənilən hərbi fəaliyyətdən çəkinməyə və vəziyyətin deeskalasiyası və zorakılığın qarşısının alınması üzrə addımlar atmağa çağırıb: "Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc insanların həlak olması ilə nəticələnən zorakılıqla əlaqədar ATƏT-in Minsk qrupunun bəyanatını dəstəkləyirik".
S.Düjarrik bildirib ki, "həlli uzanmış və təhlükəli münaqişənin" yeganə həlli tezliklə danışıqlar masasına qayıtmaqdır.